Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-117/2021 08.06.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, ərizəçi Ərizəçi, maraqlı tərəf Qobustan rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi 23 iyul 2002-ci il tarixdə anadan olmuş övladı X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi 23 iyul 2002-ci il tarixdə anadan olmuş övladı X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında göstərdi ki, övladı X10 23 iyul 2002-ci il tarixdə anadan olmuşdur. O, anadangəlmə serebral iflic xəstəsi olmaqla öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 4 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının qərarına əsasən Elmar 1-ci qrup əlil olmaqla əmək qabiliyyətsizdir. Barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istənilən övladı X10 öz hərəkətlərinin mənasını başa düşmür, kənar şəxsin köməyi olmadan sərbəst yaşaması mümkün deyil, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir. Həmçinin öz hüquqlarını sərbəst şəkildə həyata keçirə bilmir. Ailədə oğluna maddi və mənəvi köməklik göstərən şəxs odur. Elmarın bütün ehtiyaclarını o qarşılayır və ona qulluq edir. Elmarın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi gələcəkdə onun hüquqlarının həyata keçirilməsi və üzərində qəyyum təyin edilməsi üçün vacibdir. Ona görə də 23 iyul 2002-ci il tarixdə anadan olmuş oğlu Elmarın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Qobustan rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8 izahatında göstərdi ki, X1 rayon mərkəzi xəstəxanası X11 poliklinika şöbəsində “Kvadroplegik spastik serebral iflic, uşaq serebral iflicinin davamlı qalıqları, spastik tetraplegiya, spastik tetraparez” diaqnozu ilə qeydiyyatda durur, X5 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 rəyi əsasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etirazı yoxdur. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İşdə olan Qobustan rayon İHB-nın Qurbançı kənd icra nümayəndəliyinin verdiyi AZ-İ seriyalı 199032 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 23 iyun 2002-ci il tarixdə anadan olmuşdur. X2, anası Ərizəçidır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X12 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qobustan rayon mərkəzi xəstəxanası” X14 verdiyi 05 mart 2021-ci il tarixli 23 saylı arayışında göstərilir ki, 2002-ci il təvəllüdlü Qobustan rayon sakini X1 rayon mərkəzi xəstəxanası X11 poliklinika şöbəsində “Kvadroplegik spastik serebral iflic, uşaq serebral iflicinin davamlı qalıqları, spastik tetraplegiya, spastik tetraparez” diaqnozu ilə qeydiyyatdadır. İ qrup əlildir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənəddə göstərilir ki, 23 iyul 2002-ci il təvəllüdlü X10 “Kvadroplegik spastik serebral iflic, uşaq serebral iflicinin davamlı qalıqları, spastik tetraplegiya, spastik tetraparez” diaqnozu ilə birinci dərəcəli əlildir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 verdiyi 06 may 2021-ci il tarixli 992 saylı rəyindən göstərilir ki, X7 dərin əqli gerilik uşaq serebral iflici nəticəsində (F73) aşkar olunur. Bunu anamnestik məlumatlar - psixi inkişafda geri qalması, nevroloji əlamətlərin qeyd edilməsi, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, X3 müalicə olunması, Qobustan RMX-nin poliklinika şöbəsində qeydiyyatda olması, xəstəliyi ilə əlaqədar İ qrup əlilliyi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - kobud nevroloji əlamətlərin qeyd olunması, maraq dairəsinin məhdudluğu, emosional iradi sferasının enməsi, yaddaş və intellektinin aşağı olması, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. X7 dərin əqli gerilik uşaq serebral iflici nəticəsində aşkar olunur. X7 qeyd edilən uşaq serebral iflici anadangəlmə patologiyadır. X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək, onları şüurlu idarə etmək və ətrafdakılara qarşı reaksiya verməyə qadir deyil. X10 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Müəyyən olundu ki, Ərizəçi övladı X10 23 iyul 2002-ci il tarixdə anadan olmuşdur. O, anadangəlmə serebral iflic xəstəsi olmaqla öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmir. Qobustan rayon mərkəzi xəstəxanası X11 poliklinika şöbəsində “Kvadroplegik spastik serebral iflic, uşaq serebral iflicinin davamlı qalıqları, spastik tetraplegiya, spastik tetraparez” diaqnozu ilə qeydiyyatda durur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərinə qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyətli olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla da məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, 23 iyul 2002-ci il təvəllüdlü X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlaya bilməməsi və öz hərəkətlərini idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227,230,233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 23 iyul 2002-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-117/2021
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-117/2021
08.06.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver