Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Qobustan rayonu İş № 2(026)-428/2021 06.10.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Mən, Qobustan Rayon Məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğlu, Qobustan Rayon Məhkəməsinin icraatında olan "xxxx" MMC-nin Borclu oğluna qarşı borcun tutulması tələbi barədə ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: "xxxx" MMC məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, "xxxx" MMC ilə Borclu arasında bağlanmış 08.09.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı “LG” markalı paltaryuyan maşına və mikrodalğalı sobaya görə 18 ay ərzində ödəniş cədvəli üzrə hər ay 54 manat olmaqla cəmi 959 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, 29.04.2021-ci il tarixində 50 manat ödədikdən sonra heç bir ödəniş etməmiş və qalıq qalmış 293 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Borclu borcu ödəməkdən boyun qaçırmışdır. Nisyə alqı-satqı müqaviləsinin № 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Bununla da, 03.05.2021-ci il tarixdən 17.07.2021-ci il tarixədək 30 təqvim günü üçün qalıq qalmış borc məbləğinə gündəlik 1 faizlə hesablanmış cərimə məbləği 87 manat təşkil edir. Beləliklə, Borclu 17.07.2021-ci il tarixə "xxxx" MMC-yə olan borcu 293 manat əsas, 87 manat cərimə, cəmi 380 manat təşkil edir. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, "xxxx" MMC-nin tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanır. Bu halda Azərbaycan Respublikası MPM-in 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. 08.09.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinin surətindən görünür ki, Borclu ilə "xxxx" MMC arasında müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsindən görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Borclu 08.09.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 293 manat əsas, 87 manat cərimə, cəmi 380 manat borc və 20 manat dövlət rüsumu alınıb "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 275, 276, 280, 281 və 284-cü maddələrini rəhbər tutub ƏMR EDİRƏM: xx.xx.1973-cü ildə Şamaxı rayonunun Mərəzə qəsəbəsində anadan olmuş, Qobustan şəhəri, H.Əliyev pr-ti, ev 59-da qeydiyyatda olan Borclu 08.09.2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 293 manat əsas, 87 manat cərimə, cəmi 380 manat borc və 20 manat dövlət rüsumu alınıb Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli 1/9-da yerləşən "xxxx" MMC –yə verilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissələrinə qarşı Qobustan Rayon Məhkəməsini yazılı xəbərdarlıq etməklə etiraz edə bilər. Məhkəmə əmri icra sənədi hesab olunur. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmənin hakimi: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-428/2021
Qobustan Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(026)-428/2021
06.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver