Məhkəmə qərarları › İş №2(026)-439/2021

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-439/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-439/2021 28.10.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi, İddiaçı və Cavabdeh Məhəmməd oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Məhəmməd oğluna qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X2 aldığı, hazırda onun sərəncam və istifadəsində olan, Qobustan rayonunun Qobustan şəhərində yerləşən ümumi sahəsi 600 kv metr olan torpaq sahəsindən Cavabdeh Məhəmməd oğlunun çıxarılması, torpaq sahəsinin zəbtdən azad edilməsi və ona təhvil verilməsinə dair iddia ərizəsi ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək sənədlərində çatışmamazlıq olduğuna görə iddia ərizəsinin və ərizəyə əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdeh Məhəmməd oğlu iddia ərizəsinin geri qaytarılmasına etiraz etmir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iş üzrə icraatı baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 152,263,264 və 268ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Məhəmməd oğluna qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar