Məhkəmə qərarları › İş №2(027)-1812/2020

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1812/2020

29.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Ailə münasibətləri üzrə mübahisələr - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil münasibətləri üzrə sair mübahisələr - Ailə münasib
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1812/2020 29.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsində istifadə hüququna xitam verilməsi, qeydiyyatdan çıxarılma və övladlıqdan məhrum edilməsi tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsində istifadə hüququna xitam verilməsi, qeydiyyatdan çıxarılma və övladlıqdan məhrum edilməsi tələbi”nə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Quba rayonu, Alekseyevka kəndində yerləşən evdən istifadə hüququna xitam verilməsi, qeydiyyatdan çıxarılması və övladlıqdan məhrum edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər müraciət etmiş şəxsə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir; 150.0.1 və 150.0.5-ci maddələrinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsinə əsasən müəyyən olunmuş formada və məzmunda tərtib olunmamışsa geri qaytarır; 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdəhakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər; 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı şəxs məhkəmədən “Cavabdeh Quba rayonu, Alekseyevka kəndində yerləşən evdən istifadə hüququna xitam verilməsi, qeydiyyatdan çıxarılması və övladlıqdan məhrum edilməsi” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Göründüyü kimi iddiaçı tələbini aydın ifadə etməmiş, ərizəsində cavabdehin istifadə hüququna xitam verilməsi, qeydiyyatdan çıxarılması tələbini qoysa da, bilavasitə hansı ünvanda yerləşən (küçənin adı, evin nömrəsi və s.) və kimə məxsus yaşayış sahəsini nəzərdə tutduğunu açıqlamamışdır. Həmçinin, iddiaçı mübahisə predmeti olan yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədlərini iddia ərizəsinə əlavə etməmişdir. Eyni zamanda iddia ərizəsi qanunla müəyyən olunmuş forma və məzmuna riayət edilmədən tərtib edilməklə, iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan (yaşayış sahəsində istifadə hüququna xitam verilməsi, qeydiyyatdan çıxarılma və övladlıqdan məhrum edilməsi) bir neçə tələb birləşdirilmişdir ki, bu da yolverilməzdir. Nəhayət, iddia ərizəsinin surəti, iddiaçının öz tələbini əsaslandırdığı hallara dair sənədlərin surətləri cavabdehə verilməsi üçün iddia ərizəsinə əlavə edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsində istifadə hüququna xitam verilməsi, qeydiyyatdan çıxarılma və övladlıqdan məhrum edilməsi tələbi”nə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, İddiaçı qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsində istifadə hüququna xitam verilməsi, qeydiyyatdan çıxarılma və övladlıqdan məhrum edilməsi tələbi”nə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılsın. İddiaçı izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver