Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-239/2020 24.11.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, iddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh Əlisahab oğluna qarşı 2451,10 manat vurulmuş zərərin tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” İstehsalat Birliyi Cavabdeh Əlisahab oğlu tərəfindən “İddiaçı” İB-yə vurulmuş 2451,10 manat zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq “İddiaçı” İB-nin xeyrinə ödənilməsi tələbi ilə Qobustan rayon məhkəməsinə iddia ərizəsi vermişdir. İddiaçı “İddiaçı” İstehsalat Birliyi iddia ərizəsini onunla əsaslandırmışdır ki, “İddiaçı” İstehsalat Birliyi ilə abonent Cavabdeh Əlisahab oğlu arasında xx xxxx 2020-ci il tarixli, 14/0848 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə Müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “İddiaçı” İB abonent Cavabdeh Əlisahab oğluna məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Həmin ünvana “İddiaçı” İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********39730 nömrəli abonent kodu verilmiş və həmin ünvana fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə qaz sayğacı quraşdırılmışdır. Cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “X1 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “İddiaçı” İB-nin işçiləri tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunaraq aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” aktlar tərtib edilmişdir. xx xxxxxx 2019-cu il tarixli ******* saylı akt əsasında 658,80 manat, xx xxxxxx 2019-ci il tarixli ******* saylı akt əsasında 100,80 manat, xx xxxx 2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx xxxxx 2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx xxx 2019-cu il tarixli ******* saylı akt əsasında 27,60 manat, xx xxxx 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx xxxx 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx xxxxxx 2019-cu il tarixli 02339472 saylı akt əsasında 32,40 manat, xx xxxxxxxx 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx xxxxxxx 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx xxxxxx 2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx xxxxxx 2019-cu il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx xxxxxx 2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx xxxxxx 2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx xxxx 2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, cəmi 2428,80 manat “İddiaçı” İstehsalat Birliyinə ziyan dəymişdir. Bundan əlavə Cavabdeh Əlisahab oğlu faktiki istifadə etdiyi dəyəri ödəməmiş, sayğac üzrə 2020-ci il üzrə iddiaçı “İddiaçı” İB-yə 38,70 manat məbləğində aylıq borcu da mövcud olmuşdur. Hazırda cavabdehin “İddiaçı” İB-yə ümumi borcu 2451,10 manat təşkil edir. Cavabdehə birliyin işçiləri tərəfindən 2451,10 manat məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərcinin də ondan tələb ediləcəyi izah edilmişdir. Lakin tələb olunan dəymiş zərər ödənilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində olmuşlar. Cavabdeh Əlisahab oğlundan 2451,10 manat vurulmuş zərərin və 30 manat dövlət rüsumunun, cəmi 2481,10 manat pulun tutularaq “İddiaçı” İBnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “İddiaçı” İB-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh Əlisahab oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx xxxx 2020-ci il tarixli 14/0848 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, “İddiaçı” İstehsalat Birliyi ilə Cavabdeh Əlisahab oğlu arasında qazın alqı-satqısı müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq islehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarına əlavə olunmuş Cavabdeh Əlisahab oğlunun adına tərtib olunmuş abonentin saldosundan görünür ki, Cavabdeh Əlisahab oğlu təbii qaşdan istifadəyə görə “İddiaçı” İstehsalat Birliyinə 2451,10 manat borcu vardır. İşdə olan xx xxxxxx 2019-cu il tarixli ******* saylı, xx xxxxxx 2019-cu il tarixli ******* saylı, xx xxxx 2019-cu il tarixli ******* saylı, xx xxxxx 2019-cu il tarixli ******* saylı, xx xxx 2019-cu il tarixli ******* saylı, xx xxxx 2019-cu il tarixli ******* saylı, xx xxxx 2019-cu il tarixli ******* saylı, xx xxxxxx 2019-cu il tarixli ******* saylı, xx xxxxxxxx 2019-cu il tarixli ******* saylı, xx xxxxxxx 2019-cu il tarixli ******* saylı, xx xxxxxx 2019-cu il tarixli ******* saylı, xx xxxxxx 2019-cu il tarixli ******* saylı, xx xxxxxx 2020-ci il tarixli ******* saylı, xx xxxxxx 2020-ci il tarixli ******* saylı və xx xxxx 2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, Abşeron rayonu, 030 Müşviqabad qəsəbəsi həyət evlərində yaşayan Cavabdeh Əlisahab oğlu ona məxsus fərdi yaşayış evində quraşdırılan sayğacdan əvvəl qeyri-qanuni qoşulma edərək təbii qazdan istifadə etdiyi müəyyən edilmişdir. Müəyyən olundu ki, «İddiaçı» İstehsalat Birliyinin Bakı Regional Qazın satışı Departamentinin əməkdaşları tərəfindən Cavabdeh Əlisahab oğlunun evinin qaz sayğacına baxış keçirilmiş, onun qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi aşkar olunmuşdur. Cavabdeh Əlisahab oğlu 2019-cu ilin yanvar ayından 2020-ci ilin mart ayına kimi qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etmişdir və buna görə də «İddiaçı» İstehsalat Birliyinin Bakı Regional Qazın satışı Departamentinə 2451,10 manat ziyan dəymişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.l-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tanı ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.l-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının xx xxxx 1998-ci il Qanununun 3eü maddəsinin 7-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının bu Qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydalarında dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin xx xxxxx 2016-cı il tarixli, 180 nömrəli qərarının 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin MPM-nin 77.l-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh Əlisahab oğlundan 2451,10 manat dəymiş zərər və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 2481,10 manat alınıb «İddiaçı» İstehsalat Birliyinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Əlisahab oğlundan 2451,10 manat dəymiş zərər və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 2481,10 manat alınıb «İddiaçı» İstehsalat Birliyinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-239/2020
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-239/2020
24.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver