Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-87/2021 03.03.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, iddiaçı İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin alınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı xx xxxxxxx 2005-ci il tarixdə anadan olmuş övladı Aytac və xx xxxxxx 2008-ci il tarixdə anadan olmuş övladı Məhəmmədin yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş aliment miqdarının artırılaraq hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək 2015-ci il tarixdə ərizə verərək alimentdən imtina etdiyini, hazırda maddi vəziyyətinin pisləşdiyi üçün uşaqlarının saxlanılmasına görə Xəqaninin maddi yardımına ehtiyacı olduğunu, lakin Xəqaninin hazırda başqa qadınla evli olduğunu və iki uşağı olduğunu göstərərək Cavabdeh xx xxxxxxx 2005-ci il tarixdə anadan olmuş Aytac və xx xxxxxx 2008-ci il tarixdə anadan olmuş Məhəmmədin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı qızı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, 2005-ci ildə Cavabdeh ilə evlənmişlər, nikahlarını xx xxxxxx 2007-ci il tarixdə Cəlilabad rayonu Muğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmiləşdirmişlər. Birgə nikahdan xx xxxxxxx 2005-ci il tarixdə Aytac və xx xxxxxx 2008-ci il tarixdə Məhəmməd adlı iki uşaqları olmuşdur. Qobustan rayon məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli 2(026)-15/2010 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 manat sabit pul məbləğində alinıb ona verilməsi qət edilmişdir. 2015-ci il tarixdə icra şöbəsində ərizə yazıb alimentdən imtina etmişdir. Lakin hazırda uşaqlar böyüyüb, onların təlabatlarını ödəməkdə çətinlik çəkir. Ona görə də xx xxxxxxx 2005-ci il tarixdə anadan olmuş X8 və xx xxxxxx 2008-ci il tarixdə anadan olmuş X1 yetkinlik yanına çatanadək saxlanılması üçün Dəmirov Xəqani Turan oğlundan hər ay hər uşağa 150 manat sabit pul məbləğində aliment tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, 2005-ci ildə İddiaçı ilə evlənmişlər, lakin nikahlarını xx xxxxxx 2007-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan xx xxxxxxx 2005-ci il tarixdə Aytac və xx xxxxxx 2008-ci il tarixdə Məhəmməd adlı iki uşaqları olmuşdur. Qobustan rayon məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli 2(026)-15/2010 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün məndən hər ay 150 manat sabit pul məbləğində aliment alinıb Aygünə verilməsi qət edilmişdir. Əvvəllər hər ay alimenti ödəmişdir, lakin iş yeri olmadığına görə tam ödəyə bilməmişdir. Bakı şəhərinin Binəqədi kəndində öz hesabına iki sot torpaq sahəsi almış və torpaq sahəsi üzərində yarımçıq ev tikdirmişdir. Həmin tikilini satıb alimenti ödəmək istəmişdir. Aygün ona evi ona verərsə alimentdən imtina edəyəcəyini dediyinə görə torpaq sahəsini və yarım tikilini Aygünə vermişdir. Həmin torpağın və yarımçıq tikilinin heç bir sənədi olmamışdır. Aygün Cəlilabad icra və probasiya şöbəsinə gedərək uşaqların 18 yaşına çatanadək alimentin tam ödənilməsi barədə ərizə yazaraq icra sənədinin icrasına xitam verilməsini xahiş etmişdir. Cəlilabad rayon məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli qərarı ilə icra sənədinin icraatına xitam verilmişdir. Başqa bir qadınla evlənib, iki uşağı var. İşləmədiyi üçün uşaqlarına 18 yaşınadək 150 manatın artımını verə bilər. X15 müharibəsində şəhid olmuşdur. Qoca anası da onun himayəsindədir. Bütün bunları nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan Cəlilabad rayon VADQ şöbəsinin verdiyi 16 avqust 2007-ci il tarixli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X8 xx xxxxxxx 2005-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Cəlilabad rayon İHB-nın Muğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx xxxx 2008-ci il tarixli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X5 xx xxxxxx 2008-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Qobustan rayon məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli 2(026)-15/2010-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah pozulmuş, xx xxxxxxx 2005-ci il tarixdə anadan olmuş X8 və xx xxxxxx 2008-ci il tarixdə anadan olmuş Dəmirov Məhəmməd Xəqani oğlu anaları İddiaçı yanında qalmışlar. İşdə olan Masallı regional ASAN xidmət qeydiyyat şöbəsinin verdiyi AZ-İİ 415705 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Dəmirov Cavabdeh Xəyalə Eynulla qızı ilə nikahlarını xx xxxxxx 2021-ci il tarixdə 06 sayla qeyd etdirməklə evlənmişlər. İşdə olan AZE 18159028 saylı doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Dəmirov Hüseyn Xəqani qızı xx xxxxxx 2012-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X3r. İşdə olan AA ******* saylı doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Dəmirova Zeynəb Xəqani qızı xx xxxxxxxx 2015-ci il il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X3r. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qanunun bu tələblərinə əsasən məhkəmə uşaqların anaları İddiaçı yanında olmasını, valideynlər arasında uşaqlara aliment ödənilməsi barədə saziş olmamasını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq Cavabdeh hər ay sabit pul məbləğində aliment tutulub xx xxxxxxx 2005-ci il tarixdə anadan olmuş Aytac və xx xxxxxx 2008-ci il tarixdə anadan olmuş Məhəmmədin yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Milli Məclisinin xx xxxx 1992-ci il tarixli, 236 sayı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu BMT-nin “Uşaq hüquqları haqqında” xx xxxxxx 1989-cu il tarixli Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndində göstərilir ki, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istərsə bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvercilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyət valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Avropa Konvensiyasının 2-ci maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər uşağın, onun valideynlərinin və qanuni qəyyumlarının irq, dərinin rəngi, cins, dil, din, siyasi və ya digər baxışlar, milli, etnik və ya sosial mənşə, əmlak vəziyyəti, əlillik, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik qoymadan yurisdiksiyaları daxilində olan hər bir uşağın bu Konvensiyada nəzərdə tutulmuş bütün hüquqlarına hörmət edir və onları təmin edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə uşaqların əvvəlki təminatının mümkün qədər maksimal saxlanmasını əsas tutaraq və Cavabdeh ailə vəziyyətini, maddi vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh oğluna qarşı hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tələbinə dair iddiası qismən təmin olunmalı, Cavabdeh xx xxxxxxx 2005-ci il tarixdə anadan olmuş Aytac və xx xxxxxx 2008-ci il tarixdə anadan olmuş Məhəmmədin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment alınıb X4 verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Aliment məhkəməyə müraciət edildiyi tarixdən, yəni xx xxxxxx 2021-ci il tarixdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxxxxx 2005-ci il tarixdə anadan olmuş X8 və xx xxxxxx 2008-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxx 2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Aliment məhkəməyə müraciət edildiyi tarixdən, yəni xx xxxxxx 2021-ci il tarixdən tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-87/2021
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-87/2021
03.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver