Məhkəmə qərarları › İş №2(027)-207/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-207/2023

30.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-207/2023 30.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı Hacıbaba oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Hacıbaba oğlunun Cavabdeh qarşı mülkiyyət hüququndan istifadəyə, qonşunun hədsiz təsirlərindən çəkindirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Hacıbaba oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hesabına axıntı sularının qarşısının alınması, axıntı sularının həyətyanı torpaq sahəmə və üzərində yerləşən yaşayış evinə çəkindirilməsi və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz) manat pulun cavabdehdən alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Hacıbaba oğlu iddia tələbini dəqiqləşməsinə dair ərizə ilə müraciət edərək, cavabdeh X4 tərəfindən həyətinə axan axıntı suların qarşısının alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Göstərilənləri nəzərə alaraq, hazırki işlə bağlı məhkəmə Azərbaycan Respublikası MPMnin 53-cü maddəsinə əsasən iddiaçı tərəfindən iddia tələbinin əsasını dəyişməsini qanunauyğun sayır. İddiaçı Hacıbaba oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Quba şəhəri, 31-ci məhəllədə yaşayır. Onu yaşayış evinə qonşusu Nailə məxsus yaşayış evi yerləşir. Onun evinin həyətində yerləşən yardımçı tikilinin dam örtüyünün arxa hissəsi onunla Nailin həyətyanı torpaq sahəsini ayıran hasarın üzərində yerləşir. Nailə məxsus yaşayış evinin damından axan yağış-qar suları həyətdəki yardımçı tikilinin damına, oradan da onun həyətinə tökülür. Həyətə tökülən artıq sular onun həyətində olan təndirxanaya tökülür. Hər yağış yağanda onun həyətinə axan sular onun gündəlik fəaliyyətinə təsir edir, ona və ailəsinə maneçilik törədir. Təxminən 2 ilə yaxındır ki, eyni hadisə hər dəfə təkrarlanır. Bununla bağlı dəfələrlə Nailə qeyd olunan problemlə bağlı məlumat verib qarşısını almalı olduğunu bildirsə də o, bununla bağlı heç bir tədbir görmür. Hər dəfə iradını bildirəndə ona damın olduğu kimi qalacağını bildirir. Bu da o deməkdir ki, Nail könüllü şəkildə onunla heç bir şəkildə razılığa gəlmək istəmir. Bu səbəbdən də, qanunvericiliyin tələbinə əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı Hacıbaba oğlu iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılnalara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, damından axan yağış-qar sularının axıntısı üçün novça olduğunu, hər iksinin həyətinə su axdığını və barılarına ziyan dəyməsini bildirmiş, iddianın əsassız olduğunu hesab edərək rədd olunmasını xahiş edir. Məhkəmə, tərəfləri dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı hesab olunduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-4047A KOD 30301004 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Hacıbaba oğlunun mülkiyyətinə Quba rayonu Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli, 05 saylı qərarı ilə 0,06 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Quba rayon PŞ-nin TB-nin baş təhqiqatçısı, polis kapitanı X1 cinayət işinin başlanmasının rədd edilməsi barədə 20 dekabr 2021-ci il tarixli qərarından görünür ki, X2 əməllərində cinayət tərkibi olmadığından barəsində sinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 172.1-172.2-ci maddəsinə əsasən qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin. Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Kovensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X3 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan Hüquqlarının və X3 Haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh məxsus yaşıyış evinin damından axan yağış-qar suları İddiaçı Hacıbaba oğluna məxsus evin həyətinə tökülür. (cavabdeh tərəfindən də həmin sulların onun quraşdırdığı damadan axıdılması inkar edilmir) Cavabdehə məxsus evin damının axıntı sularının iddiaçının həyətinə axması, iddiaçıya məxsus yaşayış evindən istifadə etməsinə maneçilik törədir. Bu hal mülki işə əlavə edilmiş fotoşəkillərdən də görünür. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh məxsus yaşıyış evinin damından İddiaçı Hacıbaba oğluna məxsus evin həyətinə axan axıntı suların qarşısı alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh məxsus yaşıyış evinin damından İddiaçı Hacıbaba oğluna məxsus evin həyətinə axan axıntı suların qarşısı Cavabdeh hesabına və onun tərəfindən alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar