Məhkəmə qərarları › İş №2(027)-1981/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1981/2021

01.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1981/2021 01.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsilə məhkəməyə müraciət edərək, Cavabdeh 10 fevral 2017-ci il təvəllüdlü X7, 08 fevral 2018-ci il təvəllüdlü X5 və 12.06.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 175 (bir yüz yetmiş beş) manat olmaqla, üş uşağa görə 525 (beş yüz iyirmi beş) manat sabit pul məbləğində aliment tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, iddiaının təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, Cavabdeh ilə 02 dekabr 2015-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurub. Birgə nikahdan 10 fevral 2017-ci il təvəllüdlü X7, 08 fevral 2018-ci il təvəllüdlü X5 və 12.06.2020-ci il təvəllüdlü X6 doğulub. Ailə qurduğu ilk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan xasiyyətləri uyğun gəlməmişdir. Daima ailədə söz-söhbətlər, münaqişələr olmuşdur. Ailədaxili münaqişələrə görə aralarındakı münasibət pozulub, ər evini tərk edib, uzun müddətdir ki, ayrı yaşayırlar. Cavabdeh nə ona, nədə ki uşaqlarına baxmır. Heç bir yerdə işləmir, uşaqlar xəstədir, onların maddi ehtiyaclarını ödəməyə, müalicə etdirməyə maddi imkanı çatmır. Cavabdeh ilə ər-arvad münasibətləri demək olar ki yoxdur, bir yerdə yaşaması mümkün deyildir. Cavabdeh uşaqların saxlanması üçün ona heç bir maddi yardım göstərmir. Uşaqların ehtiyaclarını çətinliklə ödəyir. Ona görə də, göstərilənləri nəzərə alaraq, Cavabdeh 10 fevral 2017-ci il təvəllüdlü X7, 08 fevral 2018-ci il təvəllüdlü X5 və 12 iyun 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 175 (bir yüz yetmiş beş) manat olmaqla, üş uşağa görə 525 (beş yüz iyirmi beş) manat sabit pul məbləğində aliment tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh bildirdi ki, İddiaçı ilə 02 dekabr 2015-ci ildə aralarında bağlanmış nikahın pozulması və uşaq tələbi barədə Xaçmaz rayon Məhkəməsinə ərizə ilə müraciət edib. Uşaqlardan ikisi 16.09.2021-ci il tarixdən onun yanında qalır, özü İİ qrup əlildi, əlliliyə görə 130 manat pensiya alır, heç bir yerdə də işləmir. Tələb olunan alimenti ödəmək iqtidarında deyil, maksimum hər uşağa görə 60 manat, ayda cəmi 180 manat aliment ödəyə bilər. Ona görə də iddianı qəbul etmir. Göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı, Cavabdeh dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-T 088045 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 10 fevral 2017-ci il təvəllüdlü X3 şəhərində anadan olub, doğum haqqında akt qeydləri kitabında 09.03.2017-ci il tarixində 08 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-T 060303 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 08 fevral 2018-ci il təvəllüdlü X1 şəhərində anadan olub, doğum haqqında akt qeydləri kitabında 04.01.2019-cu il tarixində 0014 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İV 456937 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 12 iyun 2020-ci il təvəllüdlü X2 şəhərində anadan olub, doğum haqqında akt qeydləri kitabında 24.07.2020-ci il tarixində 1274 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ ******* seriya və nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Xaçmaz rayonu Qaraçı İƏDsi üzrə nümayəndəliyində 02 dekabr 2015-ci ildə nikah bağlanmış, 24 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Quba RİHB-nın Alekseyevka İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 30.08.2021-ci il 843 saylı arayışından görünür ki, İddiaçı Quba rayonu Alekseyevka kəndində yaşayır. İş materiallarında olan Mediasiya şurasının 25.08.2021-ci il tarixli arayışından məlum olur ki, İddiaçı mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılıb, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak edib. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Beləliklə, göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olması, digər tərəfdən, iddiaçının uşağın saxlanmasında çətinlik çəkməsi nəzərə alınaraq, məhkəməyə müraciət 01 sentyabr 2021-ci il tarixdən başlayaraq, Cavabdeh 10 fevral 017-ci il təvəllüdlü X7, 08 fevral 2018-ci il təvəllüdlü X5 və 12.06.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 120 (yüz iyirmi) manat olmaqla, üş uşağa görə 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 01 sentyabr 2021-ci il tarixdən başlayaraq, 10 fevral 017-ci il təvəllüdlü X7, 08 fevral 2018-ci il təvəllüdlü X5 və 12 iyun 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 120 (yüz iyirmi) manat olmaqla, üş uşağa görə 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar