Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Qobustan rayonu İş № 2(026)-427/2021 06.10.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Mən, Qobustan Rayon Məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğlu, Qobustan Rayon Məhkəməsinin icraatında olan Kreditor Borclu qarşı pul tələbi barədə ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: Kreditor MMC-nin məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, Kreditor MMC ilə Borclu arasında bağlanmış 14.10.2020-ci il tarixli № ******* saylı alqı-satqı müqaviləsinə əsasən borcluya 12 ay müddətinə ümumi qiyməti 1468,8 manat dəyərində olan Kombi Bergerr BEE 32KW, radiator SanTehRai H=50 10 ədəd aluminium seksiya satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601 maddəsinə və alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərindən ilkin ödəniş 136 manat etməklə hər ay üçün 122,4 manat ödəmək şərti ilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin boclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək 672 manat ödəniş etmiş, qalan 932,8 manat əsas borcu indiyədək ödəməmiş, bununlada alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Alqı-satqı müqaviləsinin 10.2.1-ci bəndinə əsasən alıcı və satıcı müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə müqaviləyə birtərəfli qaydada xitam verilir. Dəfələrlə borcluya edilmiş şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymayaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmış və nəticədə Kreditor MMC-nin biznes fəaliyyətinə ziyan vurmuşdur. Aralarında bağlanmış alqı-satqı müqaviləsinin 8.1-ci nbəndinə əsasən alıcı satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər gün üçün 1% cərimə ödəməlidir. Lakin Kreditor MMC borclunun maddi vəziyyətini nəzərə alaraq cərimə borcunu tələb etmədən, yalnız aralarında bağlanmış müqavilə üzrə bu günə olan əsas borcun alınmasını tələb etmir. Alqı-satqı müqaviləsinin 8.2-ci bəndinə əsasən alıcı satılan əşyanın qiymətini nəzərdə tutulan müddətdə ödəmədikdə və gecikdirilmiş məbləğ əşyanın qiymətinin 50%-dən artıq olduqda satıcı öz mülahizəsinə əsasən əşyanın qiymətinin vaxtından əvvəl ödənilməsini tələb edə bilər. Beləliklə Borclu 932,8 manat əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb Kreditor MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, Kreditor MMC-nin tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanır. Bu halda Azərbaycan Respublikası MPM-in 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. 1003151 saylı ə alqı-satqı müqaviləsindən görünür ki, Borclu ilə Kreditor MMC arasında müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsindən görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Borclu 932,8 manat əsas borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu alınıb Kreditor MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 275, 276, 280, 281 və 284-cü maddələrini rəhbər tutub ƏMR EDİRƏM: xx.xx.1987-ci ildə Şamaxı rayonunun Poladlı əndində anadan olmuş, Qobustan rayonunun Poladlı kəndində qeydiyyatda olan Borclu 932,8 manat əsas borc və ödənilmiş 20 manat dövlət rüsumu alınıb Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küçəsi 36-da yerləşən Kreditornə verilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissələrinə qarşı Qobustan Rayon Məhkəməsini yazılı xəbərdarlıq etməklə etiraz edə bilər. Məhkəmə əmri icra sənədi hesab olunur. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmənin hakimi: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-427/2021
Qobustan Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(026)-427/2021
06.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver