Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-52/2021 08.02.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi, İddiaçı Füzili qızının iştirakı ilə İddiaçı Cavabdeh qarşı xx xxxxxx 2015-ci il tarixdə anadan olmuş qızı X1 yetkinlik yaşına çatanadək saxıanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı xx xxxxxx 2015-ci il tarixdə anadan olmuş qızı X1 yetkinlik yaşına çatanadək saxıanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək Cavabdeh ilə barışdığı üçün iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsinə dair ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə xitam verilməsini xahiş etdiyi üçün iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 261, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı İddiaçı Cavabdeh qarşı xx xxxxxx 2015-ci il tarixdə anadan olmuş qızı X1 yetkinlik yaşına çatanadək saxıanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi üzrə iddiaçı iddiadan imtina etdiyi üçün icraata xitam verilsin. Qərardaddan 10 gün müddətinə Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-52/2021
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-52/2021
08.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver