Məhkəmə qərarları › İş №2(027)-1019/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1019/2021

19.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1019/2021 19.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Quba rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 04 oktaybr 2002-ci ildə verilmiş “Torpağın Mülkiyyətə Verilməsinə dair” Şəhadətnamədə (JN 270F, KOD ********) yazılmış X9 olmağı hüquqi faktını müəyyən edilməsini xahiş edir. Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-270F KOD30320028 saylı şəhadətnamənin digər ailə üzvləri ilə bərabər ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 14 saylı qərarı ilə X1, X2 və X7 fərdi yaşayış evi tikmək üçün 0,20 ha torpaq sahəsi verilmişdir. Bu barədə torpağın mülkiyyətə verilməsinə dair JN-270F KOD 30320028 nömrə ilə şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə göstərilən X9 odur. Şəhadətnamədə onun adı Əlişan əvəzinə səhv olaraq Elşən göstərilmişdir. Quba rayon İİ Nügədi İcra Nümayəndəliyi tərəfindən verilmiş 11.04.1997-ci il tarixli doğum haqqında şəhadətnamədə göstərilir ki, o, xx.xx.1996-cı il tarixdə doğulmuşdur. Adı Əlişandır. Həmçinin onun şəxsiyyət vəsiqəsində də adı Əlişan göstərilmişdir. Quba RİHB İİ Nügədi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 07.04.2020-ci il tarixli arayışda göstərilir ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi adı texniki səhv olaraq Elşən yazılmışdır. Ərizəçi atası yuxarıda göstərilən şəhadətnaməni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim edərək çıxarış almaq istəyərkən atasına bildirmişlər ki, şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluğu aradan qaldırmaq üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Buna görə də məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizədə yazılanlara uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gələməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-270F seriyalı, KOD 30320028 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədən görünür ki, X3, X5 və X6 mülkiyyətinə Quba rayonu Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 saylı qərarı ilə 0,20 hektar torpaq sahəsi verilmişdir, Həmin şəhadətnamədə Ərizəçi adı “Elşən” kimi qeyd olunmuşdur. İş materiallarında olan 11 aprel 1997-ci il tarixdə verilmiş XX-JQ seriyalı, 370289 № li, doğum haqqında şəhadətnamədən görünür ki, ərizəçi xx.xx.1996-cı il tarixdə anadan olmuş, şəhadətnamədə ərizəçinin soyadı, adı və atasının adı Ərizəçi kimi göstərilmişdir. İş materiallarında olan AZE ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı, soyadı, atasının adı müvafiq olaraq Ərizəçidur. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 saylı qərarı ilə JN-270F seriyalı, KOD 30320028 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə əsasında Ərizəçi mülkiyyətinə 0,20 hektar torpaq sahəsinin verilməsi, həmin şəhadətnamədə Ərizəçi adının «Əlişan» əvəzinə səhvən «Elşən» kimi qeyd olunması, hüquqmüəyyənedici sənəd olan JN-270F seriyalı, KOD 30320028 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə ərizəçinin adının (soyadının, adının və atasının adının) onun şəxsiyyət vəsiqəsində göstərilən adı (soyadı, adı və atasının adı) ilə düz gəlməməsi, Quba rayon Aqrar İslahat Komissiyası və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduğu üçün ərizəçinin bu faktı təsdiq edən sənədi başqa qaydada ala bilməməsi, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etməsi və müraciətin cavablandırılmaması və bu faktın müəyyən edilməsinin ərizəçiyə həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüquqlarının qeydiyyatına dair Çıxarış almaq üçün lazım olması sübuta yetirilir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, hüquqmüəyyənedici sənəd olan JN-270F seriyalı, KOD 30320028 saylı Torpağın Mülkiyyətə Verilməsinə X4 Əlişan Fuad oğluna məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. Hüquqmüəyyənedici sənəd olan JN-270F seriyalı, KOD 30320028 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin digər ailə üzvləri ilə bərabər Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar