Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Qobustan rayonu İş № 2(026)-423/2021 06.10.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Mən, Qobustan Rayon Məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğlu, Qobustan Rayon Məhkəməsinin icraatında olan X1 Borclu oğluna qarşı borcun tutulması tələbi barədə ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: Sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu mağazadan cavabdeh Borclu arasında bağlanmış 19.02.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ona 12 ay müddətinə ümumi qiyməti 399 dəyərində olan “Hisense” markalı mobil telefon satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə və alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərindən ilkin ödəniş etmədən, hər ay üçün 33,25 manat ödəmək şərti ilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alıq-satqı müqaviləsində nəzərdə ttulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək 50 manat ödəniş etmiş, qalan 349 manat borcu indiyədək ödəməmiş, bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, X1 tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanır. Bu halda Azərbaycan Respublikası MPM-in 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. 19.02.2020-ci il tarixli 356831 saylı alqı-satqı müqaviləsindən görünür ki, Borclu ilə X3 arasında müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsindən görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Borclu 19.02.2020-ci il tarixli alqısatqı müqaviləsinə 349 manat əsas borc və 20 manat dövlət rüsumu alınıb X1 xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 275, 276, 280, 281 və 284-cü maddələrini rəhbər tutub ƏMR EDİRƏM: xx.xx.1975-ci ildə Şamaxı rayonunun Mərəzə qəsəbəsində anadan olmuş, Qobustan şəhəri, M.Ə.Sabir küçəsi ev 22A-da qeydiyyatda olan Borclu 19.02.2020-ci il tarixli alqı-satqı müqaviləsinə 349 manat əsas borc və 20 manat dövlət rüsumu alınıb Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küçəsi 36-da qeydiyyatda olan X2 verilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissələrinə qarşı Qobustan Rayon Məhkəməsini yazılı xəbərdarlıq etməklə etiraz edə bilər. Məhkəmə əmri icra sənədi hesab olunur. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmənin hakimi: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-423/2021
Qobustan Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(026)-423/2021
06.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver