Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-72/2021 05.01.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan rayon məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğlu iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı 2479,35 manat pul tələbi üzrə qətnamə çıxarılmasına dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 1962,77 manat əsas, 516,58 manat faiz borcu olmaqla, ümumilikdə 2479,35 manat borc və 30,40 manat ödənilmiş dövlət rüsumu tutularaq “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-4.1.2-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə, məhkəmə ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, tələb olunan məbləğ əsas borca görə 1962,77 manat və faiz borcuna görə 516,58 manat, cəmi 2479,35 manatdır. Azərbaycan Respublikası MPM-in 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263,264,266, 284-1-ci və 284-4-cü maddələrini rəhbər tutub QƏRARA ALDİM: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Ağayev Mirqalib Əlmusa oğluna qarşı 1962,77 manat əsas, 516,58 manat faiz borcu olmaqla, ümumilikdə 2479,35 manat borc və 30,40 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməsinə dair iddia ərizəsini qəbul etməkdən imtina edilsin. Hakim: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-72/2021
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-72/2021
05.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver