Məhkəmə qərarları › İş №2(026)-159/2021

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-159/2021

14.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-159/2021 14.04.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan rayon məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğlu İddiaçı Cavabdeh qarşı 1514 manat pul və 10000 manat mənəvi ziyan tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı 1514 manat pul və 10000 mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi və əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən edildi ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş, 30 manat əvəzinə 11 manat ödənilmişdir. Bundan başqa cavabdehin yaşayış yeri barədə hər hansı bir sənəd və ya Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışı işə əlavə olunmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu ödənilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264-ci maddələrini rəhbər tutub QƏRARA ALDİM: İddiaçı İddiaçı Cavabdeh əskik daşınmış mişar daşının karyerə ödənilməsinə, artıq ödənilmiş 1514 manat pulun qaytarılması və mənəvi ziyana görə 10000 manatın və ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra cavabdehin yaşadığı yer üzrə ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan 10 gün müddətində Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar