Məhkəmə qərarları › İş №2(026)-419/2021

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-419/2021

01.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-419/2021 01.11.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, iddiaçı İddiaçı və cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı alimentin tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı 06 yanvar 2006-cı il tarixdə anadan olmuş Türkanə, 01 fevral 2007-ci il tarixdə anadan olmuş Semur və 15 dekabr 2009-cu il tarixdə anadan olmuş Elgünün yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 176 manat sabit pul məbləğində aliment tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, X3 ilə evlənmişlər, lakin nikahlarını 11 may 2006-cı il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahdan 06 yanvar 2006-cı il tarixdə Türkanə, 01 fevral 2007-ci il tarixdə Semur və 15 dekabr 2009-cu il tarixdə isə Elgün adlı üç uşaqları olmuşdur. Əvvəllər aralarında olan münasibət normal olsa da, sonradan münasibətləri pozulmuşdur. Bu səbəbdən də Nəsimi onları qoyub getmişdir. Uşaqlarının saxlanılması üçün Nəsminin maddi yardımına ehtiyacı olduğuna görə mediasiya qurumuna müraciət etmiş, lakin Nəsimi mediasiya qurumuna gəlmədiyindən mediasiya prosesinə xitam verilmişdir. Uşaqları tək saxlamaq onun üçün çətindir. Ona görə də 06 yanvar 2006-cı il tarixdə anadan olmuş Mikayılova Türkanə Nəsimi qızı, 01 fevral 2007-ci il tarixdə anadan olmuş X7 və 15 dekabr 2009-cu il tarixdə anadan olmuş X5 yetkinlik yanına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 176 manat sabit pul məbləğində aliment tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X3 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı ilə nikahlarını 11 may 2006-cı il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahdan 06 yanvar 2006-cı il tarixdə Türkanə, 01 fevral 2007-ci il tarixdə Semur və 15 dekabr 2009-cu il tarixdə isə Elgün adlı üç uşaqları olmuşdur. Əvvəllər aralarında olan münasibət normal olsa da, sonradan münasibətləri pozulmuşdur. Naibə ilə ərarvadlıq münasibətlərini kəsərək ayrı yaşayırlar. Rəsmi iş yeri yoxdur, lakin iş olanda işləyir. Uşaqların saxlanılması üçün hər ay hər uşağa 100 manat aliment ödəyə bilər. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan Qobustan rayon İHB-nın Cəmcəmli kəndi üzrə icra nümayəndəliyinin verdiyi 11 may 2006-cı il tarixli AZ-İ seriyalı 216141 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Mikayılova Naibə Tahir qızı ilə 11 may 2006-cı il tarixdə nikahlarını 04 sayla qeyd etdirməklə evlənmişlər. İşdə olan Qobustan rayon VVAQD şöbəsinin verdiyi 12 aprel 2006-cı il tarixli AZ-İ 736985 saylı doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X4 06 yanvar 2006-cı il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Qobustan rayon İHB-nın Cəmcəmli kənd ərazi nümayəndəliyinin verdiyi 06 mart 2007-ci il tarixli AZ-İ 888493 saylı doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X7 01 fevral 2007-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Qobustan rayon İHB-nın Cəmcəmli kənd ərazi nümayəndəliyinin verdiyi 09 mart 2010-cu il tarixli AZ-İİ 417193 saylı doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X8 15 dekabr 2009-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 sayı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu BMT-nin “Uşaq hüquqları haqqında” 20 noyabr 1989-cu il tarixli Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndində göstərilir ki, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istərsə bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvercilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyət valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Avropa Konvensiyasının 2-ci maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər uşağın, onun valideynlərinin və qanuni qəyyumlarının irq, dərinin rəngi, cins, dil, din, siyasi və ya digər baxışlar, milli, etnik və ya sosial mənşə, əmlak vəziyyəti, əlillik, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik qoymadan yurisdiksiyaları daxilində olan hər bir uşağın bu Konvensiyada nəzərdə tutulmuş bütün hüquqlarına hörmət edir və onları təmin edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə uşaqların əvvəlki təminatının mümkün qədər maksimal saxlanmasını əsas tutaraq və Cavabdeh ailə vəziyyətini, maddi vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh oğluna qarşı hər ay hər uşağa 176 manat sabit pul məbləğində aliment tələbinə dair iddiası qismən təmin olunmalı, Cavabdeh 06 yanvar 2006-cı il tarixdə anadan olmuş Türkanə, 01 fevral 2007-ci il tarixdə anadan olmuş Semur və 15 dekabr 2009-cu il tarixdə anadan olmuş Elgünün yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 110 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində aliment alınıb İddiaçı Tahiq qızına verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Aliment məhkəməyə müraciət edildiyi tarixdən, yəni 01 oktyabr 2021-ci il tarixdən tutulmalıdır. “Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununun tələblərini nəzərə almaqla Cavabdeh 41 manat 12 qəpik dövlət rüsumu tutularaq Qobustan rayon məhkəməsinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 06 yanvar 2006-cı il tarixdə anadan olmuş X4, 01 fevral 2007-ci il tarixdə anadan olmuş X7 və 15 dekabr 2009-cu il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 01 oktyabr 2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 110 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Aliment məhkəməyə müraciət edildiyi tarixdən, yəni 01 oktyabr 2021-ci il tarixdən tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. “Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununun tələblərini nəzərə almaqla Cavabdeh 41 manat 12 qəpik dövlət rüsumu tutularaq Qobustan rayon məhkəməsinin hesabına köçürülsün Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar