Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-974/2020 01.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-1169, KOD 40600048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının mərhum anası X3 da məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon X5 xx xxxxxxx 1998-ci il tarixli, 19 saylı qərarına əsasən onlar, yəni ona və mərhum anası X3 paylı mülkiyyət hüququ əsasında kənd təsərrüfatı təyinatlı pay torpağı verilmişdir. Paylı mülkiyyət hüququ əsasında verilmiş torpaq sahəsinə dair JN-1169 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı da təqdim olunmuşdur. Mülkiyyətçilərdən anası, mərhum X6 xx xxxxxx 2007-ci il tarixdə vəfat etmişdir. Məmmədova Zərxanım vəfat etdiyinə və torpaq sənədi ilə ölüm haqqında şəhadətnamə arasında mərhumun soyadında uyğunsuzluq olduğuna görə torpaq sənədini rəsmiləşdirə bilmirəm. Beləki, JN-1169 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında mərhumun soyadı Qəribova, ölüm haqqında şəhadətnamədə isə Məmmədova yazılmışdır. Yuxarıda qeyd etdiyi torpaq sənədi ilə ölüm haqqında şəhadətnamə arasında mərhumun soyadında ziddiyyət olduğuna görə o, vərəsəlik hüququnu həyata keçirərək adına “Çıxarış” alınmasında müəyyən problemlərlə üzləşmişdir. Çünki, mülkiyyətçilərdən birinin, yəni X1 ölüm haqqında şəhadətnamədə göstərilən soyadı ilə torpaq sənədində göstərilən soyadlarda müxtəliflik vardır. Beləki, torpaq sənədlində mərhumun soyadı Qəribova, ölüm haqqında şəhadətnamədə isə soyadı Məmmədova kimi qeyd edilmişdir. O, adına “Çıxarış” almaq üçün DƏDRX 9 saylı Qəbələ ərazi idarəsinə rəsmi müraciət etdi. Lakin oradan ona xx xxxxxx 2020-ci il tarixli, **********91 sayl məktubla imtina cavabı verildi və bildirildi ki, bu barədə məhkəməyə müraciət edilməlidir. O da Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinə uyğun olaraq məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəldi. Lakin, göstərirəm ki, hər iki soyadı, yəni Qəribova və Məmmədova soyadlarının hər ikisi X3 məxsusdur. Adları göstərilən sənədlər hüquqmüəyyənedici sənədlərdir və bu baxımdan həmin sənədlər mühüm əhəmiyyətə malikdir, ona görə də həmin sənədlərə aydınlıq gətirilməsi zəruridir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-1169 (Kod: 40600048) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxxx 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, X8 və Ərizəçi ümumi birgə mülkiyyətinə 0,64 ha fərdi kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayonu Vəndam qəsəbə İ.Ə.N tərəfindən verilmiş xx xxxxxx 2007-ci il tarixli AZ-l 218715 nömrəli “Ölüm haqqında” şəhadətnamədən görünür ki, X6 xx.xx.2007-ci il tarixdə Qəbələ rayonuVəndam qəsəbəsində vəfat etmişdir və bu barədə Qəbələ rayonu Vəndam qəsəbə İ.Ə.N-də 08 nömrəli akt qeydi tərtib olunmuşdur. İşdə olan Qutqaşen rayonu Vəndam qəsəbə soveti tərəfindən verilmiş xx xxxx 1954-cü il tarixli ИЖ № 068784 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1954-cü ildə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulmuşdur. Atası X7, anası X4r. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 756 saylı Doğum haqqında arayışın surətindən görünür ki, X6 xx xxxx 1928-ci ildə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulmuşdur. Atası X11, anası X2r. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 754 saylı Nikah haqqında arayışın surətindən görünür ki, X6 xx xxxxxx 1947-ci ildə X9 ilə nikah bağlamışdır. Nikah bağlandıqdan sonra ərə Qəribov, arvada Məmmədova soyadı verilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin mülkiyyətinə 0,64 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-1169 (Kod: 40600048) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında yalnışlığa yol verilərək, “X6” əvəzinə “X8” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-1169 (Kod: 40600048) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının ərizəçinin mərhum anası - X3 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-974/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-974/2020
01.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver