Məhkəmə qərarları › İş №2(026)-47/2021

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-47/2021

18.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-47/2021 18.02.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi, iddiaçı “İddiaçı” İstehsalat Birliyinin cavabdeh Seyidisa Seyid Mövsüm oğluna qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” İstehsalat Birliyi cavabdeh Seyidisa Seyid Mövsüm oğlu tərəfindən “İddiaçı” İB-yə vurulmuş 3616,90 manat zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq “İddiaçı” İB-nin xeyrinə ödənilməsi tələbi ilə Qobustan rayon məhkəməsinə iddia ərizəsi vermişdir. İddiaçı “İddiaçı” İstehsalat Birliyinun nümayəndəsi məhkəməyə ərizə göndərərək işin yenidən araşdırılması zərurəti yarandığı üçün iddia ərizəsinin və ərizəyə əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iş üzrə icraatı baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 152,263,264 və 268ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı “İddiaçı” İstehsalat Birliyinin cavabdeh Seyidisa Seyid Mövsüm oğluna qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar