Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-176/2020 31.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X11, X1 və X5 qarşı “torpaq sərhədlərinin müəyyən edilməsi və torpaqdan istifadə edilməsində maneçiliyin törədilməsinə cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Quba rayon Abduloba kəndində yerləşən torpaq sahəsinin planı və ölçüsünə uyğun olaraq sərhədlərin müəyyən edilməsi, mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyində maneçiliklər törədilməməsini cavabdeh üzərinə öhdəlik qoyulması, vurulmuş mənəvi ziyana görə cavabdehdən 16000 manat pul vəsaitinin onun xeyrinə tutulması və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Quba rayon X2 xx xxxx 1997-ci il tarixli, 03 nömrəli qərarı ilə rayonun Abduloba kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə mülkiyyətçi kimi o, İddiaçı və digər ailə üzvlərinə 1,9281 ha torpaq sahəsi verilmişdir. Eyni zamanda onlara ayrılmış torpaq sahəsinə müvafiq komissiyanın yerində apardığı dəqiq ölçmələrdən sonra həmin sahənin plan cizgisi təqdim edilmişdir. Bu müddət ərzində sözü gedən torpaq sahəsi tərəfindən təyinatı üzrə istismar olunmuş, mövsümi əkin işləri aparılmış, çoxlu sayda meyvə, xüsusilə gilas ağacları əkilərək onlara daim aqrotexniki qaydada qulluq göstərilmişdir. Uzun illər burada yetişdirilən ağaclara keyfiyyətli qulluq nəticəsində həmin torpaq sahəsində sıx yaşıllıq zolağı yaranmış və meyvə ağaclar bol məhsul verməyə başlamışdır. 2016cı ildə bu torpaq sahəsinə dövlət reyestrindən çıxarış almaq məqsədilə ailə üzvləri ilə birgə müvafiq qaydada Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etmişdir. Müraciətə əsasən, Xidmətin 5 saylı Ərazi idarəsinin mütəxəssisləri tərəfindən sahəyə yerində baxış keçirilmiş və aidiyyəti üzrə ölçmə işləri aparılmışdır. Bundan sonra xx.xx.2016-cı il tarixdə bizə ******* nömrəli Çıxarış, eləcə də torpaq sahəsinin 081476 nömrəli planı və ölçüsü verilmişdir. Lakin ötən ilin əvvəllərindən başlayaraq, bəzi qonşular bu torpaq sahəsinə müxtəlif iddialar irəli sürərək guya onlara məxsus torpaq sahəsini zəbt etdiyini, bir qismi, isə özbaşına olaraq vaxtaşırı həmin torpaq sahəsinə girərək ona məxsus mülkiyyətdən qeyri-qanuni istifadə edirlər. Belə ki, bu şəxslər, xüsusilə meyvə ağacları bar verən mövsümdə daha da fəallaşır və mənə məxsus torpaq sahəsinə qanunsuz olaraq soxularaq faktiki mülkiyyəti hesab olunan ağacların meyvələrini talan etməklə məşğul olurlar. Bu xoşagəlməz vəziyyətin qarşısını almaq üçün dəfələrlə onunla həmin qonşular arasında ciddi münaqişələr yaranmış, hətta bu münaqişələr bir çox hallarda onlar tərəfindən ona qarşı fiziki zor tətbiq edilməsi ilə müşayiət olunmuşdur. Dəfələrlə o, onlar tərəfindən nalayiq söyüşlərlə təhqir olunmuş, onun və ailə üzvlərinin şəxsiyyətini alçaldan, ailəsinin şərəf və ləyaqətinə xələl gətirən ifadələrlə qarşılaşmışdır. Bildirir ki, yuxarıda qeyd etdiyi acınacaqlı vəziyyət hal-hazırdakı vaxtadək davam etməkdədir. Bundan sonra Cavabdeh iddia qaldıraraq bu pay torpaqlarında meyvə ağaclarının bol olduğu sahənin ona məxsus olduğunu və onun tərəfindən zəbt olunduğunu israr etmişdir. Cavabdehin neqativ hərəkətləri nəticəsində, mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsi kiçilmişdir. Özgə qanunsuz mülkiyyətdən torpaq sahələrinin tələb edilməsi məsələsinin həllində əhəmiyyətli olan müəyyən edilmiş sərhədlərin olmasıdır. Göstərilmiş sərhədlər, sahəni tələb edilən əmlak kimi fərdiləşdirmək və müəyyən etmək üçün nəzərdə tutulmuşdur. Göstərilmiş mübahisə kateqoriyası üçün hüquqi əhəmiyyətli və sübut edilməli olan aşağıdakı halların eyni zamanda birləşməsidir: o, iddiaçıda mülkiyyət hüququnun və ya müəyyən sahəli və müəyyən sərhədli naturada olan torpaq sahələrinə digər xarici hüququn olması, ona faktiki sahiblik hüququnun itirilməsi, o cümlədən konkret şəxs (şəxslər) tərəfindən bu torpaq sahəsinə sahiblik. Eyni zamanda belə vəziyyət onun mənəvi-psixoloji ovqatının pozulmasına, əsəb sisteminin gərginləşməsinə, iztirab keçirməyinə, gündəlik fəaliyyətinin ahəngdarlığına mənfi təsir göstərməklə ümumilikdə mənəvi əzab çəkməyinə gətirib çıxarmışdır. Cavabdehin qanuna zidd əməlləri nəticəsində ona dəymiş mənəvi ziyanın miqdarını 16000 (on altı) min manat dəyərləndirir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, mülki iş üzrə Cavabdeh xx.xx.2019-cu ildə vəfat etdiyini, cavabdehin torpaq sahəsi birgə mülkiyyətdə olduğu üçün digər mülkiyyətçiləri yəni, X11, X1, X8 mülki işə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, Quba rayonu, Abuloba kəndində yerləşən 1,9281 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Torpağa Mülkiyyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, X10, Cavabdeh, X11, X1 və X9 Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 03 saylı qərarına əsasən Torpağa Mülkiyyyət Hüququna dair JN:0016, KOD 30310038 saylı Dövlət Aktı tərtib edilərək 2,70 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Torpağa Mülkiyyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, İddiaçı və onun ailə üzvlərinə Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 03 saylı qərarına əsasən Torpağa Mülkiyyyət Hüququna dair JN:0017, KOD 30310038 saylı Dövlət Aktı tərtib edilərək 2,70 ha torpaq sahəsi verilmişdir. İş üzrə təyin edilmiş “xxxxxxxx” MMC-nin 01/190 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli, 081476 nömrəli Torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan əsas döngə nöqtələrinin koordinantları elektron xərtiə üzərində yoxlanılmış, qeyd olunan koordinatların faktiki sahədən sürüşdüyü müşahidə edilmişdir. Qeyd olunanları nəzərə alaraq sənəd üzrə göstərilən konfiqurasiya xəritədə görülən yolun konturlarına əsasən yerləşdirilmişdir (Xəritə 1). Eyni zamanda İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin nöqtələri elektron xəritə üzərinə yerləşdirilmiş, bu sahənin 1,52 ha olduğu, yerdə qalan hissəsinin (0.40 ha) cavabdehlər tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. İddiaçı məxsus olan Quba rayonu, Abuloba kəndində yerləşən 1.9281 ha torpaq sahəsi cədvəl 1-də qeyd olunan ölçülər daxilində (0.40 ha) cavabdehlər tərəfindən zəbt olunaraq istifadə edilir və bununla bağlı mütəxəssislərə heç bir sənəd təqdim edilməmişdir. İş üzrə təyin edilmiş Məhkəmə Tikinti-Texniki Ekspertizasının 10/698 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, “xxxxxxxx” MMC-nin 01/190 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli, 081476 nömrəli Torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan əsas döngə nöqtələrinin koordinantları elektron xərtiə üzərində yoxlanılmış, qeyd olunan koordinatların faktiki sahədən sürüşdüyü müşahidə edilmişdir. Qeyd olunanları nəzərə alaraq sənəd üzrə göstərilən konfiqurasiya xəritədə görülən yolun konturlarına əsasən yerləşdirilmişdir (Xəritə 1). Eyni zamanda İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin nöqtələri elektron xəritə üzərinə yerləşdirilmiş, bu sahənin 1,52 ha olduğu, yerdə qalan hissəsinin (0.40 ha) cavabdehlər tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. İddiaçı məxsus olan Quba rayonu, Abuloba kəndində yerləşən 1.9281 ha torpaq sahəsi cədvəl 1-də qeyd olunan ölçülər daxilində (0.40 ha) cavabdehlər tərəfindən zəbt olunaraq faktiki istifadə olunduğu və bununla bağlı mütəxəssislərə heç bir sənəd təqdim olunmadığı müəyyən olunur. Beləliklə tərəflərin izahatları və məhkəmə araşdırılmaları zamanı müəyyən olunmuşdur ki, Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 03 saylı qərarına əsasən Torpağa Mülkiyyyət Hüququna dair JN:0017, KOD 30310038 saylı Dövlət Aktına əsasən, İddiaçı və onun ailə üzvlərinə 2,70 ha torpaq sahəsi verilmişdir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı Çıxarışına əsasən, Quba rayonu, Abuloba kəndində yerləşən 1,9281 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İddiaçı cavabdehlərin ona məxsus olan Quba rayonu, Abuloba kəndində yerləşən 1,9281 ha torpaq sahəsindən çıxarılmasını, torpaq sahəsindən mülkiyyət hüququnun həyata keçirilməsinə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasını xahiş edir. Mülki iş üzrə təyin edilmiş xxxxxxxx” MMC-nin 01/190 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinə və Məhkəmə Tikinti- Texniki Ekspertizasının 10/698 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli, 081476 nömrəli Torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan əsas döngə nöqtələrinin koordinantları elektron xərtiə üzərində yoxlanılmış, qeyd olunan koordinatların faktiki sahədən sürüşdüyü müşahidə edilmişdir. Qeyd olunanları nəzərə alaraq sənəd üzrə göstərilən konfiqurasiya xəritədə görülən yolun konturlarına əsasən yerləşdirilmişdir. Eyni zamanda İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin nöqtələri elektron xəritə üzərinə yerləşdirilmiş, bu sahənin 1,52 ha olduğu, yerdə qalan hissəsinin yəni, 0.40 ha torpaq sahəsi cavabdehlər tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. İddiaçı məxsus olan Quba rayonu, Abuloba kəndində yerləşən 1.9281 ha torpaq sahəsinin 0.40 ha hissəsi cavabdehlər tərəfindən zəbt olunaraq istifadə edilməsi öz təsdiqini tapmışdır. Cavabdehlər isə 0.40 ha torpaq sahəsindən istifadə edilməsinin qanuni olduğu barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X3 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və X3 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçının mənəvi sarsıntı keçirməsini, stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də, mənəvi ziyanın ödənilməsi ilə bağlı hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, Avropa Konvensiyasının mülkiyyət hüququ ilə bağlı bu normaları baxımından da iddia qismən təmin edilməli, cavabdehlər X11, X1 və X6 Quba rayonu, Abuloba kəndində yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı Çıxarışına əsasənİddiaçı məxsus 1.9281 hektar torpaq sahəsinin 0.40 hektar hissəsindən çıxarılmalı, həmin torpaq sahəsinə cavabdehlər X11, X1 və X12 tərəfindən yaradılmış maneələrin aradan qaldırılmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu MPMin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər X11, X1 və X6 Quba rayonu, Abuloba kəndində yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı Çıxarışına əsasənİddiaçı məxsus 1.9281 hektar torpaq sahəsinin 0.40 hektar hissəsindən çıxarılsınlar və həmin torpaq sahəsinə cavabdehlər X11, X1 və X12 tərəfindən yaradılmış maneələrin aradan qaldırılsın. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər X11, X1 və X4 müştərək qaydada tutularaq İddiaçı verilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-176/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-176/2020
31.08.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Mənəvi zərərin ödənilməsi - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver