Məhkəmə qərarları › İş №2(027)-181/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-181/2020

19.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Torpaq mübahisələri - Maddi ziyanın ödənilməsi - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-181/2020 19.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X30 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxslər X11 və X4 cavabdeh X7 qarşı “ümumi paylı mülkiyyətdən payın naturadan ayrılması və zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu AİK-nin xx.xx.1999-cu il tarixli 115 saylı qərarı ilə onun, X5 X11, X2 və X4 ümumi mülkiyyətlərinə verilmiş Quba rayonu Zərdabi qəsəbə ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin aramızda bölünməsi, naturada paylara ayrılması və onun payına düşən torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq ona verilməsi, payına düşən torpaq sahəsinin 10 il müddətində cavabdeh tərəfindən qanunsuz və əsassız istifadə edilməsi nəticəsində ona vurulmuş zərərin, yəni həmin sahədən 10 il müddətində əldə edilə biləcək (əldən çıxmış fayda) 50000 məbləğində pulun, həmçinin rüsum kimi ödədiyi 30 manat məbləğində pulun və hüquqi yardıma görə ödədiyi 100 manat məbləğində pulun, həmçinin DƏDRX-nin 5 saylı Ərazi İdarəsindən sənəd tələb edilməsi ilə əlaqədar ödədiyi 41 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddianın dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, MH seriyalı ******* nömrəli xx.xx.2007-ci il tarixli (reyestr nömrəsi **********32, qeydiyyat nömrəsi ********* olan) Çıxarışla ailələrinə, yəni X5, X11, Məmmədova (qız soyadı Eldarova) Rübabə Hüseynəli qızının, X2 və X4 ümumi mülkiyyətlərinə verilmiş Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 0,18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsini (0,036 ha torpaq sahəsinin) naturada ayrılıb onlara verilməsi, MH seriyalı ******* nömrəli xx.xx.2007-ci il tarixli (reyestr nömrəsi **********31, qeydiyyat nömrəsi ********* olan) Çıxarışla ailələrinə, yəni X5 X11, Məmmədova (qız soyadı Eldarova) Rübabə Hüseynəli qızının, X2 və X4 ümumi mülkiyyətlərinə verilmiş Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 1,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsini (0,208 ha torpaq sahəsinin) naturada ayırıb ona verilməsi, MH seriyalı ******* nömrəli xx.xx.2007-ci il tarixli (reyestr nömrəsi **********29, qeydiyyat nömrəsi ********* olan) Çıxarışla ailələrinə, yəni X5 X11, X2 və X4 və Məmmədova (qız soyadı Eldarova) Rübabə Hüseynəli qızının ümumi mülkiyyətlərinə verilmiş Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 0,049997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsini (0,0099994 ha torpaq sahəsinin) naturada ayırıb ona verilməsi, həmin torpaq sahəsindən onun payına düşən cəmi 0,254 ha (0,036 ha + 0,208 ha, + 0,0099994 ha) torpaq sahəsinin 10 il müddətində cavabdeh tərəfindən qanunsuz və əsassız istifadə edliməsi nəticəsində ona vurumuş zərərin, yəni həmin sahədən 10 il müddətində əldə ediləcək (əldən çıxmış fayda) 14500 manat məbləğində pulun, həmçinin rüsum kimi ödədiyi 30 manat məbləğində pulun və hüquqi yardıma görə ödədiyim 100 manat məbləğində pulun, həmçinin DƏDRX-nin 5 saylı Ərazi İdarəsindən sənəd tələb edilməsi ilə əlaqədar ödədiyim 41 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayon AİK-nın xx xxxxxx 1999-cu il tarixli 115 №-li qərarı ilə atası X5 X11, X2 və X4 birgə mülkiyyətinə Quba rayonu, Zərdabi qəsəbəsi ərazisindən 1,27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin birgə mülkiyyətlərinə verilməsinə dair JN 233 №-li, 30316018 kodlü Dövlət Aktı və MH seriya 007601, MH seriyalı ******* və MH seriyalı ******* №-li çıxarışlar da verilmişdir. Cavabdeh onun doğma atasıdır. O, 2009-cu ildə ailə qurub Şabran rayonunun Təzəkənd kəndinə köçmüşdür. Pay torpaq sahəsinin ona düşən hissəsində əkib becərmək və ailəsini dolandırmaq üçün vəsait əldə etmək istərkən cavabdeh atası buna imkan verməmiş və ümumi mülkiyyətlərində olan torpaq sahəsindən özü istifadə etmiş, həmin sahədə bağ-bostan becərməklə əldə etdiyi gəliri özü mənimsəmişdir. Onun təkidlərinə baxmayaraq onun payına düşən torpaq sahəsindən istifadə etməyə ona imkan verməmişlər. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Pay torpağının geri tələb edilməsinə dair onun təkidlərinə baxmayaraq cavabdeh 2009-2019-cu illər ərzində onun pay torpağından qanunsuz istifadə etməklə, ona çatası 50000 manat məbləğində gəliri özü mənimsəmişdir ki, həmin pulu cavabdeh ona qaytarmalıdır. Belə ki, cavabdeh ümumi mülkiyyətlərində olan sahənin bütünlüklə istifadə edərək, həmin sahədə yonca əkməklə, bağbostan becərməklə, bilə-bilə onun pay sahəsini istifadə edərək, onu əldə edəcəyi gəlirdən məhrum etmişdir. O, 5 nəfər ailə üzvləri ilə yuxarıda qeyd olunan ünvanda yaşayır. Dolanışığ üçün əsas mənbə kənd təsərrüfatı məhsulları əkib-becərməklə əldə edilir. Cavabdehin qanunsuz və özbaşına hərəkətləri nəticəsində 10 il müddətində qanuni əsasla mülkiyyətinə verilmiş torpaq sahəsindən istifadə etmək hüququndan məhrum olmuşdur. Ailəsini dolandırmaq üçün yeganə ümid yeri olan pay torpağından 10 il ərzində cavabdehin təqsirli hərəkətləri nəticəsində istifadə edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər məhkəmə qətnamə çıxarana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X11 və X12 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon AİK-nin xx xxxxxx 1999-cu il tarixli 115 nömrəli qərarı ilə onların, yəni Cavabdeh Əlisəfa oğlunun, X11, X2, X4 və Məmmədova (Eldarova) Rübabə Hüseynəli qızının birgə -mülkiyyətinə verilmiş Quba rayon Zərdabi qəsəbəsi ərazisində 1,27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin aralarında bölünməsi, naturada paylara ayrılması və onların paylarına düşən torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq onlara verilməsi, paylarına düşən torpaq sahəsinin 5 il müddətinə cavabdeh tərəfindən qanunsuz və əsassız istifadə edilməsi nəticəsində onlara vurulmuş zərərin yəni həmin sahədən 5 il müddətində əldə edilə biləcək (əldən çıxmış fayda) 20000 manat məbləğində pulun, həmçinin rüsum kimi ödədikləri 60 manat pulun cavabdehdən alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ona görə də, onlar iddianın dəqiqləşdirilməsin ərizəsi ilə məhkəməyə müraciət edərək, MH seriyalı ******* nömrəli xx.xx.2007-ci il tarixli (reyestr nömrəsi **********32, qeydiyyat nömrəsi ********* olan) Çıxarışla ailələrinə, yəni X5 X11, Məmmədova (qız soyadı Eldarova) Rübabə Hüseynəli qızının, X2 və X4 və İddiaçı ümumi mülkiyyətlərinə verilmiş Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 0,18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsini (0,036 ha torpaq sahəsini) naturada ayırıb X15 və həmin torpaq sahəsinin 1/5 hissəsini (0,036 ha torpaq sahəsini) naturada ayırıb X8 verilməsi, MH seriyalı ******* nömrəli xx.xx.2007-ci il tarixli (reyestr nömrəsi **********31, qeydiyyat nömrəsi ********* olan) Çıxarışla ailərinə, yəni X5 X11, X2 və X4 və Məmmədova (qız soyadı Eldarova) Rübabə Hüseynəli qızının ümumi mülkiyyətimizə verilmiş Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 1,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsini (0,208 ha torpaq sahəsinin) naturada ayırıb X15 verilməsi, həmin topaq sahəsinin 1/5 hissəsinin (0,208 ha torpaq sahəsinin) X4 mülkiyyətinə verilməsi, MH seriyalı ******* nömrəli xx.xx.2007-ci il tarixli (reyestr nömrəsi **********29, qeydiyyat nömrəsi ********* olan) Çıxarışla ailələrinə, yəni X5 X11, X2 və X4 və Məmmədova (qız soyadı Eldarova) Rübabə Hüseynəli qızının ümumi mülkiyyətlərinə verilmiş Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 0,049997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsini (0,0099994 ha torpaq sahəsinin) naturada ayırıb X15, həmin torpaq sahəsinin 1/5 hissəsini (0,0099994 ha torpaq sahəsinin) naturada ayırıb X8 verilməsi, onların, yəni X11 və X4 paylarına düşən cəmi 0,508 ha ( 0,072 ha + 0,416 ha + 0,0199988 ha) torpaq sahəsinin 5 il müddətində cavabdeh tərəfindən qanunsuz və əsassız istifadə edilməsi nəticəsində onlara vurumuş zərərin, yəni həmin sahədən 5 il müddətində əldə ediləcək (əldən çıxmış fayda) 14500 manat məbləğində pulun, həmçinin rüsum kimi ödədikləri 60 manat məbləğində pulun cavabdehdən alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışlar ki, Quba rayon AİK-nin xx xxxxxx 1999-cu il tarixli 115 nömrəli qərarı ilə onların, yəni Cavabdeh Əlisəfa oğlunun, X11, X2, X4 və Məmmədova (Eldarova) Rübabə Hüseynəli qızının mülkiyyətinə Quba rayon Zərdabi qəsəbəsi ərazisində 1,27 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin sahənin mülkiyyətlərinə verilməsinə dair JN 123 nömrəli 3 ******* kodlu Dövlət Aktı və MH 007601, MH 00077602 və MH 0007603nömrəli çıxarışlar verilmişdir. Məmmədova (Eldarova) Rübabə Hüseynəli qızı öz pay torpağının naturada ayıraraq qanunsuz sahibliyindən alınması barədə Quba rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Ona görə də onlar müstəqil tələb irəli sürən üçüncü şəxslər kimi iddia ərizələrinə həmin icraatda birlikdə baxılmasını istəyirlər. Quba rayon məhkəməsinin x xxxxxx 2014-cü il tarixli 2(027) -1295 nömrəli qətnaməsi ilə Cavabdeh Əlisəfa oğlu ilə onun, yəni X11 arasında xx.xx.1991ci il tarixli nikah qeydi pozulmuş və oğlanları Mübariz Hüseynəli oğlu və X10 onun himayəsinə verilmişdir. Birgə mülkiyyətinə verilmiş 1,27 ha torpaq sahəsinin onların paylarından istifadə etməyə cavabdeh imkan vermir. Torpaq payları tələb edərkən cavabdeh onlara hədə-qorxu gəlir və həmin torpaq paylarını heç vaxt onlara verməyəcəyini bildirmişdir. Odur ki, ciddi cəhdlə təkidlərinə baxmayaraq 5 il müddətində onların paylarımdan da cavabdeh istifadə etmiş və əldə etdiyi gəliri özü mənimsəmişdir. 5 il müddətində qanunsuz olaraq onların payına düşən torpaq sahəsindən əldə etdiyi 20000 manat məbləğində gəliri cavabdeh onlara qaytarmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X13 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, müstəqil tələb irəli sürən üçüncü şəxslər X11 və X12 və Cavabdeh Əlisəfa oğlu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir Belə ki iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Quba rayonu, Zərdabi kəndində yerləşən 0,18 ha torpaq sahəsi Cavabdeh, X20, X14, X9, X4 mülkiyyətindədir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Quba rayonu, Zərdabi kəndində yerləşən 1,04 ha torpaq sahəsi Cavabdeh, X20, X14, X9, X4 mülkiyyətindədir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Quba rayonu, Zərdabi kəndində yerləşən 0,049997 ha torpaq sahəsi Cavabdeh, X20, X14, X9, X4 mülkiyyətindədir. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Cavabdeh, X20, X14, X9, X8 Quba rayon AİK-nın xx.xx.1999-cu il tarixli, 115 saylı qərarına əsasən JN:233, Kod 30316018 saylı Dövlət Aktı tərtib edilərək, 1,27 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan “nikah haqqında şəhadətnamə”nin surtəindən görünür ki, X22 ilə X14 arasında xx.xx.2012-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-1295/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh Əlisəfa oğlu və Eldarova (Ağayeva) Xalidə Ağazər qızı arasında bağlanmış xx.xx.1991-ci il tarixli nikah qeydinin pozulması, tərəflərin birgə nikahından xx.xx.1998-ci il tarixdə doğulmuş X17, xx.xx.2000-ci il tarixdə doğulmuş X16 və xx.xx.2003-cü il tarixdə doğulmuş X21 iddiaçı Cavabdeh Əlisəfa oğlunun, xx.xx.2010-cu il tarixdə doğulmuş X6 cavabdeh Eldarova (Ağayeva) Xalidə Ağazər qızının yanında saxlanılması qət edilmişdir. İş üzrə təyin edilmiş “xxxx” MMC-nin 01/418 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 0,049997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylara uyğun şəkildə İddiaçı münaasibətdə 1/5 hissəyə, müstəqil tələb irəli sürən üçüncü şəxslər X15 münasibətdə 1/5 hissəyə və X8 münasibətdə 1/5 hissəyə, o cümlədən qeyd olunan torpaq sahəsi qalan 2/5 hissəyə cədvəl—də qeyd olunan ölçülər və Xəritə 1-də göstərilən formada bölünməsi müəyyən edilmişdir. İş üzrə təyin edilmiş “xxxx” MMC-nin 01/420 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 0,049997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylara uyğun şəkildə İddiaçı münaasibətdə 1/5 hissəyə, müstəqil tələb irəli sürən üçüncü şəxslər X15 münasibətdə 1/5 hissəyə və X8 münasibətdə 1/5 hissəyə, o cümlədən qeyd olunan torpaq sahəsi qalan 2/5 hissəyə naturada cədvəl 1-də qeyd olunan ölçülər və Xəritə 1də göstərilən formada bölünməsi müəyyən edilmişdir. İş üzrə təyin edilmiş “xxxx” MMC-nin 01/419 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 0,049997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylara uyğun şəkildə İddiaçı münaasibətdə 1/5 hissəyə, müstəqil tələb irəli sürən üçüncü şəxslər X15 münasibətdə 1/5 hissəyə və X8 münasibətdə 1/5 hissəyə, o cümlədən qeyd olunan torpaq sahəsi qalan 2/5 hissəyə naturada cədvəl 1-də qeyd olunan ölçülər və Xəritə 1də göstərilən formada bölünməsi müəyyən edilmişdir. İş üzrə təyin edilmiş Məhkəmə tikinti-texniki ekspertizasının 10/2476 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 01/418, 01/419 və 01/420 saylı rəyləri ilə Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 0,049997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylara uyğun şəkildə İddiaçı münaasibətdə 1/5 hissəyə, müstəqil tələb irəli sürən üçüncü şəxslər X15 münasibətdə 1/5 hissəyə və X8 münasibətdə 1/5 hissəyə, o cümlədən qeyd olunan torpaq sahəsi qalan 2/5 hissəyə cədvəl—də qeyd olunan ölçülər və Xəritə 1-də göstərilən formada bölünməsi, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 0,049997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylara uyğun şəkildə İddiaçı münaasibətdə 1/5 hissəyə, müstəqil tələb irəli sürən üçüncü şəxslər X15 münasibətdə 1/5 hissəyə və X8 münasibətdə 1/5 hissəyə, o cümlədən qeyd olunan torpaq sahəsi qalan 2/5 hissəyə naturada cədvəl 1-də qeyd olunan ölçülər və Xəritə 1də göstərilən formada bölünməsi, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 0,049997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylara uyğun şəkildə İddiaçı münaasibətdə 1/5 hissəyə, müstəqil tələb irəli sürən üçüncü şəxslər X15 münasibətdə 1/5 hissəyə və X8 münasibətdə 1/5 hissəyə, o cümlədən qeyd olunan torpaq sahəsi qalan 2/5 hissəyə naturada cədvəl 1-də qeyd olunan ölçülər və Xəritə 1-də göstərilən formada bölünməsi müəyyən edilmişdir. Ekspert tərəfindən iş materiallarına əlavə edilmiş mütəxəssis rəylərində torpaq sahələrinin sənəd üzrə döngə nöqtələrinin koordinatlarının faktiki sahədən sürüşdüyü qeyd olunmuşdur. Lakin, torpaq sahələrinin faktiki naturada istifadə vəziyyətini göstərən sxem əlavə edilməmişdir. Eyni zamanda mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatları əlavə edilmədiyindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Məhkəmə qeyd edir ki, iddianın əsaslı olub-olmaması ilk növbədə iddiaçının məhkəməyə bildirdiyi faktiki hallar əsasında iddia tələbinin özlüyündə əsaslılığının yoxlanılmasını zəruri edir. Bunun üçün ilk növbədə tələbin qanuni əsası tapılmalıdır. İddianın qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə, qarşı tərəfdən icranı, müəyyən hərəkətin edilməsini və ya həmin hərəkətdən çəkinməyi tələb etmək imkanı verir. Yəni qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün. İddia tələbinin qanuni əsası tapıldıqdan sonra iddiaçının dəlilləri ilə iddianın qanuni əsasını təşkil edən hüquq normasının dispozisiya şərtlərinin uyğunluğu müəyyən edilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Quba rayon AİK-nın xx.xx.1999-cu il tarixli, 115 saylı qərarına əsasən Cavabdeh, X20, X14, X9, X8 JN:233, Kod 30316018 saylı Dövlət Aktı tərtib edilərək, 1,27 ha torpaq sahəsi verilmişdir. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər X11 və X1 rayonu, Zərdabi qəsəbəsində yerləşən Torpağa Mülkiyyət Hüququna dair JN:233, Kod 30316018 saylı Dövlət Aktına əsasən ümumi paylı mülkiyyətdə olan 1,27 ha torpaq sahəsinə paylarının müəyyən edilərək naturada ayrılmasını xahiş etmişlər. “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 01/418, 01/419 və 01/420 saylı rəylərindən görünür ki, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 0,049997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylara uyğun şəkildə İddiaçı münasibətdə 1/5 hissəyə, müstəqil tələb irəli sürən üçüncü şəxslər X15 münasibətdə 1/5 hissəyə və X8 münasibətdə 1/5 hissəyə, o cümlədən qeyd olunan torpaq sahəsi qalan 2/5 hissəyə cədvəl 1-də qeyd olunan ölçülər və Xəritə 1-də göstərilən formada bölünərək paylarının müəyyən edilməsinin mümkün olduğu qeyd edilmişdir. Bundan başqa, İddiaçıtorpaq sahəsinin 10 il müddətində cavabdeh tərəfindən qanunsuz və əsassız istifadə edliməsi nəticəsində ona vurumuş zərərin, yəni həmin sahədən 10 il müddətində əldə ediləcək (əldən çıxmış fayda) 14500 manat məbləğində pulun və müstəqil tələb irəli sürən üçüncü şəxslər X11 və X12 torpaq sahəsinin 5 il müddətində cavabdeh tərəfindən qanunsuz və əsassız istifadə edilməsi nəticəsində onlara vurumuş zərərin, yəni həmin sahədən 5 il müddətində əldə ediləcək (əldən çıxmış fayda) 14500 manat məbləğində pulun cavabdehdən alınaraq onlara verilməsini iddia etsələr də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyətin mülkiyyətçilərinin payları Mülki Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Göründüyü kimi mülki qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə Mülki Məcəllənin 220-ci maddəsinin tələblərini və Konstitusiya Məhkəməsinin həmin maddə ilə bağlı hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, qanunvericilik paylı mülkiyyətin bölünməsi mərhələlərinin mülkiyyətçilərlə bir icraat çərçivəsində müzakirə edilməsini istisna etmir. Sadəcə qanunun tələbi ondan ibarətdir ki, hər bir növbəti mərhələ üzrə tələbin təmin olunması üçün həmin icraat çərçivəsində daha əvvəlki mərhələlərin qeyri-mümkün olduğu müəyyən edilməlidir. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bundan başqa, İddiaçı hüquqi yardıma görə ödədiyi 100 manat məbləğində pulun, həmçinin DƏDRX-nin 5 saylı Ərazi İdarəsindən sənəd tələb edilməsi ilə əlaqədar ödədiyi 41 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsini tələb etsə də, həmin ödənişlərin ödənilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də, iddia həmin hissə də təmin edilməməlidir. Qeyd olunanlardan, mülki iş üzrə təyin edilmiş ekspert rəyindən müəyyən olunur ki, MH seriyalı ******* nömrəli xx.xx.2007-ci il tarixli (reyestr nömrəsi **********32, qeydiyyat nömrəsi ********* olan) Çıxarışa əsasən Quba rayonu, Zərdabi kəndində yerləşən 0,18 ha torpaq sahəsinin 1/5 hissəsinə Məmmədova (Eldarova) Rübabə Hüseynəli qızının, 1/5 hissəsinə X11 və 1/5 hissəsinə X4 payları, MH seriyalı ******* nömrəli xx.xx.2007-ci il tarixli (reyestr nömrəsi **********31, qeydiyyat nömrəsi ********* olan) Çıxarışa əsasən Quba rayonu, Zərdabi kəndində yerləşən 1,04 ha torpaq sahəsinin 1/5 hissəsinə Məmmədova (Eldarova) Rübabə Hüseynəli qızının, 1/5 hissəsinə X11 və 1/5 hissəsinə X4 payları və MH seriyalı ******* nömrəli xx.xx.2007-ci il tarixli (reyestr nömrəsi **********29, qeydiyyat nömrəsi ********* olan) Çıxarışa əsasən Quba rayonu, Zərdabi kəndində yerləşən 0,049997 ha torpaq sahəsinin 1/5 hissəsinə Məmmədova (Eldarova) Rübabə Hüseynəli qızının, 1/5 hissəsinə X11 və 1/5 hissəsinə X4 payları müəyyən edilməlidir. Həmçinin, Cavabdeh Əlisəfa oğlundan iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat və müstəqil tələb irəli sürən üçüncü şəxslər tərəfindən ödənilmiş 60 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya və müstəqil tələb irəli sürən üçüncü şəxslər X11 və X12 müstəqil tələb irəli sürən üçüncü şəxslər X11 və X8 verilməlidir. Həmçinin iş üzə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh Əlisəfa oğlundan tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. MH seriyalı ******* nömrəli xx.xx.2007-ci il tarixli (reyestr nömrəsi **********32, qeydiyyat nömrəsi ********* olan) Çıxarışa əsasən Quba rayonu, Zərdabi kəndində yerləşən 0,18 ha torpaq sahəsinin 1/5 hissəsinə Məmmədova (Eldarova) Rübabə Hüseynəli qızının, 1/5 hissəsinə X11 və 1/5 hissəsinə X4 payları müəyyən edilsin. MH seriyalı ******* nömrəli xx.xx.2007-ci il tarixli (reyestr nömrəsi **********31, qeydiyyat nömrəsi ********* olan) Çıxarışa əsasən Quba rayonu, Zərdabi kəndində yerləşən 1,04 ha torpaq sahəsinin 1/5 hissəsinə Məmmədova (Eldarova) Rübabə Hüseynəli qızının, 1/5 hissəsinə X11 və 1/5 hissəsinə X4 payları müəyyən edilsin. MH seriyalı ******* nömrəli xx.xx.2007-ci il tarixli (reyestr nömrəsi **********29, qeydiyyat nömrəsi ********* olan) Çıxarışa əsasən Quba rayonu, Zərdabi kəndində yerləşən 0,049997 ha torpaq sahəsinin 1/5 hissəsinə Məmmədova (Eldarova) Rübabə Hüseynəli qızının, 1/5 hissəsinə X11 və 1/5 hissəsinə X4 payları müəyyən edilsin. İş üzə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehlər Cavabdeh Əlisəfa oğlundan tutularaq dövlət büdcəsinə köçürülsün. Cavabdeh Əlisəfa oğlundan iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat və müstəqil tələb irəli sürən üçüncü şəxslər tərəfindən ödənilmiş 60 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Məmmədova (Eldarova) Rübabə Hüseynəli qızına və müstəqil tələb irəli sürən üçüncü şəxslər X15 və X8 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver