Məhkəmə qərarları › İş №2(026)-63/2021

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-63/2021

11.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-63/2021 11.03.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi, X1 cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə X1 cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı 50000 manat dəymiş mənəvi ziyan və ödənilmiş dövlət rüsumu tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı 50000 manat dəymiş mənəvi ziyan və ödənilmiş dövlət rüsumunun ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X6 məhkəməyə ərizə təqdim edərək cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə barışdığı üçün iddia ərizəsinin və ərizəyə əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 məhkəməyə ərizə təqdim edərək iddiaçı X6 ilə barışdıqlarını bildirərək ərizələrinin nəzərə alınmasını xahiş etdilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsinə dair ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iş üzrə icraatı baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 152,263,264 və 268ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: X1 cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı 50000 manat dəymiş mənəvi ziyan və ödənilmiş dövlət rüsumu tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar