Məhkəmə qərarları › İş №2(026)-141/2021

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-141/2021

29.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-141/2021 29.06.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh və maraqlı tərəf Qobustan rayon Notariat Ofisinə qarşı Cavabdeh ona məxsus torpaq sahəsindən çıxarılması və 26 sentyabr 2008-ci il tarixli ******* saylı çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və maraqlı tərəf Qobustan rayon Notariat Ofisinə qarşı Cavabdeh ona məxsus torpaq sahəsindən çıxarılması və 26 sentyabr 2008-ci il tarixli ******* saylı çıxarışın ləğv edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək Cavabdeh ilə aralarında razılığa gələrək 2,5 ha torpaq sahəsi və 1,5 ha torpaq sahəsinin dəyəri olan 2000 manat pul aldığı üçün iddiadan imtina edir və işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbi ödənildiyi üçün işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsinə dair ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikasının MPM-in 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Beləliklə də, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 261, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh və maraqlı tərəf Qobustan rayon Notariat Ofisinə qarşı Cavabdeh ona məxsus torpaq sahəsindən çıxarılması və 26 sentyabr 2008-ci il tarixli ******* saylı çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə icraata iddiaçı iddiadan imtina etdiyi üçün xitam verilsin. Qərardaddan 10 gün müddətinə Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver