Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1817/2020 16.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçilər Ərizəçi və X4 iştirakları ilə, Ərizəçilər Ərizəçi və X4 maraqlı tərəf Maraqlı şəxs və Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, faktiki nikah münasibətlərindən anadan olmuş X10 doğulması faktının müəyyən edilməsi, X11 doğum haqqında şəhadətnamə verilərkən, atası “X9”, anası “X7” kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər Ərizəçi məhkəməyə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsaslanaraq ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdi ki, X4 da ərizəçi kimi işə cəlb edilməsi və övladları X11 doğum haqqında şəhadətnamə verilərkən, atası ‘‘Ərizəçi” anası "X7” kimi qeyd olunması və doğum haqqında şəhadətnamə verilərkən doğum tarixinin xx xxxx 2015-ci il doğum yerinin isə Quba Rayonu Muçu kəndi qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Məhkəmədə Ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki,X8 ilə nikahlarını xx xxxx 2018-ci il tarixdə rəsmiləşdirmişlər. Ondan əvvəl faktiki birgə yaşdıqları zaman xx xxxx 2015-ci il tarixdə övladları-X6 rayonu, Muçu kəndində dünyaya gəlmişdir. X20 ev şəraitində doğulduğundan onun üçün doğum haqqında şəhadətnamə ala bilməmişlər. Bu səbəbdən də onlar X1 doğumunun qeydə alınması və ata kimi Ərizəçi yazılması ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş. X1 doğum haqqında şəhadətnaməsinin olmaması onun təhsil üçün qeydiyyatına və bu kimi digər hallarda mane yaradır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göstərilənləri nəzərə alaraq, faktiki nikah münasibətlərindən xx xxxx 2015-ci ildə anadan olmuş X10 doğulması faktının müəyyən edilməsi, X11 doğum haqqında şəhadətnamə verilərkən, atası “X9”, anası “X7” kimi qeyd olunması və doğum tarixinin xx xxxx 2015-ci il, doğum yerinin isə Quba Rayonu Muçu kəndi qeyd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə ərizəçi X7 ərizələrini müdafiə edərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X5 bildirdi ki, Ərizəçi onun qardaşıdır. Arzu İmanverdiyeva xx xxxx 2015ci ildə ev şəraitində doğulmuşdur Məhkəmə ərizəçiləri və şahidi dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 rayonu, Utuq kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şabran RMX-sının arayışından müəyyən edilir ki, xx.xx.1990-cı il təvəllüdlü X4 xx.xx.2020-ci il tarixində Şabran RMX-nın ASM-nə gətirdiyi təxminən 5 yaşında olan qızı uşağı həkim tərəfindən müayinə olunub və sağlamdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, xx xxxx 2015-ci il tarixdə Quba rayonu, Muçu kəndində doğulmuş X10 X3 doğulması faktı müəyyən edilməli, doğum haqqında şəhadətnamə verilərkən, atası ‘‘Ərizəçi” anası "X7” kimi qeyd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307, 216-220 və 360-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. xx xxxx 2015-ci il tarixdə Quba rayonu, Muçu kəndində doğulmuş X10 X3 doğulması faktı müəyyən edilsin. X11 “doğum haqqında şəhadətnamə” verilərkən, atası ‘‘Ərizəçi” anası "X7” kimi qeyd olunsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1817/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1817/2020
16.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver