Məhkəmə qərarları › İş №2(027)-159/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-159/2021

01.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-159/2021 01.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və üçüncü şəxs Quba Regional “ASAN Xidmət” Mərkəzi notariat ofisinə qarşı mirasın qəbul edilməsi və miras əmlakdan vərəsəlik üzrə payların müəyyən edilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-324A KOD 30306018 nömrəli Şəhadətnaməyə əsasən, Quba rayonu Alpan kəndində yerləşən 0,08 ha torpaq sahəsindən miras qoyanlar X10 və X17 düşən hissəsinə və Torpağa Mülkiyyət Hüququna Dair JN-5xx xxx 30306018 Dövlət Aktına əsasən Quba rayonu Alpan kəndində yerləşən 1,33 ha torpaq sahəsinə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, həmin miras əmlakdan vərəsəlik üzrə payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsini əsas tutaraq iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək,Torpağın Mülkiyyətə Verilməsinə dair JN-324A KOD 30306018 nömrəli Şəhadətnaməyə əsasən Quba rayonu Alpan kəndində yerləşən 0,08 ha torpaq sahəsindən miras qoyanlar X10 və X18 düşən hissəsinə və Torpağa Mülkiyyət Hüququna Dair JN-5xx xxx 30306018 saylı Dövlət Aktına əsasən Quba rayonu Alpan kəndində yerləşən 1,33 ha torpaq sahəsinə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iştirak edən zaman İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olub, atası X11, anası X15r. X3 xx xxxxxx 1957-ci ildə Quba rayonu Alpan kəndində anadan olub, xx xxxx 2012-ci ildə vəfat edib. Miras qoyanlar onun X2 ilə nənəsi X19r. X2 ilə nənəsi X24 xx xxxxxx 1951-ci ildə ailə qurmuş, onların nikahından atası Abdulaxad (Abduləhəd), əmisi Abdulhəmid, əmisi Bahəddin, əmisi Mübariz və bibisi Pakizə anadan olmuşdur. Nənəsiylə babasının yanında bibisi Pakizə qalıb, atası isə Bakı şəhərində daima bibisinə, babasına və nənəsinə baxmış, evini və torpaq sahəsini idarə etmişdir. Nənəsi Kübrə x xxxxx 2006-cı ildə, babası Abdullməcid isə xx xxxx 2009-cu ildə vəfat etmişdir. Onların vəfatından sonra onlardan qalmış miras əmlaka atası sahiblik etmişdir. Hətta babası Abdulməcid Abduləhədə miras qalmış əmlakını vəsiyyətdə etmişdir. Digər vərəsələr atasının xeyrinə qalmış əmlakdan imtina etmişlər. Lakin nənəsindən qalmış miras əmlakdan imtina etməmişdlər. Miras qoyanlardan qalmış miras əmlaka vərəsəlik hüquq haqqında şəhatnamənin alınması üçün Quba regional “ASAN Xidmət” mərkəzinin notariat ofisindən onlara imtina məktubu verilmiş, məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də mirası qəbul etmək faktının müəyyən edilməsi, miras qalmış əmlaka vərəsəlik üzrə payların müəyyən edilməi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iştirak edən zaman İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi X32 iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmışdı. Məhkəmədə cavabdehlər Cavabdeh3, Cavabdeh2 Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdehlər və üçüncü şəxs Quba Regional “ASAN Xidmət” Mərkəzi notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı və vəkili və nümayəndəsi X26 izahatlarını və iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmış surətindən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Xİİİ-ЖГ 449 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixində Bakı şəhərində anadan olmuş, həmin şəhadətnamənin ata qrafasında, atası X11, ana qrafasında anası X15r. İş materiallarında olan İ-ИЕ 053411 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1957-ci il tarixində anadan olmuş, həmin şəhadətnamənin ata qrafasında, atası Aydəmirov Abdulməcid Teymurşah oğlu, ana qrafasında anası X19r. İş materiallarında olan ölüm haqqında AZ-İ 533993 seriyalı şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X11 xx.xx.2002-cı il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci ildə 384 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında AZ-İ 191572 seriyalı şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X24 xx.xx.2006-cı il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2006-cı ildə qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında AZ-İ 363764 seriyalı şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Aydəmirov Abdulməcid Teymurşah oğlu xx.xx.2009-cu il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2009-cu ildə 20 nömrə ilə qeyd edilmişdir. İş materiallarında əlavə olunmuş Quba rayon İHBnın Alpan kənd İƏV-yi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 534 nömrəli arayşdan məlum olur ki, Quba rayonu Alpan kəndində yaşayan Aydəmirova Kübrə Mikayıl qızı xx.xx.2006-cı ildə vəfat etmiş və vəfat etdikdən sonra onun aşağıdakı vərəsələri qalıb: əri- X10-1921-2009 (vəfat edib), X13 1957-2012 (vəfat edib); Cavabdeh2n-1960; Cavabdeh3-1963; X14-1962-2013 (vəfat edib); və Cavabdeh1-1966 (itkin düşüb) İş materiallarında əlavə olunmuş Quba rayon İHBnın Alpan kənd İƏV-yi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 535 nömrəli arayşdan məlum olur ki, Quba rayonu Alpan kəndində yaşayan X10 xx.xx.2009-cu ildə vəfat etmiş və vəfat etdikdən sonra onun aşağıdakı vərəsələri qalıb: X13 1957-2012 (vəfat edib); Cavabdeh2n-1960; Cavabdeh3-1963; X14-1962- 2013 (vəfat edib); və Cavabdeh1-1966 (itkin düşüb) İş materiallarında olan Quba rayon Alpan kənd sovetinin verdiyi ИЕ 039922 seriyalı, xx.xx.1951-ci il tarixli evlənmə haqqında şəhadətnmənin surətindən görünür ki, Aydəmirov Abdulməcid Teymurşah oğlu ilə X24 xx.xx.1951-ci il tarixdə, ailə qurublar. İş materiallarında olan xx.xx.2008-ci il tarixli Quba rayon İHBnın Alpan kənd İƏV yi üzrə nümayəndəliyi və dövlət notarit kontorunun natariusu tərəfindən təsdiqlənmiş vəsiyyətnamənin surətindən görünür ki, Quba rayonu Alpan kəndində yaşayan X10 vəfat etdiyi gündən Alpan kəndində yerləşən ona məxsus olan bütün əmlakını mənzilini oğlu X7 vəsiyyət edib. İş materiallarına əlavə olunmuş Torpağa Mülkiyyət Hüququna Dair JN-5xx xxx 30306018 Dövlət Aktına əsasən Quba rayonu Alpan kəndində yerləşən 1,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Quba rayonu AİK-nın xx.xx.1997-ci il tarixli 08 nömrəli qərarı ilə Aydəmirov Abdulməcid Teymurşah oğlunun və X16 xüsusi mülkiyyətinə verilmişdir . İş materiallarına əlavə olunmuş Torpağın Mülkiyyətə Verilməsinə dair JN-324A KOD 30306018 nömrəli Şəhadətnaməyə əsasən Quba rayonu Alpan kəndində yerləşən 0,08 ha fərdi yaşayış sahəsi Quba rayonu AİK-nın xx.xx.1997-ci il tarixli 08 nömrəli qərarı ilə Aydəmirov Abdulməcid Teymurşah oğlunun, X16, Cavabdeh1, Cavabdeh3 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş ünvan 2 mənzil 7 ünvanında qeydiyyatda olan Cavabdeh2 yazdığı və öz imzası ilə imzaladığı və Quba rayon Dövlət Noariat Kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2011-ci il tarixli ərizəsindən məlium olur ki, mərhum atası Aydəmirov Abdulməcid Teymurşah oğlundan miras qalmış Quba rayonu Alpan kəndində yerləşən fərdi yaşayış evindən onlara çatası hissəni qəbul etmir, onu qəbul etmək niyyətində deyill və gələcəkdə bununla əlaqədar məhkəmədə iddia qaldırmayacağdır. İş materiallarında olan İ-ИЕ 923535 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1960-cı il tarixində anadan olmuş, həmin şəhadətnamənin ata qrafasında, atası Aydəmirov Abdulməcid Teymurşah oğlu, ana qrafasında anası X19r. İş materiallarına əlavə olunmuş Quba rayonu Alpan kəndində yaşayan Cavabdeh3 yazdığı və öz imzası ilə imzaladığı və Quba rayon Dövlət Noariat Kontoru tərəfindən təsdiq edilmiş, 2011-ci il tarixli ərizəsindən məlium olur ki, mərhum atası X4 miras qalmış Quba rayonu Alpan kəndində yerləşən fərdi yaşayış evindən onlara çatası hissəni qəbul etmir, onu qəbul etmək niyyətində deyill və gələcəkdə bununla əlaqədar məhkəmədə iddia qaldırmayacağdır. İş materiallarında olan A3 554352 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1963-cü il tarixində anadan olmuş, həmin şəhadətnamənin ata qrafasında, atası Aydəmirov Abdulməcid Teymurşah oğlu, ana qrafasında anası X19r. İş materiallarına əlavə olunmuş Sabirabad rayonu Yolçubəyli kəndində yaşayan X8 yazdığı və öz imzası ilə imzaladığı və Sabirabad rayon Dövlət Noariat Kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2011-ci il il tarixli ərizəsindən məlium olur ki, mərhum atası X4 miras qalmış Quba rayonu Alpan kəndində yerləşən fərdi yaşayış evindən onlara çatası hissəni qəbul etmir, onu qəbul etmək niyyətində deyill və gələcəkdə bununla əlaqədar məhkəmədə iddia qaldırmayacağdır. İş materiallarına əlavə olunmuş Quba rayon Alpan bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 37 nömrəli arayşdan məlum olur ki, İddiaçı Quba rayonu Alpan kəndində yaşayan mərhum X10 və ailəsinə məxsus Torpağa Mülkiyyət Hüququna Dair JN-5xx xxx 30306018 Dövlət Aktına əsasən Quba rayonu Alpan kəndində yerləşən 1,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Torpağın Mülkiyyətə Verilməsinə dair JN-324A KOD 30306018 nömrəli Şəhadətnaməyə əsasən Quba rayonu Alpan kəndində yerləşən 0,08 ha fərdi yaşayış sahəsinin, bibisi Cavabdeh3 məxsus JN-519 saylı dövlət Aktına əsasən 067 ha pay torpağının vergilərini mütəmadi olaraq ödəmişdir. Son vergi ödənişi 2019-cu ilin may ayında aparılmışdır. İş materiallarına əlavə olunmuş ********* nömrəli qəbzdən görünür ki, xx.xx.2020-ci il tarixdə ərizənin verilməsi ilə əlaqədar 10 manat Dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə müəyyən etdiki, Torpağa Mülkiyyət Hüququna Dair JN-5xx xxx 30306018 Dövlət Aktına əsasən Quba rayonu Alpan kəndində yerləşən 1,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və Torpağın Mülkiyyətə Verilməsinə dair JN-324A KOD 30306018 nömrəli Şəhadətnaməyə əsasən Quba rayonu Alpan kəndində yerləşən 0,08 ha fərdi yaşayış sahəsindən miras qoyan mərhum X10 özünə məxsus hissəni vəsiyyətnamə üzrə ölümündən sonra oğlu X7 vəsiyyət etmiş və həmin paydan digər vərəsələr Cavabdeh3, Cavabdeh2 və mərhum X14 onlara çatası paydan imtina etmişdilər. İş materiallarından da göründüyü kimi X24 xx.xx.2006-cı ildə X10 xx.xx.2009-cu il ildə vəfat etmişdir. X1 sözü gedən əmlakdan özünə məxsus payını və bütün əmlakını oğlu X7 vəsiyyət etmiş, X17 düşən pay isə 1/4 hissədə açıq qalmışdır. Həmçinin iş materiallarından göründüyü kimi, X11 xx.xx.2012-ci il tarixində vəfat etmişdir. İddiaçı mərhum X6 oğlu, mərhum X5 nəvəsidir. Həmçinin iş materiallarından göründüyü kimi, X5 ölümündən sonra vərəsələri qalmış, onlardan bir də iddiaçı özüdür. İddiaçı və eyni zamanda əmisi Cavabdeh2, bibisi Cavabdeh3 qanun üzrə vərəsə hesab olunur. Bu vəziyyətdə iddiaçı Quba rayonu Alpan kəndində yerləşən Torpağın Mülkiyyətə Verilməsinə dair JN-324A KOD 30306018 nömrəli Şəhadətnaməyə əsasən 0,08 ha fərdi yaşayış sahəsindən miras qoyanlar mərhum X9 düşən payın 1/4 hissəsinə, mərhumə X17 düşən payın 1/4 hissəsinə və Quba rayonu Alpan kəndində yerləşən Torpağa Mülkiyyət Hüququna Dair JN-5xx xxx 30306018 Dövlət Aktına əsasən 1,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbində haqlıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) üsullarını müəyyən edir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi gördüyünü müəyyən etmək olur. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, İddiaçı Quba rayonu Alpan kəndində yerləşən Torpağın Mülkiyyətə Verilməsinə dair JN-324A KOD 30306018 nömrəli Şəhadətnaməyə əsasən 0,08 ha fərdi yaşayış sahəsindən miras qoyanlar mərhum X10 və X17 düşən hissəsinə, Quba rayonu Alpan kəndində yerləşən Torpağa Mülkiyyət Hüququna Dair JN-5xx xxx 30306018 Dövlət Aktına əsasən 1,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mirasın qəbul edilməsi faktı müəyyən edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Quba rayonu Alpan kəndində yerləşən Torpağın Mülkiyyətə Verilməsinə dair JN-324A KOD 30306018 nömrəli Şəhadətnaməyə əsasən 0,08 ha fərdi yaşayış sahəsindən miras qoyanlar X10 və X17 düşən hissəsinə və Quba rayonu Alpan kəndində yerləşən Torpağa Mülkiyyət Hüququna Dair JN-5xx xxx 30306018 Dövlət Aktına əsasən 1,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı tərəfindən mirasın qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar