Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2014/2021 01.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi X2 oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxsnə qarşı Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasnın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə muraciət edərək doğum haqqinda akt qeydləri kitabında 02 fevral 2009-cu il rarixdə 03 nömrə ilə qeydə alinaraq, X1 adına Quba rayon Tüləkəran İƏV–i üzrə nümayindəliyi tərəfindən verilmiş AZ-İİ№ 144525 sayli doğum haqqında akt qeydinin gün, ay, il qrafasinda aparılmış qeyd -12.01.2009–cu il tarixin düzgün olmamasına və həmin qrafada müvafiq düzəlişin, yəni 30.06.2006-cı il tarixi düzəlişinin aparımasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin baxılması ilə əlaqədar tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin tərəflər heç bir üzrlü səbəb olmadan 01 oktyabr 2021-ci il tarixə təyin olunmuş məhkəmə iclaslarına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Pposessual Məcəlləsinin (Azərbaycan Respublikası MPM) 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Ona görə də məhkəmə hesab edir ki, Ərizəçi qıznın Maraqlı şəxsnə qarşı Vətəndaşliq vəziyyəti aktlarının qeydiyyatinin düzgün olmamasinin müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmalı və ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Maraqlı şəxsnə qarşı Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasnın müəyyən edilməsi tələbinə dair ərizəsi baxilmamiş saxlanilsın. İddia ərizəsinin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədirlk edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-2014/2021
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2014/2021
01.10.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver