Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-437/2021 07.10.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan rayon məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğlu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu Bəxtiyar oğlundan 777 manat məbləğində əsas borc və 20 manat ödənilmiş dövlət rüsumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmasına dair məhkəmə əmrinin verilməsi barədə ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Borclu Bəxtiyar oğlundan 777 manat məbləğində əsas borc və 20 manat ödənilmiş dövlət rüsumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması tələbinə dair ərizə ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmə əmrinin verilməsi barədə ərizəni və əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən edildi ki, aşağıda göstərilənlərə əsasən ərizə və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə əmrinin çıxarılması barədə ərizədə cavabdeh Borclu Bəxtiyar oğlunu göstərsə də, ərizəyə əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS arayışı Borclu barəsindədir. Cavabdeh Borclu Bəxtiyar oğlunun yaşayış yerindən arayış və ya MAPS şöbəsinin arayışı işə əlavə olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263 və 264-ci maddələrini rəhbər tutub QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu Bəxtiyar oğlundan 777 manat məbləğində əsas borc və 20 manat ödənilmiş dövlət rüsumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra cavabdehin yaşadığı yer üzrə ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan 10 gün müddətində Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-437/2021
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-437/2021
07.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver