Məhkəmə qərarları › İş №2(027)-1686/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1686/2025

24.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Maddi ziyanın ödənilməsi - Kommunal
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1686/2025 24.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları və «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X5rşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları və «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X5rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ona məcburən qanunsuz olaraq ödətdirdiyi 800 manat məbləğində əlavə pulun cavabdehdən tutlaraq ona ödənilməsi, cavabdehin ona vurduğu maddi zərəri 250 manat, mənəvi zərərin əvəzi olaraq 10000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə və cavabdehin məsul vəzifəli səlahiyyət daşıyıcılarının kompetensiyalı şəxslərin əməllərində cinayətin əlamətlərinin mövcudluğunu nəzərə alaraq bu barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək tərəflə işin məhkəmə aidiyyəti üzrə göndərilməsi məsələsini müzakirə edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 mülki işin məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, əvvəlki məhkəmə iclasında işin aidiyyatı üzrə müvafiq məhkəməyə göndərilməsinə etiraz etmədiyini bildirmişdir Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib, cavabdehin izahatını dinləyib hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, "xxxx" ASC ilə “Avtoyuma məntəqəsi” (İddiaçı) arasında bağlanmış 560230 nömrəli "xxxx" müqaviləyə əsasən ASC müəssisənin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımı miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST 2874-82 dövlət Standartının tələblərinə uyğun məişət (təsərrüfat)-içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sistemində qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. Azərbaycan Dövlət Su Ehtiyatları və «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X9 tərəfindən İddiaçı ünvanlanmış 13 iyun 2024-cü il tarixli, 13-16/2-A-4176-42/814/2024 nömrəli məktubla bildirilmişdir ki, X6 xidməti ərazisində fəaliyyət göstərən, müqavilə nömrəsi 30066918 olan obyektin su xətti üzərində xx.xx.2015-ci il tarixdə quraşdırılmış, Alfasu-20 markalı, 49770904 nömrəli smart tipli su sayğacı xx.xx.2023-cü il tarixdə çıxarılaraqlaboratoriya yoxlamasından keçirilməsi üçün X7 İdarəsinə aparılmışdır. Laboratoriyanın xx.xx.2023-cü il tarixli 70904/0307562 saylı rəyinə əsasən sayğacda müdaxilə aşkar olunduğundan AR Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş “X4” nın 6.15-ci bəndinə əsasən 171 kv.m əlavə sərfiyyat hesablanmışdır. Su xətti üzərinə yeni 43149412 nömrəli, Metlab-20 markalı smart tipli su sayğacı quraşdırılmışdır. Hazırda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borc 512.9 manat təşkil edir. “Elektron Məhkəmə” İnformasiya sistemindən əldə edilmiş məlumatdan müəyyən olunur ki, İddiaçı fərdi sahibkardır və VÖENİ **********-dir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, Mülki Prosessual Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyektləri qismində hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər çıxış edə bilərlər. Kommersiya mübahisəsinin predmeti isə tərəflərin həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olmalıdır. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11-ci bəndinə görə o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin qərarın 12-ci bəndinə görə bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Hazırki işin hallarından müəyyən olunur ki, məhkəməyə iddiaçı qismində müraciət edən şəxs İddiaçı fərdi sahibkardır və vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Bundan əlavə məhkəməyə təqdim edilmiş “Su təchizatı və tullantı suyunun axıdılma” xidməti üzrə 560230 nömrəli müqavilədən də müəyyən olunur ki, müqavilənin bağlanmasının məqsədi məhz ASC tərəfindən avto yuma məntəqəsinin su təchizatının və s. həyata keçirilməsi ilə bağlı olmuşdur. Sadalanan halları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları və «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X5rşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 31, 44-45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları və «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X5rşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi üzrə iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamilli Günel

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver