Məhkəmə qərarları › İş №2(026)-374/2021

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-374/2021

12.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-374/2021 12.10.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, iddiaçı İddiaçı, cavabdehlər Cavabdeh1n və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 10000 manat kompensasiya və ödənilmiş dövlət rüsumu tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10000 manat kompensasiya və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək bildirirdi ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə barışmışdır, ona görə də iddiadan imtina edir, işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək İddiaçı ilə barışdıqları üçün işin icraatına xitam verilməsini xahiş etdi. Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək İddiaçı ilə barışdıqları üçün işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsinə dair ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikasının MPM-in 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Beləliklə də, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 261, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 10000 manat kompensasiya və ödənilmiş dövlət rüsumu tələbinə dair iddia ərizəsi üzrə icraata iddiaçı iddiadan imtina etdiyi üçün xitam verilsin. Qərardaddan 10 gün müddətinə Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar