Məhkəmə qərarları › İş №2(026)-13/2021

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-13/2021

28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-13/2021 28.01.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Ləğv Prosesində olan İddiaçı ASC-nin xeyrinə 312,41 manat əsas, 544,30 manat cərimə borcu, müqavilənin bitdiyi tarixdən 24 iyul 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz 43,08 manat borc olmaqla, ümumilikdə 899,79 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə aralarında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 184912 saylı kredit müqaviləsinə əsasən banka 312,41 manat borcu qalmışdır. xx xxxxxx 2019-cu il tarixdə İddiaçı ASC ilə aralarında 12 ay müddətinə restrukturizasiya müqaviləsi bağlanmış və bankın işçiləri tərəfindən ona cədvər göndəriləcəyi bildirilsə də cədvəl ona göndərilməmişdir. xx xxxxxxx 2020-ci il tarixdə bankın baş ofisinə getmiş və o bankla aralarında xx xxxxxxx 2020-ci il tarixdə LM102000617 saylı restrukturizasiya müqaviləsi bağlayaraq müddəti 12 ay uzatmışlar. Banka olan borcunu ödəyəcəkdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli LM ********* saylı restrukturizasiya müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 12 ay müddətinə kredit (restrukturizasiya) müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilmədiyinə görə ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 259, 263,264 və 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə olan mülki iş baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev AZƏRBAYCAN RESPUBLİKASİ QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan ş.M.Ə. Sabir küç. 29 a Telefon: (2024) 5- 27-98 5- 26-25 №-2(026)-143/2020 “23” iyul 2020-ci il X2 X1 Qobustan rayonu Nabur kəndi Ləğv Prosesində olan İddiaçı ASC-yə Bakı şəhəri Qarabağ küçəsi 31 Qobustan rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadının surəti sizə göndərilir. Qoşma: qərardadın surəti 01 vərəqədə, (hər bir ünvana ayrı-ayrılıqda) Məhkəmənin sədri: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar