Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2149/2020 08.12.2020 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, İddiaçı Ərizəçi Beybut oğlunun Maraqlı şəxsnə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə” dair iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdim: İddiaçı Ərizəçi Beybut oğlu Maraqlı şəxsnə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə daxil olmuş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Ərizəçi Beybut oğlu Maraqlı şəxsnə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ümumi icraat qaydasında deyil xüsusi icraat qaydasında baxılmalıdır.. Ona görə də, yuxarıda qeyd olunanları Ərizəçi Beybut oğlu tərəfindən Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən edilmiş ərizəsinin formasına və məzmununa riayət etməməsi kimi qiymətləndirib və Azərbaycan MPM-nin 152.1.1-ci maddəsinə istinad edərək hesab edirəm ki, iddiaçı Ərizəçi Beybut oğlunun Maraqlı şəxsnə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1.-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iddiaçı Ərizəçi Beybut oğluna iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149,152.1.1, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Ərizəçi Beybut oğlunun Maraqlı şəxsnə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə” dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçi Beybut oğluna izah edilsin ki, iddia ərizəsinin qaytarlımasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-2149/2020
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2149/2020
08.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver