Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-48/2021 10.02.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borc tələbinə və tələbin ipoteka predmetinə yönəldilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 1210,05 manat kredit borcu, 635,68 manat faiz və 1200.1 manat cərimə borcu olmaqla, cəmi 3045,83 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Qobustan rayonunun Nərimankənd kəndində 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 19.8 kv.m yaşayış, 39.1 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin evin hərracda satılması və ümumilikdə cəmi 3045 manat 83 qəpik məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı» QSC-ə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2, Cavabdeh3 ümumi müştərək qaydada tutulmas, Cavabdeh2 mülkiyyətində olan Qobustan rayonu, Nərimankənd kəndində olan 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 19.8 kv.m.yaşayış, 39.1 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin mənzilə Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, evin boşaldılması və alıcıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə ərizə göndərərək iddia ərizəsinin və ərizəyə əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iş üzrə icraatı baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 152,263,264 və 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borc tələbinə və tələbin ipoteka predmetinə yönəldilməsi dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev AZƏRBAYCAN RESPUBLİKASİ QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan ş.M.Ə. Sabir küç. 29 a Telefon: (2024) 5- 27-98 5- 26-25 №-2(026)-48/2021 “10” fevral 2021-ci il İddiaçı QSC-yə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3, məhəllə 1033 Qobustan rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(026)-48/2021 saylı qərardadı sizə göndərilir. Qoşma: qərardadın surəti 01 vərəqədə, ərizəyə əlavə olunmuş sənədlər “___” vərəqədə Məhkəmənin sədri: Mirələm Quliyev Cavabdeh1 Cavabdeh2 Cavabdeh3 Cavabdeh4 Cavabdeh5 Qobustan rayonu Qobustan şəhəri
Məhkəmə qərarları › İş №2(026)-48/2021
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-48/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver