Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-24/2021 25.01.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, ərizəçi Ərizəçi oğlunun və Maraqlı şəxs rəisi X3 iştirakı ilə, Ərizəçi oğlunun X1 xx xxxxxx 2006-cı il tarixdə Qobustan rayonunun Qaracüzlü kəndində ölməsi faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi oğlu X19 Əlbaba oğlunun xx xxxxxx 2006-cı il tarixdə Qobustan rayonunun Qaracüzlü kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi oğlu izahatında göstərdi ki, X19 Əlbaba oğlu xx xxxxxx 2006-cı ildə vəfat etmişdir. Atasını Qobustan rayonunun Qaracüzlü kənd qəbristanlığında dəfn etmişlər. Qanunu bilmədiklərindən və yas mərasiminə başları qarışıq olduğundan ölüm şəhadətnaməsi almamışlar. Ölüm şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, ona bunun məhkəmə qaydasında olmasını bildirmişlər. Məhkəmədən kənar qaydada əldə edə bilmədiyindən X19 Əlbaba oğlunun xx xxxxxx 2006-cı il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. X19 Əlbaba oğlunun xx xxxxxx 2006-cı il tarixdə Qobustan rayonunun Qaracüzlü kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs rəisi X9 izahatında göstərdi ki, Ərizəçi Abdulheseyin oğlunun X1 ölümünün qeydə alınması üçün qeydiyyat şöbəsinə heç bir sənəd təqdim etmədiyi üçün ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Əliyev Abdulhüseyn Əlbaba oğlunun ölüm faktının müəyyən olunmasına etiraz etmir. X6 izahatında göstərdi ki, Ərizəçi Abdülhüseyn oğlunu həmkəndli olmaqla yaxşı tanıyır. Onun atası X8 xx xxxxxx 2006-cı il tarixdə vəfat etmişdir. Onun dəfnində və yas mərasimində özü iştirak etmişdir. Əliyev Abdulhüseyn Əlbaba oğlunu Qobustan rayonunun Qaracüzlü kənd qəbristanlığında dəfn etmişlər. X2 izahatında göstərdi ki, Əliyev Abdulhüseyn Əlbaba oğlu onun xalasının əri olmuşdur. Abdulhüseyn Əliyev xx xxxxxx 2006-cı il tarixdə vəfat etmişdir və onu Qobustan rayonunun Qaracüzlü kənd qəbristanlığında dəfn etmişlər. Məhkəmə ərizəçinin, maraqlı şəxsin və şahidlərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Qobustan rayonunun Qurbançı kənd sakinləri X11, X13, X10 və X23 oğlunun tərtib etdikləri, Qobustan rayon İHB-nin Qurbançı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin imzalarını təsdiq etdiyi aktdan görünür ki, Qobustan rayonunun Qaracüzlü kənd sakini, xx xxxx 1940-cı il tarixdə anadan olmuş Əliyev Abdulhüseyn Əlbaba oğlu xx xxxxxx 2006-cı il tarixdə Qobustan rayonunun Qaracüzlü kəndində vəfat etmiş və kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs X5 ünvanlandığı 30 sentyabr 2020-ci il tarixli 155 saylı məktubda göstərilir ki, Əliyev Abdulhüseyn Əlbaba oğlunun ölümünün qeydə alınmasına dair müraciətə baxılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın tələblərinə əsasən ölümün qeydə alınması üçün ölüm faktını, vaxtını və yerini təsdiq edən tibb müəssəsindən sənəd təqdim edilməli və bu sənəd olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Ona görə də məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etməyi bildirilmişdir. İş materiallarında olan məzarın fotoşəkilindən görünür ki, Əliyev Abdulhüseyn Əlbaba oğlu xx xxxx 1940-cı il tarixdə anadan olmuş, xx xxxxxx 2006-cı il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Əliyev Abdulhüseyn Əlbaba oğlunun xx xxxxxx 2006-cı il tarixdə Qobustan rayonunun Qaracüzlü kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Əliyev Abdulhüseyn Əlbaba oğlunun xx xxxxxx 2006-cı il tarixdə Qobustan rayonunun Qaracüzlü kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-24/2021
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-24/2021
25.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver