Məhkəmə qərarları › İş №2(027)-1998/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1998/2024

19.12.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Torpaq mübahisələri - Maneənin aradan qaldırılması - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1998/2024 19.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi ilə, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsi və fərdi yaşayış evinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, qanunsuz tikilinin sökülməsi tələbinə dair ilkin və iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı torpaq sahəsi və fərdi yaşayış evinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı ******* çıxarışa əsasən ona məxsus ünvan 1 ünvanda yerləşən 0,0624 ha torpaq sahəsi və üzərinə olan fərdi yaşayış evinə mülkiyyət hüququmun həyata keçirilməsinə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, həmin torpaq sahəsinə Cavabdeh ilə sərhəddə mişar daşından hasarın tikilməsinə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, torpaq sahəsinin Cavabdeh ilə qonşu sərhəd hissəsindən mişar daşından hasarın tikilib yekunlaşdırılmasına Cavabdeh və digər şəxslər tərəfindən maneə yaradılmasının qadağan edilməsi, həmin torpaq sahəsində mişar daşından tikdiyim hasarın üzərində Cavabdeh tərəfindən tökülmüş betonun və üzərində tikilən evin divarının Cavabdeh hesabına sökülməsi, mənə məxsus fərdi yaşayış evinin divarına Cavabdeh tərəfindən onun evinin damından axıdılan yağış sularının qarşısının alınması, həmin yağış sularının axıdıldığı navalçanın Cavabdeh özü tərəfindən onun öz həyəti tərəfindən quraşdırılmasım, Cavabdeh ilə mənim evimin arasında olan, cavabdehə məxsus qaz turbasının Cavabdeh özü tərəfindən oradan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək, hazırda cavabdehlə razılığa gəldiklərini və heç bir tələbinin olmadığını və mülki iş üzrə sənədlərin qaytarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasında qarşılıqlı iddianın qaytarılmasını xahiş etmiş və ilik iddiaya işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı, 263- 264cü və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı torpaq sahəsi və fərdi yaşayış evinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, qanunsuz tikilinin sökülməsi tələbinə dair ilkin və iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardad “Kapital Bank” vasitəsilə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun (GPP qəbz nömrəsi: **********, əməliyyat İD:548077973,) ödənişi edən İddiaçı qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar