Məhkəmə qərarları › İş №2(027)-1141/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1141/2021

07.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1141/2021 07.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən olunması barədə ərizəsi üzrə mülki işə Quba rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, qardaşı X7 ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X7 31 mart 2004-cü il tarixdə Quba rayonu, Küpçal kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, onunla əsaslandırmışdır ki, qardaşı X14 24 iyul 1980-cı ildə Quba rayonunun Küpçal kəndində anadan olmuşdur. X30 rayon Küpçal kəndində yerləşən evlərində yaşamışdır və gənc yaşlarından xroniki ağciyər xəstəliyindən əziyyət çəkirdi. X22 31 mart 2004-cü il tarixdə kəskin tənəffüs çatışmazlığı nəticəsində vəfat etmişdir. Kənd əhalisi və qohumları ilə birgə onu Quba rayonu Küpçal kənd qəbristanlığında dəfn etmişlər. Hal-hazırda onun qəbri Quba rayonu Küpçal kənd qəbristanlığında yerləşir. Qardaşı Ayazın ölüm faktını şahidlər müvafiq icra hakimiyyəti orqanlarından alınmış arayışlarla təsdiq edə bilər. X2 17 fevral 2020-ci ildə vəfat etdikdən sonra onun adına olan əmlakın qanun üzrə vərəsələr arasında bölünərək sənədləşdirilməsi üçün qardaşı X7 ölüm faktının müəyyən edilməsi lazımdır. Bu barədə Qeydiyyat şöbəsinə müraciət etmiş, cavab olaraq Qeydiyyat şöbəsindən ölüm faktını təsdiq edən arayışı təqdim edə bilmədikləri əsas gətirilərək qardaşı X7 ölümünün qeydə alınması və ya bərpasınım qeyri mümkünlüyü və məhkəmə qaydasında həll olunmalı olduğu bildirilmişdir. Ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin və şahidlərin izahatını dinləyib iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, nikahın bağlanması haqqında 21 iyul 1977-ci il tarixdə verilmiş İ-JQ seriyalı, 259950 №-li şəhadətnamədən görünür ki, X4 ilə X11 arasında nikah 21.07.1974-cü ildə bağlanmışdır. İş materiallarında olan 01 noyabr 1976-cı il tarixdə verilmiş Vİİ-JQ seriyalı, 391414 №li, doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi oğlu xx.xx.1976-cı ildə Quba rayonu, Küpçal kəndində anadan olmuşdur. İş materiallarında olan 15 avqust 1980-ci il tarixdə verilmiş Vİİ-JQ seriyalı, 315660№ li, doğum haqqında şəhadətnamədən görünür ki, X14 24.07.1980-ci ildə Quba rayonu, Küpçal kəndində anadan olmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı 079827 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X5 17.02.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Quba RMX-nin Publik Hüquqi şəxsin 12.03.2020-ci il tarixli, 650 saylı arayışdan görünür ki, 1980-cı il təvəlldülü Ərizəçi Nizyazi oğlu 31.03.2004-cü il tarixdə kəskin tənəffüs çatışmazlığından ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs 16 mart 2020-ci il tarixli, 142 №li arayışından görünür ki, X17 barəsində Azərbaycan Respublikası Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan 26.04.2021-ci il tarixdə Quba rayonu Küpçal kənd sakinləri X12, X9, X19, X15 və X3 iştirakı ilə tərtib olunmuş Aktda göstərilir ki, X14 24 iyul 1980-cı ildə Quba rayonu, Küpçal kəndində anadan olmuş, 31 mart 2004-cü ildə vəfat etmiş, Küpçal kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs 16.03.2020-ci il tarixli, 254 №-li məktubundan görünür ki, həmin şöbə tərəfindən X7 ölümünün, qeydə alınmasından imtina edilmiş, X6 həmin ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dinlirilmiş X9 və X8 ifadələrində Ərizəçi qardaşı X1 tənəffüs çatışmazlığından 31 mart 2004-cü ildə Quba rayonu Küpçal kəndində ölməsini və Quba rayonu Küpçal kənd qəbristanlığında dəfn edilməsini, X7 ölməsi faktının Maraqlı şəxsndə qeydə alınmasından imtina olunduğunu bildirmişlər. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, X10 31 mart 2004cü il tarixdə Quba rayonu, Küpçal kəndində ölməsi, onun ölümünün qeydiyyat orqanında qeydə alınmasından imtina olunması, Ərizəçi qardaşı X7 ölümü ilə bağlı sənədləri başqa qaydada ala bilməməsi sübuta yetirilir. Ona görə də ərizə təmin edilərək, X7 31 mart 2004cü il tarixdə Quba rayonu Küpçal kəndində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən olunur. Azərbaycan Respublikası MPM 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən o cümlədən ölüm müvafiq qeydiyyat orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndələri, eləcə də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri) həyata keçirirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. X7 31 mart 2004-cü il tarixdə Quba rayonu Küpçal kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar