Məhkəmə qərarları › İş №2(026)-404/2021

Qobustan Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(026)-404/2021

24.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Qobustan rayonu İş № 2(026)-404/2021 24.09.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Mən, Qobustan Rayon Məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğlu, Qobustan Rayon Məhkəməsinin icraatında olan "xxxx" MMC-nin Borclu oğluna qarşı borcun tutulması tələbi barədə ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: "xxxx" MMC məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, Borclu 07.12.2019-cu il tarixli ******* saylı alqı-satqı müqaviləsinə əsasən modeli “Hisense H32A5600” olan dəyəri 540 manat təşkil edən televizor ilkin 234 manat ödəməklə geri qalan məbləği 12 ay ərzində hissə-hissə ödəmək şərti ilə almışdır. Televizor işlək vəziyyətdə borcluya təqdim edilmiş, bu barədə tərəflər arasında akt tərtib edilərək imzalanmışdır. Lakin borclu müqavilə üzrə qalan məbləğdən heç bir ödəniş etməmişdir. Nəticədə 07.12.2019-cu il tarixli ******* saylı alqı-satqı müqaviləsinə üzrə 306 manat məbləğdə ödənilməmiş borcun və 20 manat dövlət rüsumunun Borclu alınıb "xxxx" MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılması xahiş edilmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, "xxxx" MMC -nin tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanır. Bu halda Azərbaycan Respublikası MPM-in 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. 07.12.2019-cu il tarixli ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, Borclu ilə "xxxx" MMC arasında müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsindən görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Borclu 07.12.2019-cu il tarixli ******* saylı alqı-satqı müqaviləsinə əsasən 306 manat məbləğdə ödənilməmiş borc və 20 manat dövlət rüsumu alınıb "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 275, 276, 280, 281 və 284-cü maddələrini rəhbər tutub ƏMR EDİRƏM: xx.xx.1988-ci ildə Şamaxı rayonunun Üzümçü kəndində anadan olmuş, Qobustan rayonunun Bədəlli kəndində qeydiyyatda olan Borclu oğlundan 07.12.2019-cu il tarixli ******* saylı alqı-satqı müqaviləsinə əsasən 306 manat məbləğdə ödənilməmiş borc və 20 manat dövlət rüsumu alınıb Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 72/49-da yerləşən "xxxx" MMC –yə verilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissələrinə qarşı Qobustan Rayon Məhkəməsini yazılı xəbərdarlıq etməklə etiraz edə bilər. Məhkəmə əmri icra sənədi hesab olunur. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmənin hakimi: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar