Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-384/2021 25.10.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh 150 manat sığorta ödənişi məbləği, 20 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqının tutulub "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 150 manat sığorta ödənişi məbləği, 20 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqının tutulub "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də 05 aprel 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "Daewoo Damas" markalı 90NF936 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 30 aprel 2021-ci il tarixdə Bakı şəhərində X3 tərəfindən idarə olunan "Mercedes Benz 200" markalı 90DT239 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Qobustan rayon DYPŞ-in qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verdikdən sonra Cavabdeh hadisə yerini tərk etmişdir. Zərərçəkənə avtomobilinin zədələnməsi ilə bağlı 150 manat məbləğində sığorta ödənişi verilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği olan 150 manat, 20 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh izahat verərək bildirdi ki, idarə etdiyi "Daewoo Damas" markalı 90NF936 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Ələt yolunda hərəkətdə olarkən avtomaşını arxaya verdiyi zaman "Mercedes Benz 200" markalı 90DT239 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə "Mercedes Benz 200" markalı avtomobilə yüngül zərər dəymişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ondan tələb etdiyi 150 manat pulu hissə-hissə ödəyəcəkdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, cavabdehin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 21 iyun 2021-ci il tarixli PGU-211858 saylı sığorta ödənişi aktından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X2 150 manat məbləğində sığorta pulu ödənilməlidir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X1 hesabına 150 manat ödənilmişdir. Qaradağ rayon DYPŞ-nin 30 aprel 2021-ci il tarixli İXP ******* saylı protokolunun surətindən görünür ki, Qobustan rayonunun Təklə-Mirzəbaba kənd sakini Cavabdeh Azərbaycan Respublikası İXM-in 324.6-cı maddəsi ilə təqsirli bilinib barəsində protokol tərtib edilmişdir. Qaradağ rayon DYPŞ-nin 10 may 2021-ci il tarixli TP ******* saylı qərarına əsasən Qobustan rayonunun Təklə-Mirzəbaba kənd sakini Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Müəyyən edildi ki, Cavabdeh 30 aprel 2021-ci il tarixdə idarə etdiyi "Daewoo Damas" markalı 90NF936 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Ələt yolunda hərəkətdə olarkən avtomaşını arxaya verdiyi zaman "Mercedes Benz 200" markalı 90DT239 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə "Mercedes Benz 200" markalı avtomobilə zərər dəyməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi ilə bağlı Qaradağ rayon DYPŞ-də tərtib olunmuş İXP ******* saylı protokola əsasən Cavabdeh İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş X1 idarə etdiyi "Mercedes Benz 200" markalı 90DT239 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. 21 iyun 2021-ci il tarixli PGU-211858 saylı sığorta ödənişi aktına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən zərərçəkənə 150 manat məbləğində sığorta ödənilməsi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüquqların bərpası üçün çəkdiyi və ya çəkməli olduğu xərclər , əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsində göstərilir ki, bu qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə tərəflərin yalnız təqdim etdikləri sübutları araşdırlmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxs X2 dəymiş zərər üçün ödənilmiş 150 manat sığorta ödənişi, 20 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı Cavabdeh alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxs X2 dəymiş zərər üçün ödənilmiş 150 manat sığorta ödənişi, 20 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı Cavabdeh alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-384/2021
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-384/2021
25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver