Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-183/2025 20.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədliyi, Hacəyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi qismində vəkili Nümayəndə, Cavabdeh3 nümayəndəsi qismində vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı miras əmlaka vərəsəlik hüququmun tanınması, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğvi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı miras əmlaka vərəsəlik hüququmun tanınması, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğvi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X1 məhkəməyə ərizə ilə müraciət edərək, miras qoyan 01 iyul 2013-cü il tarixdə vəfat etmiş atası X3 galmış miras əmlak olan xx.xx.2018-ci il qeydiyyat tarixli, **********08 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu, Amsar kəndində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh4 xüsusi notariusu X4 tərəfindən X5 adına verilmiş 04 fevral 2019-cu il tarixli, 2V-103 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında X5 adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi; həmin çıxarış əsasında X7 ilə Cavabdeh3 arasında Cavabdeh4ndə bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-600 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh3 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi; miras qoyan 01 iyul 2013-cü il tarixdə vəfat etmiş X3 qalmış miras əmlak olan xx.xx.2018-ci il qeydiyyat tarixli, **********08 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu, Amsar kəndində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsinə onun, yəni İddiaçı vərəsəlik hüququnun tanınanaraq payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi qismində vəklili Nümayəndə vəsatət verərək bildirmişdir ki, ,2(027)- 183/2025 saylı mülki işlə əlaqəli olan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı vərəsəlik hüququnun tanınması və miras əmlakdan vərəsəlik üzrə payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə e-2(027)-100/2025 saylı mülki iş icraatdadır və dayandırılmışdır. Həmin icraatların birrləşdirilməklə baxılması məqsədəmüvafiqdir. Cavabdeh3 nümayəndəsi qismində vəkili Vəkil qeyd edilən işlərin bir icraatda baxılmasına etiraz etməmişdir. Məhkəmə hesab edir ki, 2(027)-183/2025 saylı mülki iş üzrə icraat e-2(027)-100/2025 saylı mülki iş üzrə icraatla birləşdirilməklə baxılmalıdır. Tərəflər məhkəmə iclasında 2(027)-183/2025 saylı mülki işin e-2(027)-100/2025 saylı mülki işlə bir icraatda birləşdirilməsinə etiraz etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 43, 169.3, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğvi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(027)-183/2025 saylı mülki iş, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı vərəsəlik hüququnun tanınması və miras əmlakdan vərəsəlik üzrə payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə e- 2(027)-100/2025 saylı mülki işlə bir icraatda birləşdirilsin. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-183/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-183/2025
20.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Müqavilələrin ləğv edilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver