Məhkəmə qərarları › İş №2(025)-970/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-970/2020

30.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-970/2020 30.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, mərhum əmisi X1 xx.xx.2001-ci ildə Qəbələ rayonu Zarağan kəndində ev şəraitində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırılmışdır ki, onun əmisi xx.xx.1933-cü il təvəllüdlü, Qəbələ rayonu Zarağan kənd sakini X4 xx xxxxxx 2001-ci ildə tənha yaşadığı evdə dünyasını dəyişmiş, Zarağan kəndinin aşağı hissəsindəki qəbiristanlığda dəfn edilmişdir. Ölüm faktını təsdiq edəcək müvafiq sənədləşmə aparılmamış və Maraqlı şəxsnə təqdim edilməmişdir. Mərhum sağlığında iki dəfə uğursuz nikaha girmiş, hər iki halda əks tərəflər birtərəfli qaydada nikahlara xitam verdirərək başqaları ilə nikaha girmişlər. Mərhumun övladı olmamışdır. X1 adına 1500 kvadratmetr həyətyanı, 2700 kvadratmetr pay torpaq sahəsi vardır.Torpaq sahəsi bu günə qədərə onun tərəfindən mühafizə olunur. Hal-hazırda vərəsəlik məsələsini həll etmək istəyir. Lakin əmisinin ölüm haqqında şəhadətnaməsi olmadığından vərəsəlik məsələsini həll edə bilmir. Əmisi X2 ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən verilmiş cavabda “Vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında əmisinin ölüm haqqında akt qeydləri yoxlanılmış, lakin ölüm haqqında akt qeydi aşkar olunmamışdır və təbii ki, ölüm haqqında akt qeydi aşkar edilmədiyindən ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuş və ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Əmisi X1 ölüm faktı Qəbələ rayonu Zarağan kənd İƏN-nin verdiyi arayışla da təsdiq olunur. Məhkəmə iclasında Ərizəçi qeyd olunanlara uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 göstərdi ki, ərizəçi onun dayısı oğlu, mərhum Hüseyinqulu Hidayətov isə onun dayısıdır. Mərhum dayısı X4 xx.xx.1933-cü il tarixdə doğulmuş və xx.xx.2001-ci il tarixdə vəfat etmiş və Zarağan kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 göstərdi ki, o, Qəbələ rayonu Zarağan kəndində yaşayır və ərizəçinin qonşusudur. Ərizəçi mərhum əmisi Hüseyinquluq Hidayətov xx.xx.2001-ci il tarixdə vəfat etmiş və onun dəfnində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 göstərdi ki, ərizəçinin bibisi nəvəsidir, mərhum X4 isə atasının dayısıdır. Ərizəçi mərhum əmisi X4 xx.xx.2001-ci il tarixdə vəfat etmiş, Zarağan kəndində dəfn edilmiş və onun dəfnində iştirak etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçi və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 255 nömrəli arayışdan görünür ki, X4 xx xxx 1933-cü il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1952-ci ilin iyun ayında 706 №li akt qeydi tərtib olunmuşdur. Atası X11, anası X8r. İşdə olan Qəbələ rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx xxxxxx 1992-ci il tarixli, XVİ- ЖГ seriyalı, 340638 nömrəli “Doğum haqqında” şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə anadan olmuş, bu barədə Qəbələ rayonu Zarağan kənd sovetliyi tərəfindən xx.xx.1971-ci il tarixdə 91 saylı qeydiyyat aparılmışdır. Onun atası X5, anası X6r. İşdə olan xx.xx.2020-ci il tarixli, AZ-ll seriyalı, 065650 №-li “Ölüm haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2009-cu il tarixdə Qəbələ rayonu Zarağan kəndində vəfat etmişdir və bu barədə 17 nömrəli akt qeydi tərtib olunmuşdur. İşdə olan xx.xx.2012-ci il tarixli, AZ-l seriyalı, 557478 №-li “Ölüm haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.1994-cu il tarixdə Qəbələ rayonu Zarağan kəndində vəfat etmişdir və bu barədə 33 nömrəli akt qeydi tərtib olunmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 05/Q-221/13 nömrəli məktubdan görünür ki, Ərizəçi vəfat etmiş əmisi X1 ölümü barədə “Avtomatlaşdırılmış qeydiyyat informasiya” sistemində və arxiv məlumatlarında akt qeydi aşkar olunmadığı bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Zarağan kənd X10 tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 228 nömrəli arayışdan görünür ki, Ərizəçi əmisi X4 xx xxxxxx 2001-ci il tarixdə Qəbələ rayonunun Zarağan kəndində vəfat etmiş, zarağan kənd qəbiristanlığında dəfn olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Zarağan kənd X10 tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 230 nömrəli arayışdan görünür ki, Ərizəçi Qəbələ rayonu Zarağan kəndində qeydiyyatdadır və hal-hazırda həmin kənddə yaşayır. İşdə olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Zarağan kənd X10 tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 227 nömrəli arayışdan görünür ki, Ərizəçi mərhum X1 mərhum qardaşı X3 övladıdır. İşdə olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Zarağan kənd X10 tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 229 nömrəli arayışdan görünür ki, Ərizəçi mərhum əmisi X4 xx.xx.1933-cü ildə Qəbələ rayonunun Zarağan kəndində anadan olmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli Aktdan görünür ki, X1 xx xxxxxx 2001-ci il tarixdə Qəbələ rayonun Zarağan kəndində vəfat etməsini, Zarağan kənd qəbiristanlığında dəfn olunmasını X14, X15 və X16 öz imları ilə təsdiq etmişlər. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, AZE seriyalı, ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə Qəbələ rayonu, Zarağan kəndində doğulmuş, Qəbələ rayonu Zarağan kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi işlərinə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, Ərizəçi əmisi - X4xx.xx.2001-ci il tarixdə Qəbələ rayonu Zarağan kəndində vəfat etmiş və Qəbələ rayonu Zarağan kəndində dəfn olunmuşdur. Ərizəçi bununla bağlı müvafiq sənədləşməni başqa qaydada ala bilməmiş və bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə ərizəni əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi əmisi – X1xx.xx.2001-ci il tarixdə Qəbələ rayonu Zarağan kəndində ev şəraitində ölməsi hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar