Məhkəmə qərarları › İş №2(027)-2153/2020

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2153/2020

08.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2153/2020 08.12.2020 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə, daxil olmuş mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, İddiaçı iddia ərizəsinə qətnamənin surətinin və cavabdehin yaşayış yerindən arayışı iddia ərizəsinə əlavə etdiyini bildirsə də, qətnamənin surəti və cavabdehin yaşayış yerindən arayış və cavabdehə görə iddia ərizəsinin surəti iddia ərizəsinə əlavə edilməmiş və bundan başqa iddia ərizəsinə əlavə edilmiş digər sənədlərin yalnız təsdiq edilməmiş kserosurətləri əlavə edilmişdir. Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 89.3-cu maddəsinin tələbinə görə məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinin 6-cı bəndinə əsasən Dövlət notariusu sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir. Lakin hazırki işdən görünür ki, İddiaçı öz tələbini əsaslandırdığı hallara dair sübutları əlavə etməmiş və sübut kimi iddia ərizəsinə əlavə etdiyi sənədlər yalnız ksero surətlərdən ibarətdir. Ona görə də, məhkəmə yuxarıda qeyd olunanları iddiaçı tərəfindən Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən edilmiş iddia ərizəsinin formasına və məzmununa riayət etməməsi kimi qiymətləndirir və Azərbaycan MPM-nin 152.1.1-ci maddəsinə istinad edərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.1, 152.1.1-ci maddələrinin tələblərinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264 və 266-268- ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar