Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-195/2021 08.09.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı 07 aprel 2005-ci il təvəllüdlü X2 onun yanında qalması və Sumqayıt Apelyasiya Məhkəməsinin 04 iyul 2016-cı il tarixli 2(105)-1348/16 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment borcunun 05 mart 2020-ci il tarixdən silinməsi və həmin qətnamə üzrə alimenti ödəməkdən azad edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı 07 aprel 2005-ci il təvəllüdlü X2 onun yanında qalması və Sumqayıt Apelyasiya Məhkəməsinin 04 iyul 2016-cı il tarixli 2(105)-1348/16 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment borcunun 05 mart 2020-ci il tarixdən silinməsi və həmin qətnamə üzrə alimenti ödəməkdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X3 məhkəməyə ərizə təqdim edərək iddiaçı olan İddiaçı iddiadan imtina etdiyini göstərərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsinə dair ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikasının MPM-in 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Beləliklə də, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 261, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı İddiaçı Cavabdeh qarşı 07 aprel 2005-ci il təvəllüdlü X2 onun yanında qalması və Sumqayıt Apelyasiya Məhkəməsinin 04 iyul 2016-cı il tarixli 2(105)-1348/16 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment borcunun 05 mart 2020-ci il tarixdən silinməsi və həmin qətnamə üzrə alimenti ödəməkdən azad edilməsi tələbinə dair iddia ərizəsi üzrə icraata iddiaçı iddiadan imtina etdiyi üçün xitam verilsin. Qərardaddan 10 gün müddətinə Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-195/2021
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-195/2021
08.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver