Məhkəmə qərarları › İş №2(026)-331/2020

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-331/2020

28.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-331/2020 28.12.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan rayon məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğlu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı SOCAR “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsinə dair iddia ərizəsi ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi və əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən edildi ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 150.2-ci maddəsində nəzərdə tutulan tələbə düzgün riayət edilməmiş, iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumunun ödənilməsi barədə qəbzi iddia ərizəsinə əlavə edilməmiş və iddia ərizəsinə əlavə olunmuş Dövlət reyestrindən çıxarış notarial qaydada təsdiq edilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu ödənilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264-ci maddələrini rəhbər tutub QƏRARA ALDİM: İddiaçı SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra cavabdehin yaşadığı yer üzrə ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan 10 gün müddətində Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar