Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1004/2021 04.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respbulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İddiaçı Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair mülki işə Quba Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respbulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İddiaçı Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbiətə vurulmuş 795,20 manat ziyanın Azərbaycan Respbulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İddiaçı X3 filialında AZ41NABZO **********000003944 nömrəli hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respbulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 01.12.2020-ci il tarixdə Cavabdeh tərəfindən Xaçmaz rayonu, Hacıəlibəy kəndi ərazisində istifadəsində olan tara emalı sexində qanunsuz yolla əldə olunmuş ağac materialından istifadə olunması faktı müəyyən edilmişdir. Həmin ağacların qanunsuz kəsilməsi və məhv edilməsi nəticəsində təbiətə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 dekabr 1993-cü il tarixli, 636 saylı və 30 sentyabr 2004-cü il tarixli, 145 saylı qərarlarına əsasən 795,20 (yeddi yüz doxsan beş manat iyirmi qəpik) manat məbləğində vurulmuş ziyan hesablanmışdır. Təbiətə dəymiş ziyanı könüllü şəkildə ödəməsi üçün barəsində qaldırılmış iddia və təbiətə dəymiş ziyanın hesabat cədvəli Cavabdeh 01.12.2020-ci il tarixli, 1853 saylı məktubla göndərilsə də, o, iddia məbləğini ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İddiaçı 01.12.2020-ci il tarixli aktından görünür ki, Cavabdeh məxsus tara emalı sexində qızılağac cinsinə mənsub doğranmış şəkildə, ümumi həcmi 8.0 kub metr olan material aşkar olunmuşdur. İş materiallarında olan həcm-qiymət cədvəlindən görünür ki, yoxlama zamanı Cavabdeh məxsus taxta emalı sexində aşkar edilmiş və qanunsuz əldə edilmiş meşə materialına görə cəmi 795,20 manat ziyan hesablanmışdır. Məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, Cavabdeh mülki hüquq pozuntusu törədərək təbiətə 795,20 manat məbləğində ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 30.09.2004-cü il tarixli əmri ilə təsdiq edilmiş 5 saylı Ərazi Ekologiya və X5 haqqında Əsasnamənin 14.16cı bəndinə əsasən ətraf mühitin mühafizəsi qanunvericiliyinin pozulması nəticəsində təbiətə vurulmuş ziyanın həcmlərini müəyyən etmək (müəyyən edilməsində iştirak etmək) və bunun əsasında təqsirkar olan şəxslərə bu zərərin könüllü ödənilməsi barədə tələblər irəli sürmək və ya iddiaları məhkəməyə təqdim etmək Şöbənin əsas hüquqlarındandır. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən təbiətə vurulmuş 795,20 manat ziyan ziyanın Azərbaycan Respbulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İddiaçı X3 filialında AZ41NABZO **********000003944 nömrəli hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı Azərbaycan Respbulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İddiaçı iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumunu ödəməkdən azad olunduğuna və iddia tam həcmdə təmin olunduğuna görə Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunu ilə müəyyən edilmiş 20 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 795,20 manat məbləğində pul alınaraq Azərbaycan Respbulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İddiaçı X3 filialında AZ41NABZO **********000003944 nömrəli hesabına ödənilsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1004/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1004/2021
04.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver