Məhkəmə qərarları › İş №2(026)-237/2020

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-237/2020

04.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-237/2020 04.11.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsiyyətini təsdiq edən sənədlərə əsaslanaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının arxivində saxlanılan əmrdə soyadının Alcanov kimi göstərilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin N44 saylı arxiv arayışındakı “Əlicanov” soyadının “Alcanov” soyadı ilə eyni şəxsə, yəni Ərizəçi aid olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, xx xxxx 20N9-cu il tarixli N44 saylı arxiv arayışında və hərbi biletində edilən qeydlərdən də göründüyü kimi o xx xxxxx N994-cü il tarixdən xx xxxx N994-cü il tarixinədək olan müddət ərzində Daxili Qoşunların N saylı hərbi hissəsi tərkibində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N995-ci il tarixli 2N6 saylı qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin İ bəndinə əsasən müharibə veteranı adı N99N-ci ilin oktyabr ayının 9-dan N994-cü ilin may ayının N0-dək döyüşən ordu tərkibində, hərbi döyüşlərdə iştirakı sübut edilən başqa sənədlər əsasında müharibə veteranı adının və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də o müvafiq sənədləri toplayaraq cavabdeh orqana təqdim etmiş, müraciətinə maraqlı tərəf, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şəxsi X8 arxiv arayışında soyadının düzgün göstərilməməsini bildirərək soyadının “Əlicanov” kimi göstərilməsi məsələsinin məhkəmə qaydasında həll olunmasını tövsiyyə etmişdir. Onun bütün şəxsi sənədlərində soyadının Alcanov olmasına baxmayaraq, məlum olmayan səbəblərdən DİN-nin Baş arxiv arayışının N-ci bəndində mötərizədə “Əmrdə soyadı Əlicanov kimi qeyd edilmişdir” bəhanəsini gətirərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Bu barədə Sumqayıt İnzibati-İqtisadi məhkəməsinə müraciət etmiş, ərizənin ümumi məhkəmə aidiyyatlı olduğu məhkəmə tərəfindən ona izah edildiyindən iddia ərizəsinin geri qaytarılmasını Sumqayıt İnzibati məhkəməsindən xahiş etmiş və həmin məhkəmə xx xxxxxx 20N9-cu il tarixli 2-N(085)N36N/20N9 saylı qərardadla iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılmışdır. Ona görə də şəxsiyyətini təsdiq edən sənədlərə əsaslanaraq DİN-nin Daxili Qoşunlarının Baş İdarəsinin N44 saylı arxiv arayışındakı “Əlicanov” soyadının “Alcanov” soyadlı eyni şəxsə, yəni ona aid olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi XN0 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı tərəf məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin N85.5-ci maddəsinə əsasən məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid X2 izahatında göstərdi ki, Qaradağ rayonunun Qobustan qəsəbəsində yaşayır. xx xxxxxxx N993-cü il tarixdə Qaradağ rayon Hərbi Komissarlığından hərbi hissəyə çağırılmış, Ərizəçi da onunla birlikdə Sumqayıt şəhərində olan N saylı hərbi hissədə olub və Elçinin soyadını Alcanov kimi tanımışdır. Bu faktı təsdiq edir. Məhkəmə iclasında şahid XN izahatında göstərdi ki, Qaradağ rayonunun Qobustan qəsəbəsində yaşayır. xx xxxxxxx N993-cü il tarixdə Qaradağ rayon Hərbi Komissarlığından hərbi hissəyə çağırılmışdır. Ərizəçi ilə birlikdə Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissədə qulluq etmişlər. Ondan sonra o N994-cü ildə Ağdam polkunda N saylı hərbi hissəyə göndərilmiş və N995-ci ildə Ərizəçi həmin hissəyə gəlmişdir. Həmin hərbi hissədə onu Ərizəçi kimi tanımışdır. Onu Alcanov kimi çağırmışlar. Məhkəmə ərizəçilərin izahatını, şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə görə ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Qobustan rayon Polis Şöbəsi tərəfindən verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx N975-ci ildə Şamaxı rayonunun Təklə kəndində anadan olmuşdur. Qobustan rayonunun Xilmilli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin verdiyi xx xxxx 20N9-cu il tarixli N44 saylı arxiv arayının surətindən görünür ki, həqiqətən də sıravi Ərizəçi N saylı və dislokasiya yeri Füzuli rayonudöyüş bölgəsi olmuş N saylı hərbi hissələrin tərkibində müddətli həqiqi hərbi xidmət keçməsi faktlarını təsdiq edən məlumatlar aşağıdakılardır. N saylı hərbi hissə komandirinin xx xxxxxxx N933-cü il tarixli 287 №-li əmri ilə Azərbaycan Respublikası çağırış məntəqəsindən gəlmiş hesab edilərək "sıravi” hərbi rütbəsi verilməklə xx xxxxxxx N993-cü il tarixdən hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, təlim məntəqəsində atıcı təyin edilmişdir (əmrdə soyadı Əlicanov kimi qeyd edilmişdir). N saylı hərbi hissə komandirinin xx xxxxxx N993-cü il tarixli 323 №-li əmri ilə təlim məntəqəsində məşğələlərin başa çatması və təlim məntəqəsinin buraxılması ilə əlaqədar 2-ci patrul bölüyündə atıcı vəzifəsinə təyin edilmişdir. N saylı hərbi hissə komandirinin xx xxxxx N994cü il tarixli 97 №-li əmri ilə xx xxxxx N994-cü il tarixdən xx xxx N994-cü il tarixədək Füzuli rayonuna döyüş bölgəsinə xidməti ezamiyyətə getmiş hesab edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N70 №-li əmri ilə Füzuli rayonundan döyüş bölgəsindən xidməti ezamiyyətdən gəlmiş hesab edilmişdir. N saylı hərbi hissə komandirinin xx xxxxx N935-ci il tarixli N04 №-li əmri ilə N saylı hərbi hissəyə ezam edilərək hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmışdır. N saylı hərbi hissə komandirinin xx xxx N995-ci il tarixli N34 №-li əmri ilə N saylı hərbi hissədən getmiş hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, 3-cü taborun 3-cü bölüyünün N-ci taqımının N-ci bölməsində atıcı vəzifəsinə təyin edilmişdir. N saylı hərbi hissə komandirinin N8 avqust N99ö-ci il tarixli 230 №-li əmri ilə Daxili Qoşunların hospitalına getmiş hesab edilmişdir. N saylı hərbi hissə komandirinin xx xxxxxxxx N995-ci il tarixli 250 №-li əmri ilə Daxili Qoşunların hospitalından gəlmiş hesab edilmişdir. N saylı hərbi hissə komandirinin xx xxxxxx N996-cı il tarixli 49 №-li əmri ilə Daxili Qoşunların hospitalına getmiş hesab edilərək hissənin qazan təminatından çıxarılmışdır. N saylı hərbi hissə komandirinin xx xxxx N996-cı il tarixli 89 №-li əmri ilə Daxili Qoşunların hospitalından gəlmiş hesab edilərək hissənin qazan təminatına daxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx N997-ci il tarixli 60N saylı Fərmanına və Müdafiə Nazirliyinin xx xxxx N997-ci il tarixli NN0 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx xxxx N997-ci il tarixli N89 №-li əmri ilə Silahlı Qüvvələrə ehtiyata buraxılmaqla hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılıb, qeydiyyata durmaq üçün 234 №-li keçid vərəqəsi ilə Qobustan RHK-nın sərəncamına göndərilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi X9 Sumqayıt İnzibati Məhkəməsinə ünvanlandığı xx xxxxxx 2020-ci il tarixli 024-336N-N220 saylı məktubun surətindən görünür ki, sabiq hərbi qulluqçu Ərizəçi Azərbaycan Respublikasının azadlığı, və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakını nəzərə alaraq ona “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin Daxili Qoşunların Baş idarəsi tərəfindən təqdim edilmiş xx xxxxxx 20N7-ci il tarixli, 94 nömrəli arxiv arayışına əsasən müəyyən edilmişdir ki, .Ərizəçi xx xxxxxxx N993-cü il tarixdən xx xxxx N997-ci il tarixədək N6075 və N saylı hərbi hissələrin tərkibində müddətli həqiqi hərbi xidmət keçmiş və xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. Lakin təqdim olunan həmin arxiv arayışında Ərizəçi Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında birbaşa iştirak etməsi barədə məlumatın aşkar olunmaması, eləcə müvafiq əmrlərdə onun soyadının "Əlicanov” kimi qeyd edilməsi məsələnin məhkəmə qaydasında həlli zərurətini yaratmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qobustan rayon Bölməsi tərəfindən verilmiş xx xxxxxxx 20N9-cu il tarixli 50 saylı məktubda göstərilir ki, N975-ci il təvəllüdlü Ərizəçi xx xxxxxxx N993-cü il tarixdən xx xxxx N997-ci il tarixinə kimi müddətli həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarına əlavə olunmuş Qobustan rayon Hərbi Komissarlığı tərəfindən Ərizəçi verilmiş xx xxxxxxx N993-cü il tarixli NZ seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, xx xxxx N975-ci il tarixdə anadan olmuş Ərizəçi xx xxxxxxx N993-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılmış, N993 və N995-ci illərdə N saylı və N saylı hərbi hissələrdə xidmət etməklə atıcı olmuşdur. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ rayon Hərbi Komissarlığı tərəfindən verilmiş NZ seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, xx xxxxxxxx N975-ci il tarixdə anadan olmuş XN xx xxxxxxx N993-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılmış, N6075 və N saylı hərbi hissələrdə xidmət etməklə atıcı olmuşdur. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ rayon Hərbi Komissarlığı tərəfindən verilmiş AO seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, xx xxxx N975-ci il tarixdə anadan olmuş X3 xx xxxxxxx N993-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.NN-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxılır. Müəyyən olundu ki, xx xxxx 20N9-cu il tarixli N44 saylı arxiv arayışında və hərbi biletində edilən qeydlərdən də göründüyü kimi Ərizəçi xx xxxxx N994-cü il tarixdən xx xxxx N994-cü il tarixinədək olan müddət ərzində Daxili Qoşunların N saylı hərbi hissəsi tərkibində Azərbaycanın Ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Qobustan rayon Polis Şöbəsi tərəfindən verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsində, NZ seriyalı ******* saylı hərbi biletdə yazılmış “Ərizəçi” ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin xx xxxx 20N9-cu il tarixli N44 saylı arxiv arayışında yazılmış “X5” eyni şəxsdir. Bu fakt şahidlərin izahatları ilə də təsdiqini tapır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Qobustan rayon Polis Şöbəsi tərəfindən xx xxxxxx 20N3-cü il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsində, verilmiş NZ seriyalı ******* saylı hərbi biletdə yazılmış “Ərizəçi” ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin xx xxxx 20N9-cu il tarixli N44 saylı arxiv arayışında yazılmış “ X5” nun eyni şəxs olması faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2N6-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Qobustan rayon Polis Şöbəsi tərəfindən xx xxxxxx 20N3-cü il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsində, verilmiş NZ seriyalı ******* saylı hərbi biletdə yazılmış “Ərizəçi” ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin xx xxxx 20N9-cu il tarixli N44 saylı arxiv arayışında yazılmış “ X5” nun eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən N ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar