Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-224/2020 07.10.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Ərizəçi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon Bölməsinin nümayəndəsi X7 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi xx xxxx 1924-cü il tarixdə anadan olmuş, xx xxxx 1984-cü ildə ölmüş X23 X24 ilə eyni şəxs olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək göstərdi ki, X5nun doğum haqqında şəhadətnaməsində, hərbi biletində, şəxsiyyət vəsiqəsində və digər sənədlərində “X59” bacıqardaşlarının, eləcə də özünün sənədlərində isə “X24” yazılmışdır. “X59” ilə “X24”nun eyni şəxs olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, Qobustan rayonunun Dərəkənd kəndində yaşayır. X5 ilə anası Nüybar 1945-ci ildə evlənmiş və onların 1945-ci ildə Tubu, 1948ci ildə Cəmilə,1952-ci ildə Gülbəs, 1954-cü ildə Durnagözəl, 1955-ci ildə Əzizəxanım, 1957-ci ildə Valeh, 1959-cu ildə Gülpəri, 1961-ci ildə Pirverdi, 1964-cü ildə Zeynəbxanım, 1967-ci ildə Vaqif, 1970-ci ildə Zülfüqar adlı on bir övladları olmuşdur. 11 uşağın hamısının doğum haqqında şəhadətnamələrində ata adı “Nəzirməmməd” kimi yazılmışdır. Dərəkənd kənd Zəhmətkeş (daha sonra XALQ) X33 Komitəsinin təsərrüfatbaşına kitabında və xx xxxx 1984-cü ildə vəfat etmiş atasının ölüm haqqında şəhadətnaməsində də atasının adı X6 qeyd edilmişdir. Lakin atasının doğum haqqında şəhadətnaməsində, hərbi biletində və pasportunda adı “X59” kimi yazılmışdır. Atası Nəzirməmməd Böyük Vətən Müharibəsi iştirakçısı və əlili olmuşdur. xx xxxxxx 2019-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 102.2.5ci maddəsində Böyük X34 övladlarına gəlir vergisindən güzəştlər nəzərdə tutulmuşdur. O həmin güzəştlərdən istifadə edə bilmək üçün atasının Böyük Vətən Müharibəsi iştirakçısı və əlili olmasına dair arayış almaq üçün Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsinə müraciət etmiş, atasının adı hərbi biletində “Məmməd”, onun, qardaş və bacılarının sənədlərində isə “Nəzirməmməd” kimi göstərildiyindən lazım olan arayışı ala bilməmişdir. Ona görə də “X24” və X40 eyni şəxs olması faktının müəyyən edilməsi zərurəti yaranmışdır və həmin faktı başqa yolla müəyyən etmək mümkün olmadığından və yalnız məhkəmə qaydasında müəyyən oluna biləcəyindən məhkəməyə müraciət etmək zərurətində olduğunu bildirərək X5nun doğum haqqında şəhadətnaməsində, hərbi biletində, şəxsiyyət vəsiqəsində və digər sənədlərində X59 bacı-qardaşlarının sənədlərində isə X24 yazılmışdır.“X59” ilə “X24”nun eyni şəxs olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı tərəf Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon Bölməsinin nümayəndəsi X21 izahatında göstərdi ki, Ərizəçi məhkəmədə olan hüquqi əhəmiyyətli faktın məhkəmədə baxılıb mahiyyəti üzrə həll olunmasına etiraz etmir. Məhkəmə iclasında şahid İbrəhimova Səriyyə Şövkət qızı izahatında göstərdi ki, Qobustan rayonunun Dərəkənd kəndində yaşayır. Ərizəçiov oğlunun atasını X6 tanımışdır. Bu faktı təsdiq edir. Məhkəmə iclasında şahid X47 izahatında göstərdi ki, Qobustan rayonunun Dərəkənd kəndində yaşayır. Ərizəçi atası Nəzirməmmədi yaxşı tanıyırdı. X24 ilə uzun illər qonşu olmuşdur. Nəzirməmmədin bəzi sənədlərdə adı Məmməd kimi yazılsa da, yaşadıqları kənddə hamı onu Nəzirməmməd kimi tanıyır və çağırırdı. Məhkəmə iclasında şahid X25 izahatında göstərdi ki, Qobustan rayonunun Dərəkənd kəndində yaşayır. Ərizəçi Vaqifin atası Nəzirməmmədlə qonşu olmuşlar. Onu Nəzirməmməd kimi tanımış və çağırmışlar. İndi bilmişdir ki, Nəzirməmmədin bəzi sənədlərdə adı Məmməd kimi yazılmışdır. Məhkəmə iclasında şahid X48 izahatında göstərdi ki, Qobustan rayonunun Dərəkənd kəndində yaşayır. Ərizəçi X5nu tanıyırdı. Nəzirməmmədin bəzi sənədlərində adı Məmməd kimi yazılmışdır. Məhkəmə ərizəçilərin izahatını, şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə görə ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuşMərəzə rayonu Damlamaca kənd sovetliyi tərəfindən verilmiş İE seriyalı 348336 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X59 x xxxx 1924-cü il tarixdə anadan olmuşdur.X32, anası X49r. İş materiallarına əlavə olunmuş NZ seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, xx xxxxxx 1943-cü ildə Böyük Vətən Müharibəsi ilə əlaqədar ordu sıralarına X59 çağırılmışdır. İş materiallarına əlavə olunmuş xx xxxxxx 1945-ci il tarixli 25 nömrəli evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X24 1945-ci ildə X41 ilə evlənmişdir. İş materiallarına əlavə olunmuş LV-JQ seriyalı 562118 saylı xx xxx 1977-ci il tarixdə verilmiş Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının pasportunun surətindən görünür ki, X59 x xxxx 1924-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Qobustan rayon İHB-nın Dərəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx xxxxxx 2020-ci il tarixli 57 saylı arayışdan görünür ki, xx xxxx 1984-cü ildə vəfat etmiş X8 Dərəkənd kəndində yerləşən fərdi yaşayış evinə miras qoyanla birgə yaşayan və mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə yaşamağa davam edən aşağıda adları göstərilən vərəsələri qalmışdır: 1945-ci il təvəllüdlü X26, 1948-ci il təvəllüdlü X22, 1952-ci il təvəllüdlü X17, 1954-cü il təvəllüdlü Nəzirova Durnagözəl Nəzirməmməd qızı, 1955-ci il təvəllüdlü X3, 1957-ci il təvəllüdlü X27, 1959-cu il təvəllüdlü X9, 1961-ci il təvəllüdlü X10, 1964-cü il təvəllüdlü X1, 1967-ci il təvəllüdlü Ərizəçi, 1970-ci il təvəllüdlü X11. İş materiallarına əlavə olunmuş Şamaxı rayonu VVAQ şöbəsi tərəfindən xx xxxx 1971-ci il tarixdə verilmiş AZB seriyalı 005990 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx xxxx 1945-ci ildə anadan olmuşdur. X5, anası X29r. İş materiallarına əlavə olunmuş Şamaxı rayonu VVAQ şöbəsi tərəfindən xx xxxxxx 1979-cu il tarixdə verilmiş İE seriyalı 775203 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx xxxxxx 1952-ci ildə anadan olmuşdur. X5, anası X29r. İş materiallarına əlavə olunmuş Şamaxı rayonu Dərəkənd kənd sovetliyi tərəfindən xx xxxxxxxx 1977-ci il tarixdə verilmiş AZ seriyalı 701742 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nəzərova Durnagözəl Nəzirməmməd qızı xx xxxxxx 1954-cü ildə anadan olmuşdur. X5, anası X29r. İş materiallarına əlavə olunmuş Qobustan rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, X4 xx xxxxxx 1952-ci ildə anadan olmuşdur. X5, anası X29r. İş materiallarına əlavə olunmuş Şamaxı rayonu Nərimankənd kənd sovetliyi tərəfindən xx xxxxxx 1977-ci il tarixdə verilmiş AZ seriyalı ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X30 x xxx 1957-ci ildə anadan olmuşdur. X5, anası X29r. İş materiallarına əlavə olunmuş Qobustan rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, X12 xx xxxx 1959-cu ildə anadan olmuşdur. X5, anası X29r. İş materiallarına əlavə olunmuş Şamaxı rayonu Dərəkənd kənd sovetliyi tərəfindən xx xxxx 1964-cü il tarixdə verilmiş AZ seriyalı 700550 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx xxxx 1964-cü ildə anadan olmuşdur. X5, anası X29r. İş materiallarına əlavə olunmuş Qobustan rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, X31 xx xxxx 1967-ci ildə anadan olmuşdur. X5, anası X29r. İş materiallarına əlavə olunmuş Şamaxı rayonu Dərəkənd kənd sovetliyi tərəfindən xx xxxx 1970-ci il tarixdə verilmiş AZ seriyalı ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx xxxxx 1970-ci ildə anadan olmuşdur. X5, anası X29r. İş materiallarına əlavə olunmuş Şamaxı rayon Dərəkənd kənd sovetliyi tərəfindən verilmiş İİ- JQ seriyalı 396550 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx xxxx 1984-cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Milli Arxiv idarəsinin Qobustan rayon dövlət arxivinin verdiyi xx xxxxxx 2020-ci il tarixli 016 saylı arayışından görünür ki, Dərəkənd kənd sovetliyinin 180-1981-1982-ci illərə aid təsərrüfatbaşına kitabın 7 nömrəli şəxsi hesab vərəqəsinə əsasən X24 ailə başçısı kimi qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayonunun Dərəkənd kənd sakinləri X44, X25, X47, X50 və İbrəhimova Səriyyə Şövkət qızının xx xxxxxx 2020-ci il tarixdə tərtib etdikləri aktdan görünür ki, 1924-cü ildə anadan olmuş, xx xxxx 1984-cü ildə ölmüş X59 yaşamış olduğu Qobustan rayonunun Dərəkənd kəndində Nəzirməmməd kimi tanınmış və çağırılmışdır. İş materiallarına əlavə olunmuş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon Bölməsinin Ərizəçi ünvanlandığı xx xxxxxx 2020-ci il tarixli 366 saylı məktubdan görünür ki, X40 X24 ilə eyni şəxs olması faktının müəyyən olunması ilə əlaqədar məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxılır. Müəyyən olundu ki, xx xxxxxxxx 1950-ci il tarixdə verilmiş İE seriyalı 348336 saylı doğum haqqında şəhadətnamədə, NZ seriyalı ******* seriyalı hərbi biletdə və xx xxx 1977-ci il tarixdə İV-JK seriyalı 562118 saylı Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının pasportunda yazılmış “X59” ilə, xx xxxxxx 1945-ci il tarixli 25 nömrəli evlənmə haqqında şəhadətnamədə, xx xxxxxx 2012-ci il tarixli AZ-İ seriyalı 501464 saylı ölüm haqqında şəhadətnamədə, Tubu, Cəmilə, Gülbəs, Durnagözəl, Əzizəxanım, Valeh, Gülpəri, Pirverdi, Zeynəbxanım, Vaqif və Zülfüqarın doğum haqqında şəhadətnamələrində, şəxsiyyət vəsiqələrində və onlara məxsus digər sənədlərdə yazılmış “X24” eyni şəxslərdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx xxxxxxxx 1950-ci il tarixdə verilmiş İE seriyalı 348336 saylı doğum haqqında şəhadətnamədə, NZ seriyalı ******* seriyalı hərbi biletdə və xx xxx 1977-ci il tarixdə İV-JK seriyalı 562118 saylı Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının pasportunda yazılmış “X59” ilə, xx xxxxxx 1945-ci il tarixli 25 nömrəli evlənmə haqqında şəhadətnamədə, xx xxxxxx 2012-ci il tarixli AZ-İ seriyalı 501464 saylı ölüm haqqında şəhadətnamədə, Tubu, Cəmilə, Gülbəs, Durnagözəl, Əzizəxanım, Valeh, Gülpəri, Pirverdi, Zeynəbxanım, Vaqif və Zülfüqarın doğum haqqında şəhadətnamələrində, şəxsiyyət vəsiqələrində və onlara məxsus digər sənədlərdə yazılmış “X24”nun eyni şəxs olması faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxxxx 1950-ci il tarixdə verilmiş İE seriyalı 348336 saylı doğum haqqında şəhadətnamədə, NZ seriyalı ******* seriyalı hərbi biletdə və xx xxx 1977-ci il tarixdə İV-JK seriyalı 562118 saylı Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının pasportunda yazılmış “X59” ilə, xx xxxxxx 1945-ci il tarixli 25 nömrəli evlənmə haqqında şəhadətnamədə, xx xxxxxx 2012-ci il tarixli AZ-İ seriyalı 501464 saylı ölüm haqqında şəhadətnamədə, Tubu, Cəmilə, Gülbəs, Durnagözəl, Əzizəxanım, Valeh, Gülpəri, Pirverdi, Zeynəbxanım, Vaqif və Zülfüqarın doğum haqqında şəhadətnamələrində, şəxsiyyət vəsiqələrində və onlara məxsus digər sənədlərdə yazılmış “X24”nun eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-224/2020
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-224/2020
07.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver