Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1184/2023 07.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «şəxsin itkin düşmüş hesab edilməsi» barədə ərizə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «şəxsin itkin düşmüş hesab edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı Heybətov Hicran Haqverdi oğlunun xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, 21 noyabr 1986-cı il tarixdə Heybətov Hicran Haqverdi oğlu ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan 29 aprel 1988-ci il tarixdə Heybətov Murad Hicran oğlu və 28 iyun 1989-ci il tarixdə Heybətov Sübhan Hicran oğlu doğulmuşdur. Həyat yoldaşı Heybətov Hicran Haqverdi oğlu 1992-ci il tarixdə Rusiya Federasiyasına getmiş və bir daha onlarla əlaqə saxlamamış və geri qayıtmamışdır. Həmin vaxtdan həyat yoldaşı Hicran Heybətovdan heç bir məlumat ala bilməmişlər. Öz əlaqələri vasitəsilə Rusiya Federasiyasında aparılan axtarış cəhdləri də nəticəsiz olmuşdur. Artıq 20 ildən çoxdur ki, Hicran Heybətov itkin düşmüşdür. Həmçinin Hicran Heybətovun itkin düşməsi ilə bağlı Quba rayon Polis şöbəsinə müraciət etmişlər və Quba rayon Polis şöbəsində barəsində axtarış işi açılaraq müvafiq orqanlara sorğular göndərilmişdir. Hicran Heybətovun itkin düşmüş hesab edilməsi ona əmlakının idarə edilməsi üçün lazımdır. Bu hal isə yalnız məhkəmə qaydasında müəyyən edilə bilər, ona görə də 10 mart 1964-cü il təvəllüdlü həyat yoldaşı Heybətov Hicran Haqverdi oğlunun xəbərsiz itkin düşmüş hesab edilməsinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan AZE******** nömrəli şəxsiyyət vəsiqəssinin notarial təsdiqli surətindən görünür ki, Ərizəçi Quba rayonu, 2 Nügədi kəndində yaşayır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, Heybətov Hicran Haqverdi oğlu xx.xx.1964-cü il tarixdə Quba şəhərində doğulmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, Heybətov Hicran Haqverdi oğlu ilə X2 arasında xx.xx.1986-cı il tarixdə nikah bağlanmış və X1 “Heybətova” soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial təsdiqli surətindən görünür ki, Heybətov Hicran Haqverdi oğlu ilə Ərizəçi birgə nikahından 29 aprel 1988-ci il tarixdə Heybətov Murad Hicran oğlu və 28 iyun 1989-ci il tarixdə Heybətov Sübhan Hicran oğlu doğulmuşdur. İş materiallarında olan Quba RİHB-nın 2 Nügədi İƏD üzrə nümayəndəliyin xx.xx.2023-cü il tarixli 639 nömrəli arayışından görünür ki, Heybətov Hicran Haqverdi oğlu xx.xx.1992-ci il tarixdə Rusiya Federasiyasına getmiş və bir daha Quba rayonu, 2 Nügədi kəndinə qayıtmamışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 161 nömrəli arayışından görünür ki, 1990-1996-cı il illər üzrə Heybətov Hicran Haqverdi oğlu barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Quba rayon Polis şöbəsinin xx.xx.2023-cü il tarixli 91/2-H- 7594 nömrəli məktubundan görünür ki, Quba rayonu, 2 Nügədi kənd sakini Heybətov Sübhan Hicran oğlunun xx.xx.2023-cü il tarixli ərizəsi əsasında 1992-ci ildən əlaqəni itirmiş atası xx.xx.1964-cü il təvəllüdlü Heybətov Hicran Haqverdi oğlunun axtarışı ilə əlaqədar DİO-nun müvafiq orqanlarına sorğu məktubları göndərilmiş və bununla bağlı axtarış tədbirləri həyata keçirilir. İş materiallarında olan Quba rayon Polis şöbəsinin xx.xx.2023-cü il tarixli 91/2-H- 7594 nömrəli məktubundan görünür ki, yaxın qohumları ilə əlaqələri itirmiş şəxs xx.xx.1964-cü il təvəllüdlü Heybətov Hicran Haqverdi oğlunun axtarılmasına dair xx.xx.2023-cü il tarixli 560339 nömrəli iş axtarış işi açılmış və şəxsin tapılması üçün axtarış tədbirləri davam etdirilir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi iddia tələbinin əsası kimi həyat yoldaşı xx.xx.1964-cü il təvəllüdlü Heybətov Hicran Haqverdi oğlu 1992-ci il tarixdə Rusiya Federasiyasına getdiyini və bugünədək ailəsi ilə əlaqə saxlamamasını və evə qayıtmamasını göstərir. Həqiqətən də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən, əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. 40.2-ci maddəsinə əsasən, itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. 40.3-cü maddəsinə əsasən, xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir və borclar ödənilir. 40.4-cü maddəsinə əsasən, xəbərsiz itkin düşmüş fiziki şəxsin qanuni əmlakının daimi idarə edilməsi zərurəti yarandıqda, əgər onun qanuni vərəsələri yoxdursa, məhkəmənin qərarı ilə bu əmlak qəyyumluq və himayəçilik orqanı tərəfindən müəyyənləşdirilən və həmin orqanla bağlanan etibarnamə ilə idarəetmə müqaviləsi əsasında fəaliyyət göstərən şəxsə verilir. Xəbərsiz itkin düşmüş şəxsin əmlakının idarəçisi itkin düşmüş şəxsin əmlakı hesabına onun borclarını ödəyir, əmlakı həmin şəxsin xeyrinə idarə edir, xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verir. Əgər idarəçinin təyin edildiyi gündən üç il keçənədək şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında məhkəmə qərarı ləğv edilməzsə və şəxsin ölmüş sayılması haqqında məhkəməyə müraciət edilməzsə, qəyyumluq və himayəçilik orqanı fiziki şəxsin ölmüş sayılması haqqında ərizə ilə məhkəməyə müraciət etməyə borcludur. 40.5-ci maddəsinə əsasən, xəbərsiz itkin düşmüş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında qərarı, habelə onun əmlakının idarə olunması haqqında qərarı ləğv edir. Bununla bağlı məhkəmə ümumiyyətlə qeyd edir ki, qanunla müəyyən edilmiş müstəsna hallarda müəyyən edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hal olan şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi, yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükəndikdən sonra mümkündür. İddiaçının təqdim etdiyi məlumatlar heç də Heybətov Hicran Haqverdi oğlunun xəbərsiz itkin düşmüş hesab edilməsi üçün əsas ola bilməz. Hazırki mübahisəni tənzimləyən yuxarıda qeyd olunan maddənin “...fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə” müddəasını məhkəmə həmin şəxsin yalnız yaşayış yerində olmaması kimi qəbul etmir. Başqa sözlə, şəxsin digər ərazidə, şəhərdə, ölkədə yaşadığı halda, bu barədə hər hansı bir məlumatın onun yaşadığı yerə daxil olmaması, onun xəbərsiz itkin düşmüş hesab edilməsi üçün əsas ola bilməz. Şəxs yaşadığı yeri tərk etdikdən sonra olduğu yer məlum olmadıqda, onun axtarılması istiqamətində hazırki halda 2 il ərzində real hərəkətlər həyata keçirilməlidir. İşin materiallarına əlavə edilmiş Quba RPŞ-nin məktublarından görüdüyü kimi, həqiqətən də Heybətov Hicran Haqverdi oğlunun barəsində xx.xx.2023-cü il tarixdə 560339 saylı axtarış işi açılmış və sonuncunun yerinin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, xx.xx.1964-cü il təvəllüdlü Heybətov Hicran Haqverdi oğlunun axtarışı istiqamətində Quba RPŞ-si tərəfindən bir çox tədbirlər həyata keçirilmiş olsa da, bu faktlar Heybətov Hicran Haqverdi oğlunun xəbərsiz itkin düşmüş hesab edilməsi üçün kifayət deyildir. Bu baxımdan, məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi əsassız hesab edilərək təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «şəxsin itkin düşmüş hesab edilməsi» barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1184/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1184/2023
07.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar - Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver