Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-10/2021 27.04.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Ərizəçi və Maraqlı şəxs rəisi X6 iştirakı ilə, Ərizəçi övladı X7 10 yanvar 2003-cü ildə doğumunun qeyd edilməsi faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi övladı X7 10 yanvar 2003-cü ildə doğulması faktının müəyyən edilməsinə dair ərizə ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. Ərizəçi Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia predmetini dəyişərək doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Ərizəçi məhkəmə iclasında izahat verərək göstərdi ki, 1989-cu ildə X15 ilə toy edib evlənmişlər, lakin nikahlarını rəsmiləşdirməmişlər. Lakin sonradan Qobustan rayonunun Qurbançı kənd icra nümayəndəliyində 16 noyabr 1997-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan 21 avqust 1991-ci ildə İsrail, 10 dekabr 1994-cü ildə Ziba, 10 yanvar 2003-cü ildə Ümüd adlı üç uşaqları anadan olmuşdur. Uşaqlarından ikisinə doğum haqqında şəhadətnamə alsalar da, 10 yanvar 2003-cü ildə anadan olmuş Ümüd üçün doğum haqqında şəhadətnamə almamışlar. Ümüd üçün doğum haqqında şəhadətnamə almaqdan ötrü Maraqlı şəxsnə müraciət etmiş, lakin uşağın doğulması barədə xəstəxana arayışı olmadığından ona doğum haqqında şəhadətnamə verilməsindən imtina edilərək ona bunun məhkəmə qaydasında həll olunması bildirilmişdir. Ona görə də oğlu Ümüdün 10 yanvar 2003-cü il tarixdə doğulması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Oğlu Ümüdün 10 yanvar 2003-cü il tarixdə Qaracüzlü kəndində doğumunun qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi X12 izahatında göstərdi ki, Ərizəçi oğlu Ümüdün doğumunun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair iş üzrə ərizənin təmin edilməsinə etirazı yoxdur. X5 izahatında göstərdi ki, Ərizəçi ilə Qobustan rayonunun Qaracüzlü kəndində yaşayırlar. Nailə ilə İsmayılın birgə nikahlarından 10 yanvar 2003-cü il tarixdə bir oğlan uşaqları dünyaya gəlmişdir və həmin uşağa Ümüd adı qoymuşlar. X8 izahatında göstərdi ki, Ərizəçi həmkəndli olmaqla yaxşı tanıyır, Nailə və onun əri İsmayılın 10 yanvar 2003-cü il tarixdə Qobustan rayonunun Qaracüzlü kəndində, ev şəraitində bir oğlan uşaqları dünyaya gəlmişdir həmin uşağın adını Ümüd qoymuşlar. Ümüdün doğulmasında Fatma adlı qadın iştirak etmişdir. Hazırda Fatma rəhmətə getmişdir. X14 izahatında göstərdi ki, Qobustan rayonunun Qaracüzlü kənd orta məktəbində Ümüdlə bir məktəbə gedib. Həmin kənddə uşaq az olduğundan birinci və üçüncü siniflər birlikdə dərs keçirdilər. O üçüncü sinifdə oxuyanda Ümüd birinci sinifə qəbul olmuşdur. Onların müəllimi Babaverdi Nağıyev idi. Ümüd onunla üç il bir məktəbdə oxuyublar. O məktəbdən çıxdıqdan sonra da Ümüd həmin məktəbdə təhsilini davam etdirmişdir. X16 izahatında göstərdi ki, 2008-ci ildə Qobustan rayonunun Qaracüzlü kənd orta məktəbinin birinci sinfinə qəbul olmuşdur. Birinci sinif müəllimi Babaverdi müəllim olmuşdur. O məktəbə gedəndə X30 həmin məktəbdə üçüncü sinifdə oxuyurdu. Kənd məktəbində uşaq az olduğundan birinci və üçüncü siniflər birlikdə dərs keçirdilər. Kənanla üç il bir məktəbdə oxuyublar. 2012-ci ildə dördüncü sinifdən həmin məktəbdən çıxmışdır. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs tərəfindən 18 iyul 2020-ci il tarixdə verilmiş 153 saylı arayışdan görünür ki, X1 Nailə İmamcan qızı ilə 16 noyabr 1997-ci il tarixdə Qobustan rayonunun Qurbançı kənd icra nümayəndəliyində nikahlarını 10 sayla qeyd etdirməklə evlənmişlər. Nailə İmamcan qızına Şahverdiyeva soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs tərəfindən 13 avqust 2020-ci il tarixdə verilmiş 184 saylı arayışdan görünür ki, X9 21 may 1991-ci il tarixdə anadan olmuşdur. X2. X3r. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs tərəfindən 13 avqust 2020-ci il tarixdə verilmiş 150 saylı arayışdan görünür ki, X13 07 iyul 1994-cü tarixdə anadan olmuşdur. X2. X3r. İş materiallarına əlavə olunmuş Qobustan rayon İHB-nın Qurbançı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 02 avqust 2020-ci il tarixli 152 saylı arayışında göstərilir ki, X16 10 yanvar 2003-cü ildə doğulmaqla Qobustan rayonunun Qaracüzlü kəndində valideynləri X15 və Ərizəçi himayəsindədir. İş materiallarında olan Qobustan rayonunun Qurbançı kənd sakinləri Ərizəçi, X18, X10 və X4 12 avqust 2020-ci il tarixdə tərtib etdikləri, Qobustan rayon İHB-nın Qurbançı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin imzalarını təsdiq etdiyi aktdan görünür ki, Qobustan rayonunun Qurbançı kənd sakini X27 Şahverdiyevlə rəsmi nikahdan 10 yanvar 2003-cü il tarixdə ev şəraitində Ümüd adlı bir oğlan uşağı doğmuşdur və halhazırda Ümüd həmin ailədə yaşayır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Qobustan rayonunun Qurbançı kənd sakini Ərizəçi ünvanlanmış 14 iyul 2020-ci il tarixli 91 saylı məktubda göstərilir ki, X7 Qobustan rayonunun Qurbançı kənd icra nümayəndəliyində doğum akt qeydi aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş Qobustan rayon Qaracüzlü kənd orta məktəbi tərəfindən verilmiş arayışda göstərilir ki, Qobustan rayon Qaracüzlü kənd sakini X16 2008-2009-cu tədris ilində Qaracüzlü kənd məktəbinin 1-ci sinfinə daxil olmuş, 2011- 2012-ci tədris ilində həmin məktəbin İV sinfini bitirmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X22” X35 verdiyi 18 mart 2021-ci il tarixli 108 saylı ekspert rəyində göstərilir ki, X7 məhkəmə-tibbi ekspertizasına, ilkin məlumatı nəzərə alıb və qərarda qoyulmuş suallara uyğun olaraq Şahverdiyev Ümüdün müəyyən edilmiş yaşı 15-16 ilə uyğun gəlir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi övladı Ümüdün 10 yanvar 2003-cü il tarixdə Qobustan rayonunda doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Ümüdə doğum haqqında şəhadətnamə verilərkən doğum tarixi 10 yanvar 2003-cü il, soyadı Şahverdiyev, adı Ümüd, doğum yeri Qobustan rayonu, atası qrafasında X15, anası qrafasında Ərizəçi yazılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307, 308 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi övladı Ümüdün 10 yanvar 2003-cü il tarixdə Qobustan rayonunda doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Ümüdə doğum haqqında şəhadətnamə verilərkən doğum tarixi 10 yanvar 2003-cü il, soyadı Şahverdiyev, adı Ümüd, doğum yeri Qobustan rayonu, atası qrafasında X15, anası qrafasında Ərizəçi yazılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-10/2021
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-10/2021
27.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver