Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2007/2021 11.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onlardan almış olduğu 45600 (qırx beş min altı yüz) ABŞ dolları pulun və iddia ərizəsilə bağlı ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdilər. Məhkəmədə İddiaçı1 iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı2 iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışdılar ki, onlar, Cavabdeh artıq neçə illərdi tanıyırlar. Təxminən 2021-ci ilin may ayında cavabdeh S. Zeynalov İddiaçı1 bildirib ki,onun Amerika və digər ölkələrlə yaxşı əlaqələri vardır. O xaricdən ucuz qiymətə avtomobil gətirə bilir və Forex (yəni internet üzərindən qızıl neft alır ucuz qiymətə və bahalaşdıqda satır) isilə məşğul olur. Ona (İddiaçı1) bu isi təklif edib və ona fikirləşərək bir cavab deyəcəyini bildirib. Sonda ona əlində 17600 (on yeddi min altı yüz) ABŞ dolları olduğunu deyib və “bu pulla bir is görə bilərəmmi?” deyə sual verdiyində “bəli alınar” deyə cavab verib. T. Cəfərov həmin pul vəsaitini 20.06.2021-ci il tarixində ona təhvil verib və dilindən şahidlərinin iştirakı ilə qəbz alıb. Belə bir tanışın olması barədə də yaxın dostu İddiaçı2da deyib. O isə özünə Amerikadan RanceRover 2013-cü il buraxılıslı avtomobil gətirilməsi üçün onun vasitəsilə cavabdehə təxminən 23.06.2021-ci il tarixində 28 000 (iyirimi səkkiz min) ABŞ dolları pul verib. Onlar bu pulları cavbdehə verdikdən sonra əhatələrində olan həm də onları tanıyan işçiləri olan uşaqlar deyiblər ki, bəs cavabdeh S. Zeynalov onlardan da küllü miqdarda pullar alıb. Bu söhbəti eşitdikdən sonra onu Sumqayıt səhərində yerləşən “Qarabağ” AvtoSalona gətirdiblər və İddiaçı2 olmadığı üçün 28 000 (iyirimi səkkiz min) ABŞ dolları pulu o, C.Turala və digər borclu olduğu şəxslərində adlarını qəbzə qeyd etməklə 14.07.2021-ci il tarixində qaytaracağı barədə dilindən qəbz alıb ki, ölkədən qaca bilməsin. Hətta o həmin vaxt şəxsiyyət vəsiqəsini də onlara təqdim etmişdir. Bu qəbzdən sonra o söz verib ki, 10 gün ərzində pulları qaytaracaqdır. Lakin cavabdeh verdiyi vədə əməl etməyərək, onlardan qaçmağa başlayıb. Bütün bunları sübut edəcək onun yetərli qədər sübutları da vardır. Sonda hüquqlarının bərqərar edilməsi məqsədilə məhkəməyə müraciət etmək qərarına gələrək, Cavabdeh onlardan almış olduğu 45600 (qırx beş min altı yüz) ABŞ dolları pulun və iddia ərizəsilə bağlı ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdilər. İş üzrə Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmədə iddiaçılar İddiaçı1 və İddiaçı2 yazılı formada müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirdilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmalıdır. Məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 20.06.2021-ci il tarixli İddiaçı1 ilə Cavabdeh və bir nəfər şahidin iştirakı ilə tərtib edilmiş qəbzdən (qəbzin surətindən) məlum olur ki, İddiaçı1 17600 ABŞ dollar məbləğində pulu Cavabdeh verib, Cavabdeh həmin məbləğin batma ehtimalının olmadığını və bütün məbləğin tam şəkildə İddiaçı1 ödəyəcəyini öhdəsinə götürüb və qəbzi öz imzalarıyla təsdiq ediblər. İş materiallarında olan İddiaçı1 ilə Cavabdeh və dörd nəfər digər şəxslərin iştirakı ilə tərtib edilmiş qəbzdən (qəbzin surətindən) məlum olur ki, Cavabdeh İddiaçı1 28 000 ABŞ dolları məbləğində və qəbzdə göstərilmiş digər şəxslərdən aldığı müəyyən məbləğlərdə pulu 14.07.2021ci ildə qaytracağını qeyd edib və qəbzi öz imzalarıyla təsdiq ediblər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-yi BPQQMİ-nin MAPS şöbəsinin arayışından məlum olur ki, Cavabdeh Quba rayonu Xucbala ƏD-si, Xucbala kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-yi BPQQMİ-nin MAPS şöbəsinin arayışından məlum olur ki, İddiaçı1 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-yi BPQQMİ-nin MAPS şöbəsinin arayışından məlum olur ki, İddiaçı2 ünvan 2 ünvanında qeydiyyatdadır. “İnsan Hüquqları və X1 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qnunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə möəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya möəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 45600 (qırx beş min altı yüz) ABŞ dolları, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-çi maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 238-244, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 45600 (qırx beş min altı yüz) ABŞ dolları, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. Cavabdeh oğlu qətnamənin surətini aldıqdan sonra, 10 (on) gün müddətinə qiyabi qətnamənin ləğvi üçün Quba Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1(bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-2007/2021
Quba Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(027)-2007/2021
11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver