Məhkəmə qərarları › İş №2(027)-1898/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1898/2021

07.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1898/2021 07.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi X9 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh Allahqulu oğlu tərəfindən ona dəymiş maddi və mənəvi zərərin 21500 manat məbləğində, bununla əlaqədar çəkdiyi xərclərin əvəzi olaraq 3,946,65 manat məbləğində pulu və ödənilən 30 manat məhkəmə rüsumunun əvəzinin, alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh 07 avqust 20018 ci il tarixdə idarə etdiyi vaz 2106 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Quba-Xaçmaz yolunun 1-ci km-də Timiryazev qəsəbəsində, Cavabdeh məxsus vaz 2106 markalı avtomaşında avtoqəzaya düşmüşdür. Avtoqəza nəticəsində ağır bədən xəsarətləri almışdır. Quba Rayon Polis şöbəsində, Cavabdeh CM 263.1-1 ci maddəsiylə cinayət işi açılmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında ********* nömrəli qərar da qəbul olunmuşdur. Quba rayon Məhkəməsinin 24 yanvar 2019cu il tarixli, 1(027)-28/2019 saylı hökmü, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 aprel 2019-cu il tarixli, 1(105)-164/19 saylı qərarı ilə Cavabdeh təqsirli hərəkətlər nəticəsində ümumilikdə 21500 manat zərər vurmuşdur. Hadisədən xeyli müddət keçməsinə baxmayaraq onun səhətilə əlaqədar o, Bakı şəhərində yerləşən X7 və prostat əməlyatı etdirmişdir. Hal-hazırda Hemodializ xəstəsidir. Hal-hazırda Quba Rayon Diaqnostika Mərkəzində həfdədə 3 dəfə 4 saat Hemodializ aparatına qoşulur. Avtoqəza nəticəsində 1 ci qrup əlilil olmuşdur. Hadisədən xeyli müddət keçməsinə baxmayaraq cavabdeh ona dəyən zərərin əvəzini bu günə qədər ödəməmişdir. Dəfələrlə bu barədə Quba Rayon icra və probasiya şöbəsində olan icra sənədinə əsasən müraciət etsə də göstərdiyi səylər nəticəsiz qalmışdır. Hal-hazırda Quba Rayon Məhkəməsinin hökmü ilə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarında 21500 manat pulun alınıb ona verilməsi qət edilmişdir. Bu qərarlardan sonra onun etdirdiyi böyrək prostat əməlyatı və aldığı müalicələrin dərman peraparatların qəbzlərində 3,946,65 qəpik pul vəsayti xəcləmişdir. Ona görə də Cavabdeh 3,946,65 manat pulun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 İddiaçı izahatına uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıya dəymiş ziyanla bağlı 1350 manat ödəniş etmiş, 3000 manat məbləğində pulu sığorta ödəniş etmişdir. Halhazırda iş yeri olmadığına görə heç yerdə işləmir, iddiaçının tələb etdiyi pulu ödəməyə imkanı yoxdur. İddianın rədd olunmasını xahiş edir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 1(027)-28/2019 saylı hökmündən görünür ki, Əziziv Rəcəb Alahqulu oğlu Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə nəqliyyat vasitələrini idatə etmək hüququndan məhrum edilməklə, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, iş üzrə mülki iddianın qismən təmin edilməsi, Cavabdeh vurduğu maddi zuyana görə 17.500 manat və mənəvi ziyana görə 1000 manat məbləğində pul alınaraq, İddiaçı Adil oğluna verilməsi hökm edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 aprel 2019-cu il tarixli, 1(105)-164/19 saylı qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Quba Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli hökmü ilə iddianın təmin edilməsi hissəsində dəyişdirilmiş, mənəvi ziyana görə Əzizov Rəcəb Allahqulu oğlundan alınaraq İddiaçı Adil oğluna verilməli olan pulun məbləği 1000 manatdan 4000 manata qədər artırılmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının Quba rayon şöbəsinin 09.10.2018-ci il tarixli, 914 nömrəli rəyindən görünür ki, 1958-ci il il təvəllüdlü X2 bədəni üzərində müəyyən edilmiş xəsarət-ağır tarvmatik şokla müşayiət olunan baş beyin əzilməsi, baş beyinə qansızma, başın təpə nahiyəsində əzilmiş yara, döş qəfəsinin qapalı travması, sağ tərəfli pnevmotoraks, sağdan qabırğaların çoxlu sınığı, sağ aşağı ətrafın dizdən amputasiyası ilə nəticələnən sağ baldırın hər iki topuğunun sınığı və çıxığı küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 07.08.2018-ci il tarixinə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni baş vermiş yol-nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükə törətdiklərindən sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “X4 Mərkəzi” publik hquqi şəxsin 20.08.2021-ci il tarixli, arayışından görünür ki, İddiaçı 15.01.2021-ci il tarixdən həftədə 3 gün olmaqla, (İ,İİİ,V) günlər Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “X4 Mərkəzi” publik hüquqi şəxsin Hemodializ şöbəsində proqramlı hemodializ müalicəsi alır. İş materiallarında olan Med Serviz özəl Tibb Mərkəzinin 14.09.2021-ci il tarixli epikrizindən görünür ki, İddiaçı diabetik nefropatiya, xronik böyrək xəstəliyi-V.D.Renal anemiya, Nefrogen hipertoniya, diabetik retinopatiya, 11.01.2021-ci il tarixdən proqramlı hemodializdə diaqnozu qoyulmuşdur. İş materiallarında olan Quba RMX-nin Ambulator, X6 Kartasından 2913 №li çıxarışdan görünür ki, İddiaçı postanparkt kardioskleroz, şəkərli diabet, xroniki böyrək çatışmazlığı diaqnozu qoyulmuşdur. İş materiallarında olan Qusar RMX-nin Ambulator, X6 Kartasından ******* №li çıxarışdan görünür ki, İddiaçı Politrarema döş qəfəsinin küt travması sağ Vİ-Vİİİ-ci qabırqaların sınıqları,sağ qamış sümüyünü medial topuğunun sınığı, incik sümüyünün orta 1/3 də qapalı sınığı, böyrək çatmamazlığı, şəkərli diabet diaqnozu qoyulmuşdur. İş materiallarında olan Quba RMX-nin Ambulator, X6 Kartasından 2227 №li çıxarışdan görünür ki, İddiaçı sağ baldırın yuxarı 1-nin ambutasiyasından sonrakı vəziyyət keçirilmiş Q.K.B.T. Baş beyinin ağır dərəcəli əzilməsindən sonrakı hal. Postravmatik enslfilopotiya, MİX Aterosklerotiik və fostorfarkt kardio skleroz XBÇ İİ mərhələ. Şəkərli diabet. İİ vep. diaqnozu qoyulmuşdur. İş materiallarında olan Quba RMX-nin Ambulator, X6 Kartasından 146 №li çıxarışdan görünür ki, İddiaçı şəkərli aibet xəstəliyi suqoqliemik koma diaqnozu qoyulmuşdur. İş materiallarında olan Quba RMX-nin Ambulator, X6 Kartasından 1155 №li çıxarışdan görünür ki, İddiaçı XBÇ, X.A.Ü.Ç.Xr prelokeptin kəskinləşməsi şəkərli diabet İİ tip sağ budun amputasion diaqnozu qoyulmuşdur. İş materiallarına olan “Real Hospital”ın ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən 1430 (1230+115+15+70) manat məbləğində pul “Real Hospital”a ödənilmişdir. İş materiallarında olan “SAFMED Clinic” in qəbzlərindən görünür ki, İddiaçı tərəfindən 204 (56+49+56+43) manat məbləğində pul “SAFMED Clinic”ə ödənilmişdir. İş materiallarında olan “Okiclinic” in ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 65 manat məbləğində pul “Okiclinic”ə ödənilmişdir. İş materiallarında olan “MODREN HOSPİTAL”ın ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 18 manat məbləğində pul “MODREN HOSPİTAL”a ödənilmişdir. İş materiallarında olan aptek qəbzlərdən görünür ki, İddiaçı müalicəsindən ötrü dərman preparatlarının alınmasına 2229,65 manat pul vəsaiti xərclənmişdir. İş materiallarında olan 20.08.2021-ci il tarixli qəbzdən görünür ki, hazırki iddianın qaldırılması ilə əlaqədar İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin öədənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Qanununvericiliyin tələbinə əsasən Cavabdeh təqsiri üzündən baş vermiş avtoqəza nəticəsində İddiaçı xəsarətlər almış, aldığı xəsarətlərlə bağlı müalicə olunmasına və dərman preparatlarının alınmasına ümumilikdə 3,946,65 manat vəsait xərcləmişdir ki, bu da ona dəymiş real zərər hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən iddia tələbini əsaslandıran halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrələrdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə göstərilən qanun normalarına əsaslanaraq hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu məhkəmə xərclərinə aid olduğundan, həmin məbləğ Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə iddiaçını, onun nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdırıb, iş üzrə tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh İddiaçı sağlamlığına vurulmuş xəsarətlərin müalicəsi ilə bağlı çəkilmiş xəricin əvəzi olaraq 3,946,65 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat alınıb İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh İddiaçı sağlamlığına vurulmuş xəsarətlərin müalicəsi ilə bağlı çəkilmiş xəricin əvəzi olaraq 3,946,65 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar