Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1383/2023 25.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “torpaq sahəsinin istifadə hüququnun və üzərində yerləşən tikilinin satılması barədə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, torpağın istifadə hüququnun, üzərində yerləşən tikilinin mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı “torpaq sahəsinin istifadə hüququnun və üzərində yerləşən tikilinin satılması barədə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, torpağın istifadə hüququnun, üzərində yerləşən tikilinin mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X1" MMC-nin Quba rayon XDS-nin Rəyasət heyətinin 1992-ei il tarixli, 107 nömrəli qərarı əsasında Quba şəhəri, 29-cu məhəllə ünvanında daimi istifadəsinə verilmiş 1,50 ha torpaq sahəsindən 45.4 kv.metr torpaq sahəsinin istifadə hüququnun və həmin torpaq sahəsinin üzərində yerləşən tikilinin cavabdeh tərəlindən ona satılması barədə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin torpaq sahəsinin istifadə və üzərində xerləşən tikilinin mülkiyyət hüququnun tanınması, torpaqın istifadə hüqüquna dair çıxarışın və torpaqın üzərində yerləşən tikiliyə daşınmaz əmlakın mülkiyyət hüququna dair çıxarışın verilməsinin Azərbaxean Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Rexestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə təqdim edərək, Cavabdeh MMC-nə qarşı “torpaq sahəsinin istifadə hüququnun və üzərində yerləşən tikilinin satılması barədə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, torpağın istifadə hüququnun, üzərində yerləşən tikilinin mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Beləliklə, məhkəmə iddiaçının iddia ərizəsinin qaytarılmasına dair müraciətini və cavabdehin mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı “torpaq sahəsinin istifadə hüququnun və üzərində yerləşən tikilinin satılması barədə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, torpağın istifadə hüququnun, üzərində yerləşən tikilinin mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1383/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1383/2023
25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq mübahisələri - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Torpaq münasibətləri üzrə sair mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver