Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-133/2021 18.05.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, İddiaçı QSC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC ilə cavabdeh Niftalıyev Eminağa Şamman oğlu arasında 09 avqust 2019-cu il tarixli 017A**********8 saylı kredit müqaviləsinə xitam verilməsi və Niftalıyev Eminağa Şamman oğlundan 3282,87 manat əsas, 10,88 manat faiz və 1014,65 manat cərimə olmaqla, cəmi 4308,40 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, Niftalıyev Eminağa Şamman oğlu ilə İddiaçı QSC arasında bağlanmış 09 avqust 2019-cu il tarixli 017A********** saylı kredit müqaviləsinə əsasən aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3351,17 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 09 oktyabr 2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Niftalıyev Eminağa Şamman oğlu götürdüyü kredit borcundan 68,3 manat ödəniş etmiş və onun banka 3282,87 manat borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılanadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 12 fevral 2021-ci il tarixə 126 gün üçün hesablanmış faiz borcu 10,88 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödənilməlidir. 12 fevral 2021-ci il tarixə 126 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1014,65 manat təşkil edir. Ona görə də İddiaçı QSC ilə cavabdeh Niftalıyev Eminağa Şamman oğlu arasında 09 avqust 2019-cu il tarixli 017A********** saylı kredit müqaviləsinə xitam verilməsi və Niftalıyev Eminağa Şamman oğlundan 3282,87 manat əsas, 10,88 manat faiz və 1014,65 manat cərimə olmaqla, cəmi 4308,40 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh izahatında göstərdi ki, İddiaçı QSC ilə aralarında bağlanmış 09 avqust 2019-cu il tarixli 017A**********8 saylı kredit müqaviləsinə əsasən bankdan 3282,87 manat kredit götürmüşdür, sonradan İddiaçı QSC ilə aralarında 5 il müddətinə restrukturizasiya müqaviləsi bağlanmışdır. Banka olan borcundan ödənişlər edirdi. Lakin 27 sentyabr 2021-ci il tarixdə oğlu Azərbaycan Respublikasının torpaqlarının azad olunması uğrunda başlayan müharibəyə könüllü gedərək iki dəfə yarandığından onun müalicələrinə pul lazım olduğu üçün banka olan borcunu ödəyə bilməmişdir. Banka olan borcunu hissə-hissə ödəyəcəkdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Müəyyən olundu ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh Niftalıyev Eminağa Şamman oğlu arasında bağlanmış 09 avqust 2019-cu il tarixli 017A********** saylı kredit müqaviləsinə əsasən aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3351,17 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 09 oktyabr 2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Niftalıyev Eminağa Şamman oğlu götürdüyü kredit borcundan 68,3 manat ödəniş etmiş, onun banka 3282,87 manat borcu qalmışdır. Borcun ödənilməsi ilə əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyin icra edilməsindən yayınmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Niftalıyev Eminağa Şamman oğlu arasında bağlanmış 09 avqust 2019-ci il tarixli 017A********** saylı kredit müqaviləsinə əsasən aylıq faiz dərəcəsi 0,0833 % olmaqla 60 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə Niftalıyev Eminağa Şamman oğluna 3351,17 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 02 fevral 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kreditorun əmlak mənafelərini, götürdüyü kreditin və faizlərin böyük hissəsini banka ödəməli olduğu vəsaitin miqdarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən dəbbə pulunun 1014,65 manat hesablanması tənasübsüz dərəcədə yüksəkdir, dəbbə pulunun 100 manat müəyyən edilməsi ədalətli və ağlabatandır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı QSC ilə cavabdeh Niftalıyev Eminağa Şamman oğlu arasında bağlanmış 09 avqust 2019-cu il tarixli 017A********** saylı kredit müqaviləsinə xitam verilməli, cavabdeh Niftalıyev Eminağa Şamman oğlundan 3282,87 manat əsas, 10,88 manat faiz və 100 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə cavabdeh Niftalıyev Eminağa Şamman oğlu arasında bağlanmış 09 avqust 2019-cu il tarixli 017A********** saylı kredit müqaviləsinə xitam verilsin. Cavabdeh Niftalıyev Eminağa Şamman oğlundan 3282,87 manat əsas, 10,88 manat faiz və 100 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-133/2021
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-133/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver