Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-979/2020 06.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərə düzəliş edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Qəmərvan kənd İnzibati Ərazi nümayəndəliyində xx.xx.1951-ci il tarixdə tərtib edilmiş 31 nömrəli vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbi müdafiə edərək göstərdi ki, xx xxx 1951-ci ildə Qəbələ rayonunun Qəmərvan kəndində anadan olmuşdur. Ona məxsus sənədlərin müəyyən hissəsində adı "Tofiq" və müəyyən hissəsində də "Tofik" olaraq qeyd olunmuşdur. O cümlədən də övladlarına məxsus sənədlərdə də adı qeyd etdiyi hər iki adla göstərilmişdir. Bundan da başqa, mülkiyyətindəki torpaq sahəsinə dair sənədləri almaq üçün müəyyən hərəkətləri reallaşdırmaq istədikdə Qəbələ Regional "Asan Xidmət" Mərkəzində fəaliyyət göstərən notariat orqanında doğum haqqında akt qeydləri kitabındakı adının hazırki məndə olan sənədlərdə göstərilmiş adla uyğunsuzluğun müəyyən edildiyi ona məlum olmuşdur. Buna görə də Maraqlı şəxsnə adında olan uyğunsuzluğun aradan qaldırılması üçün ərizə ilə müraciət etmişdir. Lakin, qeydiyyat şöbəsinin ona ünvanladığı xx xxxxxx 2020-ci il tarixli, 05/9- 218/13 nömrəli məktubunda Qəbələ rayonu Qəmərvan kənd İnzibati Ərazi nümayəndəliyində xx.xx.1951-ci il tarixdə tərtib edilmiş 31 nömrəli doğum haqqında akt qeydi nəzərdən keçirilən zaman adının "Səhrab "yazılması aşkar olunduğu, buna görə də adının həmin addan "Tofiq" adına düzəliş edilməsi ilə doğum şəhadətnaməsinin yazılıb verilməsinin mümkün olmadığı göstərilməklə, məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Ona məxsus xx xxxx 1951-ci il tarixli İE 580312 nömrəli doğum haqqında şəhadətnamədə də adı "Tofik" olaraq qeyd olunmuş, lakin ona məlum olmayan səbəblərdən həmin adın qabağında mötərizədə "Səhrab" adı da qeyd olunmuşdur. Doğum haqqında şəhadətnamədən məlum olur ki, sonradan Qəbələ (keçmiş Qutqaşen) rayonu VVADQ şöbəsi tərəfindən doğum haqqında şəhadətnamədə düzəliş barədə qeydlər aparılsa da görünür həmin düzəliş barədə qeyd vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərində göstərilməmiş və belə bir düzəliş aparılmamışdır. Buna görə də üzləşdiyi problemin həlli ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, Ərizəçi məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan xx.xx.2004-cü il tarixdə Qəbələ RPŞ tərəfindən verilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının X1 Tofik Şahmur oğlunun adı “Tofik” olaraq göstərilmişdir. İşdə olan Qutqaşen rayon, Qəmərvan kənd soveti tərəfindən verilmiş xx xxxx 1951-ci il tarixli ИЕ № 580312 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi (Səhrab) Şahmur oğlu xx xxx 1951-ci il tarixdə Qəbələ rayon Qəmərvan kəndində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxx 1951-ci il tarixdə 31 nömrə ilə qeyd aparılmışdır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 05/Q-218/13 nömrəli məktubla doğum haqqında akt qeydi ilkin sənəd olduğundan və ona düzəliş edilməsi üçün əsas olmadığından ada “Tofik” olaraq düzəliş edilməsindən imtina olunmuş və bununla bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin MPM-nin 341-ci maddəsinin tələbinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxır. Həmin Məcəllənin 305.1.7-ci maddəsinə əsasən, məhkəmə vətəndaşlıq vəziyyəti aktdarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hüqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Beləliklə, işin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, Ərizəçinın adı “Tofik” olduğu halda, doğum akt qeydiyyatı kitabında səhvən “Səhrab” kimi qeyd aparılmışdır. Ona görə də məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) Ərizəçi doğum haqqında akt qeydlərinin düzgün olmaması, adı “Tofik” yazılmalı olması müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi Ərizə təmin edilsin. Ərizəçi barədə doğum akt qeydinin düzgün olmaması, adın “Tofik” kimi yazılmalı olması müəyyən edilsin. Qətnamə doğum akt qeydlərinin düzəldilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-979/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-979/2020
06.10.2020 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver